04 sen 23:34Yazar

Unudulmaz 94+5 dəqiqə

Bu yazını yazmaq üçün bir müddət gözləməyi qərara almışdım. İstəyirdim ki, emosiyalardan uzaqlaşaq, “Qarabağ”ın “Şerif” üzərindəki zəfəri barədə “soyuq baş”la yazım. Amma sonradan anladım ki, yanılmışam. Bizim üçün son illərin, heç şübhəsiz, ən həyəcanlı və prinsipial oyunu haqda emosiyasız yazmaq, o anları xatırlayarkən soyuqqanlı olmaq heç də asan deyil. İndinin özündə belə qarşılaşmanın icmalına baxanda, vurulan qolları yenidən izləyəndə eyni hissləri keçirir, dünyaları qazanmış biri kimi sevinirəm. Bu zəfərin memarlarına hər birimizin böyük təşəkkür borcu var. Hər nə qədər yazsaq da, desək də, o borcdan çıxa bilmərik.
Səmimi sözümdü ki, ötən ilin bu günlərində Danimarka çempionu “Kopenhagen”lə qarşılaşarkən bu qədər həyəcanlanmamışdım. Düzdü, o möhtəşəm zəfərdən sonra da sevincimiz aşıb-daşırdı, özümüzü dünyanın xoşbəxti hiss edirdik. Amma oyundan əvvəl özümüzü bütün ehtimallara hazırlamışdıq. “Qarabağ” “Kopenhagen”ə iki oyunun nəticəsinə görə uduzsaydı belə, çempionumuza bəraət qazandırmaq, Avropa Liqasının qrupuna əldə etdiyimiz vəsiqə ilə özümüzü ovundurmaq imkanımız olacaqdı. Onsuz da həmin duellər ərəfəsində “Qarabağ” bu vəsiqəni təmin etmiş, üzərinə düşən minimum tapşırığın öhdəsindən gəlmişdi. “Köhlən atlar”ın boyundan yuxarı tullanmasını arzulayırdıq. Tullana bildilər, özü də necə lazımdı. “Qarabağ”ın adı Avropanın “top-klublar”ı ilə bir sıraya yazıldı, “Atletiko”, “Roma” və “Çelsi” kimi qitə nəhəngləri bizə rəqib oldu.
Bu dəfə isə vəziyyət ötənilkindən xeyli fərqlənirdi. “Qarabağ” yayda böyük dəyişikliklərə məruz qalmışdı. Almeyda, Şehiç, Pedro kimi futbolçuların gedişinin itki olub-olmadığını məhz avrokuboklardakı oyunlar göstərəcəkdi. Ümid edirdik ki, gedənlərin yeri lazımınca dolacaq və gedişinə üzüldüklərimizi çox tezliklə unudacağıq. Amma etiraf etməliyik ki, bunu bacara bilmədik. Braziliyalı “çərçivə qoruyucusu” Vaqner Şehiçin yoxluğunu hiss etdirməsə də, Almeydanı və qışda yola saldığımız Dino Ndlovunu gözlərimiz axtardı. Bəlkə də yeni transferlərin komandaya gec qoşulması, uyğunlaşma probleminin uzun zaman tələb etməsi bunda böyük rol oynadı. Bütün bu problemlər azmış kimi, ispaniyalı yarımmüdafiəçilər Dani Kintana ilə Miçelin də sıradan çıxması vəziyyəti daha da qəlizləşdirdi. “Şerif”lə Tiraspoldakı oyun ümidlərimizi sarsıtdı. Bunun ardınca isə “Qarabağ”ın doğma meydanda “Neftçi”ni məğlub edə bilməməsi psixoloji vəziyyəti daha da gərginləşdirdi, komanda üzərindəki təzyiqi bir qədər də artırdı.
Hər şey Maksim Medvedevin qoluna qədər belə davam etdi. Makedoniyalı referi Aleksandr Stavrevin start fitindən cəmi 10 dəqiqə sonra artıq ayağımızın birini Avropa Liqasının qrup mərhələsinə qoymuşduq. Onsuz da hücum xəttinin “dişsizliyindən” nigaran idik. Ümidimiz bu cür fürsətcil qollara, standart vəziyyətlərdən yaxalaya biləcəyimiz epizodlara idi. “Şerif”i ötən ildən bəri intizamlı müdafiəsi ilə tanımışdıq. Elə Qurban Qurbanov da rəqib haqda danışarkən bu məqamları önə çəkir, Moldova çempionun müdafiəsini yarmağın çətin olduğunu vurğulayırdı. Belə bir məqamda Zubirin sol cinahda sona qədər mübarizə aparmasını, cərimə meydançasında rəqib müdafiəçini çaş-baş salandan sonra məhsuldar ötürmə verməsini də mütləq vurğulamalıyıq. “Şerif”in qapısına öldürücü zərbəni vuran Makim qədər elə Zubir də bu qolda pay sahibi idi.
Hesab açılandan sonra nisbətən rahatlaşdıq və fasilə ərəfəsində Gerye bizi “Qarabağ”ın həmin axşam “Şerif”i Bakıdan məğlub yola salacağına daha da inandırdı. Qoran Sabliç və onun komandası bu inamın, bu gücün və qələbə istəyinin qarşısında aciz idi. Necə ki, “Şerif”in çalışdırıcısı oyundan sonrakı mətbuat konfransında bunu etiraf etdi, 0:3 hesabının “Qarabağ”la onun komandası arasındakı səviyyə fərqinin göstəricisi olduğunu dilə gətirdi. Filip Ozobiçin möhtəşəm qolunun həmin axşamın ən unudulmaz hadisəsi olduğunu düşünürdüm. Amma hakimin final fitindən sonra izlədiyimiz görüntülər həmin möhtəşəmliyi belə geridə qoydu.
94 dəqiqəlik həyəcan makedinoyalı hakimin fitini son dəfə çalması ilə bitdi. Sən demə, ondan sonrası daha maraqlı olacaqmış. “Qarabağ”ın futbolçularının meydanın ətrafını dolaşması, kapitan Rəşad Sadıqovun başçılığı ilə azarkeşlərlə qucaqlaşma sözlə ifadəsi çətin olan görüntülər idi. Təkcə Azərbaycan futbolunun yox, bütün xalqımızın bu cür qucaqlaşmağa, mehriban münasibətə və qələbə sevincini bölüşməyə ehtiyacı var. Təxminən 5 dəqiqə ərzində futbolçular tribunaları dövrə vurdular, “İmarət” isə Qurban Qurbanovu yalqız buraxmadı, onu ayrıca alqışladılar. Bitib-tükənməz enerjisi ilə Azərbaycan futboluna qələbələr qazandıran, onu irəliyə aparmağa çalışan Qurbanov da bundan xeyli təsirlənmişdi.
O axşam yaşananlar da böyük qələbələrin xəbərçisi, insanların qələbə həsrəti üçün necə darıxdığının göstəricisiydi. Bu hissləri onlara “Qarabağ” yaşatdı. Həmin jestlə futbolçularla azarkeşlər həm də onu göstərdilər ki, son vaxtlar yaşanan narazılıqlar, umu-küsü və tənqidlər ötəri imiş. Artıq hər şey arxada qaldı və biz böyük qələbələrə doğru birlikdə addımlayırıq. Bu hissləri bizə yaşatdığın və 99 dəqiqəlik həyəcanın sonunda gətirdiyin xoşbəxtlik üçün sənə minnətdarıq, “Qarabağ”!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Bu gün, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Bu gün, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Bu gün, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Bu gün, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Bu gün, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Bu gün, 00:05 Turun oyunçusu Bu gün, 00:04 TURUN SİTATI Bu gün, 00:02 Məhsuldarlıq rekord vurdu Bu gün, 00:01 Turun statistikası Dünən, 23:59 TURUN MƏŞQÇİSİ Dünən, 23:58 Turdan məqamlar Dünən, 23:56 16 medalın izi ilə... Dünən, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu Dünən, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi Dünən, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır Bütün xəbərlər
Ən çox oxunanlar