02 mar 15:27Yazar

“İnter” üçün zolaqlı forma

Biri vardı, biri yoxdu, “Bakı” klubu var idi. Klubun sahibi o qədər zəngin idi ki, pula pul deməzdi. Əziyyətsiz qazandığı pulların qədrini-qiymətini də bilməzdi. Müxtəlif rəngli əskinasları səxavətlə qarşısına çıxanlara paylayardı. Bu xasiyyətinə görə onu çox sevərdilər, harda görünsə, qarşısında təzim edər, barəsində xoş sözlər söyləyərdilər. Söhbətin Hafiz Məmmədovdan getdiyini anladız. Futbolu sevib-sevmədiyi dəqiq məlum olmasa da, “Bakı”ya ürəkdən bağlı idi. Naxçıvandan gəlib paytaxtın eyniadlı klubuna sahiblənməsi, qısa müddətdə məşhurlaşması çoxlarını qıcıqlandırırdı. Üstəlik, paytaxtın ən gözəgəlimli yerlərindən birində geniş ərazini klubun bazasına çevirməsi, müasir tələblərə cavab verən geniş futbol akademiyası inşa etdirməsi odun üzərinə benzin tökmüşdü. İş o yerə gəlib çatmışdı ki, Bakıya millimizlə qarşılaşmağa gələn adlı-sanlı komandalar “Bakı”nın bazasından heyrətə gəlir, ordan yararlanırdılar. Sanki Azərbaycan futbolunda yeni və nəhəng bir təşkilat meydana gəlmişdi. Həmin təşkilat AFFA-nı da öz kölgəsi altına salmağa, ikinsi dərəcəli görüntüyə düşməyə məhkum etmişdi. Madrid “Atletiko”sunun AFFA-nın “xeyir-duası” alınmamış Azərbaycana gəlməsi, ölkə prezidentinin qəbuluna aparılması isə hadisələrin kuliminasiya nöqtəsi oldu. Artıq bu hadisədən sonra Məmmədova badalaqların ardı-arasının kəsilməyəcəyi, onun və sevimli “Bakı”sının yıxılması üçün genişmiqyaslı əməliyyat aparılacağı gözlənilən idi. Sözsüz ki, Hafiz bəyi yıxmaq istəyənlər təkcə futbol aləmində deyildilər. Siyasi proseslərin içində olanlar, biznes sahəsində onun əlindən zəncir çeynəyənlər də yetərincə idi. Və sonda cəhdləri nəticə verdi. Hafiz Məmmədov iş adamı kimi iflasa sürükləndi, “Bakı” həvəskar klub səviyyəsinə endi, yetirmələri dörd bir yana səpələndi, akademiya isə gah susuz, gah da işıqsız qaldı.
Sizin də yadınızda olar, “Bakı”nın 2014/15 mövsümünə buraxılması son ana kimi dəqiqləşməmişdi. Qışa qədər varlığını çətinliklə qoruyan “Bakı” fasilədən sonra premyer-liqadakı iştirakını belə dayandırmaq təhlükəsiylə üzləşmişdi. Məhz həmin məqamda AFFA sinəsini irəli verdi. İki il əvvəl, elə fevralın bu günlərində AFFA “Bakı”nın problemlərinin həlli üçün qollarını çırmalamışdı. Qurumun baş katibi Elxan Məmmədov Biləcəridəki bazaya baş çəkmiş, kommunal borcların ödənilməsi üçün kömək göstərəcəklərini, problemin tezliklə yoluna qoyulacağını demişdi. Dediyi kimi də oldu. Həmin günlərdə suyu kəsilmiş bazaya su verildi, təbii ot örtüklü meydançalar məhv olmaqdan qurtuldu. “Bakı”nın “Qarabağ”la görüşündən əvvəl Elxan bəy Respublika stadionunun paltardəyişmə otaqlarına getdi, orda qonaq komandanın futbolçuları ilə görüşdü. Onları əmin etdi ki, mövsümün sonuna qədər rahat meydana çıxa bilərlər, maaşlarını AFFA verəcək. Elxan Məmmədovun bu fəallığı Hafiz Məmmədov sükutu pozana qədər davam etdi. Bütün bunlara paralel olaraq, futbolun mətbəxində söz-söhbətlər yayılmağa başlamışdı. Məlum olmuşdu ki, AFFA-nın “Bakı”ya can yandırması heç də səbəbsiz deyil. Elxan Məmmədovun planı az xərclə böyük qazanc əldə etməkdi. “Bakı”nın borclarını ödəməklə klubun yetirmələrinə, bazasına, akademiyasına sahib çıxmaq əsas hədəfdi. Bu isə Hafiz Məmmədovu razı sala bilməzdi. İllərdi əmək sərf etdiyi, pul xərclədiyi “Bakı”sını belə rahat əldən verməyəcəkdi. Elə uzunmüddətli sükutdan sonrakı ilk açıqlamasında da buna işarə vurdu. Klub prezidentinin sözlərini indi cümləbəcümlə xatırlamasam da, dediklərinin məğzi yaxşı yadımdadı: “Mən ölməmişəm ki, kimsə “Bakı”ya sahib çıxsın. Klubu, bazanı kiməsə güzəştə getmək fikrim yoxdu”. Məhz həmin açıqlamadan sonra AFFA-nın “Bakı”ya olan saxta sevgisi zəifləməyə, münasibətlər 180 dərəcə dəyişməyə başladı. Laqeydlik, biganəlik “Bakı”nı həvəskarlar liqası səviyəsinə qədər endirdi. Amma Hafiz Məmmədov da AFFA-nın ayağını bazadan kəsdi. AFFA “Bakı”dan, yəni Hafiz Məmmədovdan o qədər acıqlı idi ki, paytaxtda keçirilən Avropa çempionatı ərəfəsində Mərdəkandakı “Dalğa Arena”nın örtüyünü sünidən təbiiyə dəyişməyə pul xərclədilər, təki Biləcəridəki bazadan istifadə etməsinlər. Halbuki bunun qarşılığında “Bakı”ya müəyyən məğləğ ödəməklə çətin durumda olan kluba kömək göstərmiş olardılar.
İndi paytaxtın digər klubu oxşar taleyi yaşayır. Beynəlxalq Bank futbola pul ayırmaq həvəsində deyil, ona görə də “İnter”dən imtina edib. AFFA da ilk günlər kluba ürək yandırır, hər şeyin yaxşı olacağı ilə bağlı vədlər verilirdi. Sonradan məlum oldu ki, bankın başbilənləri klubdan imtina edirlər, amma “İnter Arena”dan və idman qurğusunun ərazisindəki obyektlərdən yox. Pula gedən də elə stadion, baza, otel və onların yerləşdikləri torpaq sahəsidi. Onlara isə yetərincə ciddi məbləğdə qiymət qoyublar. Həm satışına, həm də icarəsinə. AFFA-nın stadion və baza olmadan “İnter”i bəsləməyəcəyi məlum məsələdi. Azərbaycan futbolunun indiki mühiti isə heç bir biznesmenin, iş adamının, kommersiya strukturunun gəlirsiz sahəyə yaxın durmayacağından, “İnter”ə sahib çıxmayacağından xəbər verir. Deməli, “İnter” üçün “zolaqlı” forma sifariş verməyin, “Bakı” ilə qardaşlaşdırmağın da zamanıdı. Keçmiş olsun!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:04 “Cəhənnəm”də “sülh” Bu gün, 15:59 “Neftçi” ümid verib, uduzdu Bu gün, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu Bu gün, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir Bu gün, 15:46 Coşqun yenə atasını məyus etdi Bu gün, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” Bu gün, 15:38 5 və 10 manatlıq biletlər tükəndi Bu gün, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı Bu gün, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi Bu gün, 15:35 Kamran yenə ehtiyatda qaldı Bu gün, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi Bu gün, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı Bu gün, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu Bu gün, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi Bu gün, 15:25 Cüdoçular Mariborda tarix yazdı Bu gün, 15:21 Millimiz Bakıda italyanlara uduzdu Bu gün, 15:20 Lunyov mövqeyini qorudu Bu gün, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir 10-09-2017, 18:34 DİVİZİON XƏBƏRLƏRİ Bütün xəbərlər
Ən çox oxunanlar