03 sen 13:09Yazar

Ağ oyunda QARA səhv

İki gün əvvəl Vestern filmlərində rastlaşdığımız bir mənzərənin şahidi olduq. Gücü və nüfuzuyla yerli qanunlara meydan oxuyan kovboyun qəsəbənin şerifini heçə saydığını və bəzən onun yaxasındakı nişanı çıxarıb yerə atdığını belə filmlərdə az izləməmişik. “Qarabağ” da iki ildi “Şerif”i bir növ rütbəsindən məhrum edir. Moldovalıların indi hansı hissləri keçirdiyini, “köhlən atlar”ın əlindən necə zəncir çeynədiklərini anlamaq çətin deyil. İlk oyundakı qələbədən sonra özlərini buludların üstündə görən “Şerif”in futbolçuları Bakıda “Qarabağ” önündə aciz olduqlarını anladılar.
Təəssüf ki, bu cür gözəl oyun dolu tribunalar qarşısında baş tutmadı. 31200 yerlik Tofiq Bəhramov adına Respublika stadionuna cəmi 21350 insan toplaşmışdı. Hər halda, görüşün protokolunda belə yazılıb. Ümumiyyətlə, son illər “Qarabağ”ın oyununa budəfəki kimi biganə münasibət görməmişdim. İlk iki mərhələdə Respublika stadionunun dolmamasını hardasa başa düşmək olardı. Adətən, bizim futbolsevərlər rəqibin gücünə əsasən oyuna gedib-getməyəcəyini müəyyənləşdirir. Amma bu dəfə belə olmadı. Nə BATE, nə də “Şerif”lə oyunlarda anşlaq gördük. Nə baş verir? Nədi bu biganəlik? Olmaya “Qarabağ” ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla missiyanı başa vurub? Vəssalam, daha bizə futbol, avrokubok uğurları lazım deyil? Ya bəlkə ÇL həyəcanını bir dəfə yaşamışıq deyə AL-i saymırıq? Nə tez böyüdük?
Görünən odu ki, nə qədər avrokuboklarda qrup mərhələsinin həyəcanını yaşasaq da, bu mənada təcrübəmizi zənginləşdirsək də, Avropa futboluna xas azarkeş mədəniyyətindən uzağıq. Burda söhbət heç də qeyri-etik hərəkətlərdən getmir. Mədəniyyət deyəndə futbola yanaşma tərzini, bu idman növünə olan aclığı nəzərdə tuturam. Nə tribunaları doldururuq, nə oyunun biletlərini bir neçə gün əvvəl alırıq, nə də stadionda yerimizi vaxtında tuturuq. Elə bil bizim azarkeşlər üçün yazılmamış qanunlar var. Hökmən oyun günü kassaların önündə basabas yaşanmalı, kimlərsə məcbur olub, “qara bazar”a üz tutmalı, bir qismi də start fitindən sonra tribunada yerini tutmalıdı. Niyə işimizi ehtiyatlı tutub, daha erkən hərəkət etmirik? Hələ içdiyimiz, yediyimiz şeylərin qabını, kağız-kuğuzunu, sellofanı yerə atmaq deyə bir özəlliyimiz. Çünki zibilqabına qədər əlimizdə daşımağa səbrimiz çatmır. Nəticədə hər oyundan sonra stadionun tribunaları və ətrafı zibilxanaya dönür. Düzdü, müsbət məqamlar da var. Başda “İmarət” olmaqla fanklublarda kəmiyyət və keyfiyyət artımı aşkar hiss olunur. Hər matçda qapı arxasından fəal dəstək verirlər. Hərçənd çatışmazlıqların yanında bu müsbət məqam o qədər də gözə çarpmır. Amma…
Qara Qarayevin “Şerif”lə qarşılaşmanı boykot edənlərə qarşı sərt danışığı birmənalı qarşılanmadı. Hiss olunur ki, son günlər sosial şəbəkələrdə komandaya, xüsusən də Qurban Qurbanovla Rəşad Sadıqova qarşı yönələn hədsiz tənqidi fikirlər yarımmüdafiəçinin səbrini daşırıb. Qara sanki bu məqamı gözləyirdi: qələbə qazansınlar və sözünü yeritsin! Ancaq narazı futbolsevərlərə “onlar bizim azarkeşimiz deyil” söyləmək bir oyunçuya yaraşmaz. Təcrübə göstərir ki, azarkeşlə kəllə-kəlləyə gəlmək futbolçu üçün xoş sonluq vəd etmir. Hətta bu münaqişədə haqlı tərəf olsa belə. Ola bilsin, Qarayev qələbənin gətirdiyi ab-havayla fikirlərini ölçüb-biçmədən səsləndirib. Ancaq unutmamalıdı ki, “Qarabağ”da oynayır. Bu komandanın baş məşqçisi elə oyun yoxdu ki, azarkeşlərə minnətdarlığını etməsin. Heç kapitanın da “12-ci oyunçu”ya qarşı nə vaxtsa hörmətsizlik etdiyini və ya qıcıqlandırıcı bir söz dediyini görməmişik. Baş məşqçi və kapitan məsləhət bilsəydi, azarkeşlərdən gileylənərdi. Onlar bunu etməyibsə, komandanın başqa oyunçularına da söz düşməz. Bu, Avroliqanın qrup mərhələsi ərəfəsində əks-effekt verə bilər. Onsuz da camaatı pişim-pişimlə stadionlara cəlb edirik. “Süzgəc”dən keçirilməmiş sözlərlə onlara evdə oturub, “Qarabağ”ın ev oyunlarına televizor vasitəsilə baxmaq üçün bəhanə verməyək.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi 17-05-2019, 21:10 “Sabah” beş futbolçuya qapını göstərdi 17-05-2019, 21:09 "Neftçi" üç futbolçu ilə vidalaşdı 17-05-2019, 21:08 Renat Dadaşov U-21-dən imtina etdi 17-05-2019, 21:07 İnqilab Məmmədovun ayağı "Qəbələ"yə düşərlidi 17-05-2019, 19:52 150 min manatlıq təsəlli 17-05-2019, 19:51 Kitanovski "Səbail"ə lazım olmadı 17-05-2019, 19:50 Slavik Alxasov "Keşlə"də qaldı 17-05-2019, 19:48 "Neftçi" Benetlə müqavilə müddıtini uzatdı 17-05-2019, 19:47 Medallar şənbə günü paylanacaq 17-05-2019, 19:46 Finalda Naxçıvan – Lənkəran dueli 17-05-2019, 19:44 Cüdo Federasiyası təxribata münasibət bildirdi 17-05-2019, 19:42 Jezniçakın yolunu gözləyirmişlər… 17-05-2019, 18:58 Abdullayevlə Nikolovdan “tikanlı” sözlər 17-05-2019, 18:57 Fiqu könüllülərə səsləndi 17-05-2019, 18:56 “Futbol və Biznes” sammiti keçirildi 17-05-2019, 18:53 Son turun qiyməti 3520 manat oldu 17-05-2019, 18:50 “Sumqayıt” Atilla Yıldırımı yola saldı 17-05-2019, 18:49 Ziyalılar “Qəbələ”yə baş çəkdi 17-05-2019, 18:43 “Traktorsazi” Çempionlar Liqasında olmayacaq 17-05-2019, 18:42 “Arsenal” Mxitaryanın xüsusi şəkildə qorunmasını istəyir 17-05-2019, 18:39 Oqtay Abdullayev hesabat verəcək 15-05-2019, 14:17 “Səbail” “bürünc”ü “Şur”da “yudu” Bütün xəbərlər
Ən çox oxunanlar