07 sen 15:52Yazar

Hamınız stadiona!

BATE səddinin keçilməməsinin ardınca səfərdə “Şerif”ə məğlubiyyət ölkədə elə bir ab-hava yaratmışdı ki, sanki bu komanda ardıcıl dörd dəfə qrupda çıxış edən, futbolu olmayan ölkəni Avropada kifayət qədər tanıdan “Qarabağ” deyildi. Amma onlar bunu bacardılar. Özündənrazı baş məşqçisi və futbolçuları olan Moldova futbolunun dəyişməz çempionu Bakıda darmadağın olundu, nəticədə Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv növbəti dəfə Avroliqanın qrupunda oynamaq şansı qazandı. Yəni azı dekabra qədər davam edəcək Avropa futboluna qədəm qoyduq.
İndi isə başqa bir bayramın astanasındayıq. Adlar aşağı-yuxarı eynidi. Həmin Qurban Qurbanovdu, həmin Maksim Medvedev, Qara Qarayev, Bədavi Hüseynov, Mahir Mədətov və başqalarıdı. Həmin qalib ab-havasıdı. Sadəcə, tabloda və oyunun protokolunda “Qarabağ”ın əvəzinə “milli” yazılacaq, klubun embleminin yerinə üçrəngli bayrağımız həkk olunacaq.
Yığma Millətlər Liqasına Kosovo ilə oyunla başlayır. Qrupun iki favoritindən biri kimi göstərilən kosovolular sentyabrın 7-də “Qarabağ”ın “Ateltiko” ilə heç-heçə etdiyi əzəmətli Olimpiya stadionunun qazonunda millimizin önünə çıxacaq. Oyunun kifayət qədər maraqlı alınacağına şübhə yoxdu. Futbolçuları Almaniya, Hollandiya, İngiltərə, Türkiyə kimi ölkələrdə legioner həyatı yaşayan Kosovo əsasən öz ölkəsində top qovanlardan ibarət Azərbaycan önündə imtahan verəcək. Xeyrimizə olacaq mümkün qələbə komandada ab-havanı kifayət qədər yaxşılaşdıracaq. Bununla da sentyabrın 10-da Maltayla oynayacaq futbolçular ciddi üstünlük qazanacaq.
Lakin nədənsə qarşılaşmaya maraq gözlənilən qədər deyil. Oyuna iki gün qalmasına baxmayaraq, satışa çıxarılan biletlərin yarısının satılmadığını göz önünə gətirəndə, əlavə şərhə ehtiyac qalmır. Vaxtilə Berti Foqtsun, Robert Prosineçkinin işindən narazılıq edənlərin böyük əksəriyyəti Qurban Qurbanovun baş məşqçi postuna sahib çıxmasının vacibliyindən danışırdı. Və o an yetişdi. Artıq ölkənin bir nömrəli komandasına bir nömrəli cavabdeh son illər adı dillərdən düşməyən Qurban Qurbanovdu. Ona ümidlər böyükdü. Qazaxıstan önündəki darmadağının, Makedoniya ilə heç-heçənin, Belarusa məğlubiyyətin azarkeşlərin yeni yığmaya olan ümidini azaltdığının fərqindəyəm. Amma həmin matçların yoldaşlıq xarakteri daşıdığını unutmamalıyıq.
Birvaxtlar “Qarabağ”ın heyətindəki azərbaycanlı futbolçuların adlarına nəzər salıb ağız büzənlər hadisələrin sonrakı axarında maraqlı oyunların şahidi oldu. Avrokuboklarda xarüqələr yaradan ortabab futbolçular “Tvente”, “Borussiya”, “Ayntraxt” kimi komandaları Bakıya gətirəndən sonra azarkeşlərin sayı çoxaldı. Yəni bu ölkədə azarkeşlik nəticəyə bağlıdı. Qələbələr varsa, sevənlərin var. Məğlub oldunsa, vətən xainisən. İstəsək də, istəməsək də, nə yazıq ki, belədi.
Deməyim odu ki, yığmanın hazırkı durumu 2009-un yayını xatırladır. “Qarabağ”ın “Rusenborq” üzərində qələbəsindən sonra futbolsevərlərdə yaranan ümid hələ də işıq saçır. Bəzən közərir, rəngini dəyişir, amma sönmək bilmir. Ümid edək ki, milli sabahkı qələbəylə 9 il əvvəli xatırladıb, gələcək uğurların təməlini qoyacaq. Bunun üçün yığmaya sahib çıxmalı, ona dəstək olmalı, sona qədər yanında olmalısız. İndi-indi ayaq açıb yeriməyə başlayan Kosovonun “uşaqlarının” 50-60 min nəfərin fit səsində necə boğulduğunu təsəvvür edə bilirsiz? Bəs həmin dəstəkdən cuşa gəlib rəqibin qapıçısına nəfəs almaq imkanı verməyən yığma üzvlərini?
İndi sadəcə, təsəvvür edin. Sabah stadionda canlı şahidi olarsız. Ona görə də yığmanın keçmişini unudub, Qurbanlı günlərini düşünün. 90 dəqiqə susmayın, rəqibi lərzəyə gətirəcək dəstək verin. Həmin 90 dəqiqə böyük uğurların sirli qapısıdı. O qapının açarı isə sizdədi. Odu ki, hamınız stadiona!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Dünən, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Dünən, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Dünən, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Dünən, 19:50 Qələbəyə mane olan səbəblər Dünən, 19:48 Mahirə çıxış yolları göstərdilər... Dünən, 19:45 Maltalılar bayram edir Dünən, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Dünən, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Dünən, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Dünən, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar