31 avq 16:46Yazar

Abbasovların yeri dəyişəndə...

Mövsümün ilk məşqçi istefasını gözləmək üçün cəmi üç tur gözləmək lazım gəldi. Bəli, cəmi üç oyun. Mən düşünürdüm ki, “Keşlə” zirək tərpənəcək və Zaur Axundov bu məsələdə də öncüllüyü heç kimə verməyəcək. Serbiyalı çalışdırıcı Mladen Milinkoviçin bəxti bu dəfə gətirdi, hələlik işini davam etdirir. Amma çox güman ki, özü də Bakıdan tezliklə ayrılacağını, Axundov kimi klub rəhbəri ilə işbirliyinin uzun sürməyəcəyini hiss edir. “Keşlə”nin bundan sonra ardıcıl iki oyunda uduzması bəs edəcək ki, Zaur bəyin “səbr kasası daşsın” və əcnəbi mütəxəssisi başını götürüb qaçmağa vadar etsin. Bu sahədə xeyli təcrübəlidi. Mənim Zaur bəyə bir təklifim var. Belə başa düşürəm ki, futboldan yaxşı anlayışı var və tez-tez çalışdırıcılara irad tutmağı, onların səhvlərini göstərməyi sevir. Onda nəyinə lazımdı hansısa baş məşqçiyə boş yerə maaş vermək? “Keşlə”nin Müşahidə Şurasının sədridi. Qoy bundan sonra baş məşqçi də özü olsun. Kimdi onun bu qərarına qarşı çıxan? Belədə həm klubun məhdud büdcəsinə qənaət olunar, həm də daha sərbəst çalışar və fikirlərini futbolçulara çox rahat şəkildə çatdırar. Oyun ərzində də kiməsə zəng vurmağa, təlimat verməyə ehtiyac qalmaz. Elə ehtiyat oyunçular skamyasında əyləşər, futbolçularına sözünü tez çatdırar, əvəzetmələri də vaxtında edər.
Ümid edirəm ki, cənab Axundov mənim bu yazımı oxuyacaq və təkliflərimi nəzərə alacaq. Lazım gəlsə, səmərəli təkliflərimi davam etdirə, bəzi nüansları detallı şəkildə açıqlaya bilərəm. Bizim borcumuz Azərbaycan futbolunun inkişafı üçün görülən işlərə dəstək verməkdi. Öhdəmizə düşən işi sevə-sevə görməkdən qürur hissi keçiririk. Bilirəm ki, Zaur Axundovun da qəlbi Azərbaycan futboluna və futzalına sevgi hissiylə döyünür, gecə-gündüz bu sahələrin problemlərini həll etmək və inkişaf prosesini sürətləndirmək barədə düşünür. Belədə biz də ona dost əlimizi uzatmalı, bəzən belə faydalı təkliflərlə onun işini yüngülləşdirməliyik. “Keşlə” və şəxsən Zaur Axundov barədə fikirlərimi növbəti yazılarımda da yazmağa davam edərəm. Bilirəm ki, orda da tezliklə baş məşqçi yola salınacaq. Və həmin vaxt bu təkliflər daha da aktuallaşacaq. Zamanı qabaqlamağa çalışmadan onu gözləməyimizdə olaq. Hara getsə də, axırda gələcək. Azərbaycan futbolunda bir çox prosesləri proqnozlaşdırmaq elə də çətin deyil. Sadəcə, səbirli olmaq və zamanı gözləmək lazımdı. Rəhmətlik Elçibəy demişkən, hər şeyin zamana ehtiyacı var. İndilik isə bu mövsüm baş məşqçisini dəyişən ilk klub olan “Zirə”dən danışaq.
Daha “Zirə”ni Ayxan Abbasov çalışdırmır. Aylardan bəri davam edən nigaranlığa son qoyuldu və ötən mövsüm “Sumqayıt”da məşqçilik məharətini göstərməyi bacaran Samir Abasov yeni işinə başladı. Sözsüz ki, mən bundan sonrakı fəaliyyətində və şəxsi həyatında həm Ayxan Abbasova, həm də Samir Abasova uğurlar diləmək istəyirəm. İkisi də öz azərbaycanlımız, futbolumuzun yetirməsidi. Üstəlik, yeni məşqçi nəslinin nümayəndələridi. Onların uğur qazanması elə Azərbaycan futbolunun yüksəlişi, inkişafı deməkdi. Həmişə çalışmışam ki, yerli mütəxəssislərə diqqətlə yanaşım, onlara dəstək olum. Amma futbolumuzun reallıqlarını da yaxşı bilirik. Başa düşürük ki, işsiz mütəxəssis çox, iş yeri isə azdı. Cəmi 8 klubun yarışdığı çempionatımız var. Azərbaycandan kənarda isə bizim məşqçiləri tanıyan, onlara etimad göstərməyə hazır olan nə klub var, nə də onun rəhbəri. Belədə işsiz qalan mütəxəssislərin ümidi də öz çempionatımız, yerli klublarımızdı. Kim harda təklif alsa, onu dəyərləndirməyə, işsiz günlərinə ən qısa zamanda son qoymağa çalışır. Çünki hamımız yaxşı bilirik ki, Azərbaycanda nəinki aylarla, hətta illərlə işə həsrət qalan çalışdırıcılar var. Gündüzlər evdə, axşamlar da çayxanada oturub, göz-qulaqlarını telefona dikirlər ki, birdən kimsə onlara zəng edər və işləməyə çağırar. Dövrümüzün acı gerçəklərindəndi.
Bu mənada Samir Abasovun istisna olması heç də gözlənilməz deyil. Çünki “Sumqayıt”ın sabiq baş məşqçisi ötən mövsüm adından söz etdirmişdi. Belə bir çalışdırıcının uzun müddət işsiz qalmamasını elə hamımız arzulayırdıq. Samir bəy öz xarakteri, açıqsözlülüyü ilə premyer-liqaya rəng qatır, tez-tez diqqət mərkəzinə düşürdü. Deməli, onun qayıdışı həm də bu məqama görə bizi sevindirməlidi. Amma bir məsələ də var ki, “Zirə” ilə “Sumqayıt” fərqli ab-havaya malik klublardı. Köhnə iş yerində Samir bəy səviyyəli futbolçu qıtlığından, legioner ala bilməməsindən, əlinin altındakı futbolçuların fikirlərinin başqa klublardan gələcək təkliflərdə olduğundan gileylənirdi. “Zirə”də isə bu giley-güzar üçün əlyeri yoxdu. Qəsəbə komandasını iddialı görməyə alışmışıq. Rəhbərlik də əcnəbi futbolçu almaqdan çəkinmir, hər transfer dövründə bazarın fəallarından olur. Artıq Abasov da bunun fərqində olmalı, öz işinə daha ciddi yanaşmalıdı. O yeni iş yerində özünü isbatlamağa çalışarkən, Ayxan Abbasovun da dincəlmək, olanları götür-qoy etmək, səhvlərini görmək üzün zamanı olacaq. Gənc mütəxəssis üçün vacib məqamdı. Arzu edərdim ki, Ayxan bəyin də işsiz günləri uzun çəkməsin.
Riyaziyyatda “toplananların yerini dəyişəndə cəm dəyişmir” adlanan bir qayda var. Onun pozulması heç cür mümkün deyil. “Zirə”də Abbasov getdi, Abasov gəldi. Bu dəyişikliyin “qartallar”a nə qazandıracağını, nəticələrin yaxşılığa doğru dəyişib-dəyişməyəcəyini tezliklə biləcəyik.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:14 Stuxlik qovulanları başına topladı Dünən, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Dünən, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda Dünən, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı Dünən, 22:08 UEFA “Sportinq”i cəzalandırdı Dünən, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək Dünən, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş Dünən, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir Dünən, 21:48 Samir Abasovun əziyyəti hədər getdi Dünən, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu Dünən, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq Dünən, 21:43 Volkan Üst infarkt keçirib Dünən, 21:42 “Keşlə” Bosançiçi göndərdi Dünən, 21:40 Rahid formada olmadığını etiraf etdi Dünən, 21:37 Bayılda qarşılıqlı qollar Dünən, 21:16 Deviç vurur, “Sabah” udur Dünən, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək Dünən, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi Dünən, 21:10 Startda “sülh” olmadı Dünən, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır 14-09-2018, 22:18 AFFA lisenziyaları yeniləyir 13-09-2018, 23:25 Baş məşqçi samboçumuzun ölümündən danışdı 13-09-2018, 23:24 AFFA 11000 bileti pulsuz paylayıb 13-09-2018, 23:23 “Uğur”un futbolçuları 10 min manatın həsrətindədi 13-09-2018, 23:22 PFL bölgələrə səfər üçün “Topaz”dan cavab gözləyir 13-09-2018, 23:21 “Keşlə” müdafiəçi və menecer ilə anlaşdı 13-09-2018, 23:19 Kim deyir ki, hücumçu yoxdu? 13-09-2018, 23:16 Slavçevin arzusu ürəyində qaldı 13-09-2018, 23:14 “Onu deyim ki, Qurban Qurbanov çox sərt danışdı, çox sərt” 13-09-2018, 23:12 Nurlan Novruzov Türkiyə kubokunda fərqləndi 13-09-2018, 23:05 Jurnalistlər Malta təəssüratını bölüşdü 13-09-2018, 23:04 Şans qazanmayanlar ümidini itirmir 13-09-2018, 23:02 Fasilə bitdi: “birincilər” başlayır 13-09-2018, 23:00 “Araz” mövsümə xal itkisi ilə başladı 13-09-2018, 22:59 UEFA 40 nəfəri Bakıya göndərdi 13-09-2018, 22:57 Kamran İbrahimovun məşqçiləri təcrübəsizliyi qabartdı Bütün xəbərlər
Ən çox oxunanlar