12 sen 23:47Yazar

Stoilovla Qurbanovun oxşar problemi

Azərbaycan premyer-liqasının yaxşı vaxtları idi. Hər tur gərgin oyunlar izləyər, stadionlara gedəndə ayağımızı sürüməzdik. Belə günlərin birində Kaxaber Tsxadadzenin çalışdırdığı “İnter” ardıcıl üçüncü qolsuz heç-heçə ilə razılaşmışdı. Tsxadadze özündənrazı halda mətbuat konfransına gəldi, jurnalistlərin qarşısında təkəbbürlə danışmağa başladı. Mən də eləmədim tənbəllik, sual verdim ki, artıq üç oyundu komandanız qol vurmur, bundan narahat deyilsizmi? Hazırcavab gürcü özünü itirmədi və sualıma sualla cavab verdi: “Bəs 3 oyundu bizə qol vururlarmı?” Həmin mətbuat konfransında dava düşmüşdü, Tsxadadze mən də daxil olmaqla mətbuat nümayəndələri ilə söz savaşına çıxmışdı.
İndi Tsxadadzenin məntiqi ilə yanaşsaq, Millətlər Liqasının startı bizim üçün heç də pis sayılmamalıdı. Biz rəqiblərimizi uda bilməmişiksə, onlar da bizi məğlub edə bilməyiblər. Qurban Qurbanovun dedikləri də doğrudu, vəziyyət faciəvi deyil, qrupdan çıxmaq şansımız qalır. Riyazi baxımdan mümkündü. Bundan sonra keçirəcəyimiz oyunların hamısında qalib gəlirik, vəssalam. Taleyimiz öz əlimizdədi, Türkiyənin bir neçə dəfə sınaqdan çıxardığı kimi deyil. Sizin də xatirinizdədi, qardaşlarımız 2016-cı ildə keçirilən Avropa çempionatının finalına yollanmaq üçün son turda özləri doğma meydanda İslandiyaya qalib gəlməli, paralel keçən qarşılaşmada isə Qazaxıstanın səfərdə Latviyanı məğlub etməsini gözləməliydilər. Xoşbəxt sonluq elə bu cür də olmuşdu. Ondan sonra da Fatih Terimin “Biz bitdi demədən bitməz” sözləri dillər əzbəri olmuşdu.
Belə baxanda biz türklərdən daha şükürlü durumdayıq. “Bitdi” deməmək öz əlimizdədi. Amma bununla nə dəyişəcək? İlk gündən demişəm, bir daha təkrarlayıram. Bizim üçün böyük turnirlərin final mərhələsinə can atmaq utopiya, şirin xəyaldı. Bir qədər də avantüra. Hansı günümüz, hansı potensial, kim ilə bu cür iddialara düşürük? Futbolumuz daha böyük problemlərin məngənəsində boğulur, ildən-ilə zəifləyir, Bakıya doğru təmərküzləşib, qəsəbələrdə, məhəllələrdə boğulmaq üzrədi. Azarkeşlər tribunalardan qaçaq düşüb, millinin məşqçiləri heyəti düzəltmək üçün futbolçu tapmırlar. Özü də bu tendensiya təkcə əsas millidə deyil, aşağı yaş qruplarına boylananda orda vəziyyətin daha qəliz olduğunu görürük. Bizim haramıza yaraşır dünya və ya Avropa çempionatının final mərhələsinə getmək?!
Futbolu inkişaf etdirmək üçün təkcə bər-bəzəkli bina, ütülü sözlər danışıb, bəzəkli qalstuklar vuran rəhbərlər kifayət deyil. Yaşıl meydanda topun dalınca 90 dəqiqə qaçan, rəqibin hücumunu qarşılayıb, onun qapısına qol vura biləcək ifaçıların olmalıdı. Onları da Almaniyada, Dağıstanda, Ukraynada axtarmamalısan. Özün yetişdirməlisən. Yetişdirməlisən ki, həmin futbolçular da millinin formasını geyməkdən, onun himnini səsləndirib, bayrağını yüksəltməkdən zövq alsınlar, qürur hissi keçirsinlər. 9 milyonluq ölkəni təmsil etdiyinin fərqində olub, məsuliyyətlərini dərk etsinlər. Daha hər iki oyundan bir azarkeşlərin “bostanına daş atıb”, uğursuzluğa min cür don geydirməklə öz işlərini bitmiş saymasınlar. Millinin üzvləri arxayın olmasınlar ki, onlardan başqa bu ölkədə futbol oynamağı bacaran yoxdu, məşqçilərin seçim imkanı məhduddu.
Son bir ayda aut atışından sonra qolun vurulduğu üç epizoda şahid olmuşam. Birincisini Almatıda, “Kayrat”la “Siqma”nın oyununda gördüm. İkinci epizod “Qarabağ” – “Neftçi” görüşündə yaşandı və orda da qonaq komanda autla başlayan həmlədən sonra hesabı açdı. Maltalılar da penaltini məhz autdan sonra gerçəkləşdirdikləri hücumla qazandılar. Elə bu cür xırda, amma oyunun taleyini həll edən epizodlara görə deyirlər ki, müasir futbolda güclü-zəif alayışı qalmayıb. Hamı özünə görə güclüdü. Futbola bir elm kimi yanaşanlar, öz gücünü qiymətləndirib, daha düzgün və az səhvlə oynamağı bacaranlar istənilən rəqibə başağrı olurlar. Aut adi bir oyun epizodudu. Yan xətdən top atılarkən oyundankənar vəziyyətin qeydə alınmaması hücum edən komandaya böyük imkanlar açır. Çünki belədə rəqibin cərimə meydançasını “işğal etmək”, müdafiəçilərin diqqətindən yayınaraq qəfil zərbə vurmaq üçün fürsət qazanırsan. Rəşad Sadıqovun yoxluğunda başsız atlı təsiri bağışlayan müdafiəçilərimiz isə belə vəziyyətlərə hazırlıqlı deyil, cərimə meydançası həndəvərində adam paylaşmağa çətinlik çəkir. Bunun işartılarını hələ Kosovo ilə oyunda görmüşdük. Maltada isə bilavasitə bizi cəzalandırdılar.
Qurban Qurbanovun bir ayın, yaxud da bir ilin içində bütün problemləri həll etməsi, milli komandaya yeni oyun fəlsəfəsi aşılaması mümkün deyil. Bu oyunçu nəsli ilə bizim işimiz elə Maltayla, Farerlə baş girələmək olacaq. Hazırda eyni problemləri Qazaxıstan millisində Stanimir Stoylov da yaşayır. “Astana”da qazandığı uğurlardan sonra onu da böyük ümidlərlə yığmaya dəvət etdilər. Amma klubla millinin fərqindən bolqar mütəxəssis də əziyyət çəkir. Səviyyəli oyunçu qıtlığı, seçimin məhdudluğu onu da azarkeşlərin qarşısında çıxılmaz vəziyyətə salıb. Qazax futbolunun “qaymaqları” “Astana” və “Kayrat”da qazandıqlarının səfasını çəkir, legionerlərin kölgəsində gün keçirir, daha səviyyəli çempionata yollanmağı heç ağıllarına da gətirmirlər. Nəticədə onlar Andorranın, biz də Maltanın qarşısında aciz qalmışıq. Çıxış yolu köklü islahatlarda, sistem dəyişikliyindədi. Yoxsa günümüz elə “cırtdanlar”ın arasında keçəcək. Özümüz və iddialarımız böyük olsa da…
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar