13 sen 23:17Yazar

Üsyan

“Çox şeyə sıfırdan başlamaq lazımdı” – bu, “od püskürməkdi”, üsyan etməkdi, insanları ayıltmaqdı, fəryad etməkdi.
Artıq səbr kasası daşıb. Özləri də başa düşür ki, uğursuz nəticələri sıralandıqca, qınağa tuş gəlirlər. Əsl günahkarlar kənarda qalıb, azarkeşlər qəzəbini onların üstünə tökür. Ona görə də danışmaqdan, əsl səbəbləri göstərməkdən başqa yol yoxdu. Əslində Qurban Qurbanov indi yox, daha öncə, məsələn, Millətlər Liqası başlamamış “püskürməliydi”. Millinin liqa yolu ilə Avropa çempionatının final mərhələsinə qatılacağına inanan azsaylı azarkeşlərə reallığı deməli, möcüzə gözləməyin yersiz olduğunu bildirməliydi. Dedikləri onda daha effektli olacaqdı. Bir az gecikdi. Amma “buna da şükür” deyib, keçək Qurban Qurbanovun demək istədiklərinə.
Ölkə çempionatının zəifləməsinə işarə vuran baş məşqçinin nəyi nəzərdə tutduğu məlumdu. Adam vaxtilə çempionatda mübarizə aparan müstəqil klubların indi AFFA-nın qoltuğunun altına sığındığını deməklə ciddi səhvə yol verildiyini göstərməyə çalışır. “İndi o rəhbərlər, o klublar, o futbolçular yoxdu” ifadəsinin özündə dərin məna var. Bəli, vaxtilə klublara nəzarət edən futbol bilicilərinin yerini indi Elxan Məmmədovun yaxın ətrafı zəbt edib. Baş katib dağ boyda “Neftçi”ni futbolun “f”sindən xəbərsiz olan Elnur Məmmədovun əlinə verib, daha sonra bir başqa dostu Orxan Hüseynzadə üçün oyuncaq etdi. Hər ikisi pulunu qazanıb, aradan çıxdılar. Ölkənin ən köklü klublarından sayılan “Kəpəz”i illərdi çiyin-çiyinə çalışdığı Mikayıl Nərimanoğluya tapşırdı, o da yeyintiyə görə qovuldu. Menecer, yoxsa klub funksioneri olduğu bilinməyən Riad Rəfiyev bu gün “Sumqayıt”da əsas söz sahibidi. Futzalçıları boğaza yığan, Azərbaycandan qaçmalarına səbəbkar olan Zaur Axundov indi də “Keşlə”də rəhbər şəxsdi. “Sabah” guya Təhsil Nazirliyinindi, amma ideoloqu Elxan Məmmədovdu.
Göründüyü kimi, baş katib son 3-4 ildə çempionat iştirakçılarını birbaşa əsarəti altına alıb. AFFA pul xərcləyir deyə, Məmmədov istədiyini edir. Bununla da çempionatı və klubları uçuruma aparır. Qarşısında baş əyməyəcəyinə əmin olduğu Tahir Süleymanov, Yaşar Seyidov kimilər isə bu gün kənardadı. “Yuxarılar”dan birbaşa dəstək alan Məmmədov bu gün toxunulmaz şəxsdi. İndiyə qədər bir nəfər də olsun, kabinetinə çağırıb, bu adamdan hesabat tələb etməyib. İllərdi futbol qurumuna, yəni yığmalara milyonlar ayrılır, amma ortada nəticə yoxdu. Həmin milyonların küçəyə səpilməsinə səbəbkar olan baş katib isə hələ də azadlıqdadı.
Bu gün regionlarda futbolun olmamasının səbəbkarı da AFFA rəhbərliyidi. “Kəpəz”i, “Turan”ı yox edən, əvəzində Bakıda “Səbail”, “Zirə”, “Sabah” kimi komandaların “doğulmasına” razılıq verən qurumun başbilənləri hansı səhvə yol verdiklərinin fərqində olmasalar da, futbolun uçuruma doğru getdiyini yazırdıq, deyirdik. Bax, başlıca səbəblərdən biri də premyer-liqa adlı yarışın ölkə yox, Bakı çempionatı olmasıdı. Regionlardakı istedadlar rəsmən məhv olur, çempionatın səviyyəsi aşağı düşür, maraq azalır, olan-qalan azarkeşlər də yoxa çıxır.
A kişi, illərdi futboluna milyonlar xərclənən ölkədə düz-əməlli akademiya yoxdu. “Qəbələ”ylə “Bakı”ydı, indi yalnız Qəbələdəki fəaliyyət göstərir. Futbola cavabdehlik daşıyan qurumun cavabdehləri AFFA-da kimi işə götürmək, kimi azad etməyə sərf etdikləri vaxtın ondabirini futbola həsr etsəydilər, indi akademiya əlindən tərpənmək olmazdı. Vaxtilə xarici əlaqələndiriciləri klublara sırıyan və bununla da şəxsi büdcələrini zənginləşdirənlər guya klublara akademiya tikdirə bilməzdilər? Yoxsa ora-bura xərclənən milyonlar hesabına hər il bir bina, iki meydan inşa etdirmək mümkünsüz idi? Təkcə Berti Foqtsa 6 ildə verilən maaşa azı 5 dənə müasir standartlara cavab verən akademiya inşa etdirə bilərdilər. Etmədilər. Çünki onlara akademiyanı Berlində tikmək lazım idi. İndiyə qədər futbolçu yox e, kolxozçu belə yetişdirməyən akademiya.
Qurbanov futbolçuların legioner həyatı yaşamamasından gileylənir. Evin içində yüzminlər qazanan 20-21 yaşlı gənc nəyə görə ev-eşiyindən uzaq düşməlidi? Sağlığına qismət, bu gün Mahir Mədətov, Namiq Ələsgərov, Coşqun Diniyev kimilər 21-22 yaşına qədər özü və ailəsi üçün hər cür şərait yaradıb. Sabah futbolun başını buraxsalar da, acından ölməyəcəklər. Ev-eşik, obyekt, bahalı maşın...
Hə, bu imkanı onlara kim yaradıb? Klub rəhbərləri? Elədisə, AFFA-da oturanlar, ölkə futboluna cavabdehlik daşıyanlar hara baxır? Klublarda yaşananlara qarışa bilirlər, maaş məsələsinin düzgün tənzimlənməsinə yox? Bir də ki, qarışıb nə edəcəkdilər? Məsələn, Rövnəq Abdullayev mənə “futbolçulara bu qədər pul vermək olmaz” iradını bildirsə, cavabında “gedin, yığma üzvlərinə payladığınız mükafatları hesablayın, ondan sonra danışarıq” cavabını verərəm. Susar, deməyə söz tapmaz.
Yəni illərdi Azərbaycan futbolu uçuruma gedir və bu fakt AFFA-dakıların vecinə deyil. Sizi inandırım, Qurban Qurbanov gəlməsəydi, belə də davam edəcəkdi. Sadəcə, xalq ona inanır, nəticə tələb edir deyə, baş məşqçi kimi üsyan etməyə borcludu. Bir şey dəqiqdi, Azərbaycan futbolunun canı Rövnəq Abdullayevlə Elxan Məmmədovdan, həmçinin yaxın ətrafındakılardan qurtulmasa, heç nə dəyişməyəcək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Dünən, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Dünən, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Dünən, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Dünən, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Dünən, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Dünən, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Dünən, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Dünən, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Dünən, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Dünən, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Dünən, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Dünən, 12:49 Alesio toplanışı dəyərləndirdi Dünən, 12:47 İkinci oyunda uduzdular Dünən, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Dünən, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Dünən, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Dünən, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Dünən, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Dünən, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Dünən, 12:21 Yığma Ukraynaya uduzdu Dünən, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar