29 avq 23:54Yazar

“Neftçi” üçün də “Şerif”ə qol!

“Neftçi” üçün də “Şerif”ə qol!
“Neftçi”nin Avropa Liqasından kənarda qalmaq və yeni mövsümə daha yaxşı hazırlaşmaqla bağlı strategiyası düzgün idi. Belədə komandanı sıfırdan formalaşdırmaq üçün yetərincə zaman olacaq, əlavə psixoloji gərginlik və tələsmək zərurəti yaranmayacaqdı. Amma bir az bəxt, bir az da Tərlan Əhmədovla Samir Abasovun məharəti bu planı pozdu. “Sumqayıt” öz əlinin içində olan vəsiqəni “Neftçi”yə hədiyyə etdi. Bütün planları dəyişmək zərurəti yarandı.
“Uypeşt”lə oyunların “Neftçi”yə maddi mənada hansısa qazanc gətirdiyindən xəbərsizəm. Pulla ölçülməyən itkilər isə göz qabağındadı. Budapeştdəki oyunda “Neftçi” kapitan və mərkəz müdafiəçisi kimi önəmli fiquru Ruslan Abışovu itirdi. 0:4 hesablı məğlubiyyət isə həm yeni baş məşqçiyə və rəhbərliyə, həm də futbolçulara ağır psixoloji zərbə oldu. Azarkeşlərin komandaya olan inamı sarsıldı. Həmin vaxtlar “Neftçi”nin yeniləri uyğunlaşma dövrünü tam başa vurmamışdı, Roberto Bordin isə əlinin altında olan futbolçuları yaxşı tanımır, komandanın nəyə qadir olduğunu bilmirdi. Türkiyədəki təlim-məşq toplanışında da “Neftçi”nin güclü rəqiblərlə qarşılaşmaması işi qəlizləşdirmişdi. “Xalq komandası” bərkə-boşa düşmədən, ciddi sınaqla üzləşmədən hiyləgər “Uypeşt”lə oynamalı oldu. Bakıdakı oyunda özlərini Sloveniya “Mura-05”i kimi aparan macarlar doğma meydanda bizi göydən yerə vurdular.
Bunu düşünəndə avrokubokların “Neftçi” üçün belə erkən bitməsinə təəssüflənməyə bilmirsən. “Neftçi” indiki halı ilə “Uypeşt”lə qarşılaşsaydı, tam fərqli mənzərə ilə qarşılaşardıq və çətin ki, macarlar iki oyunun nəticəsinə görə mərhələni keçən tərəf olardı. Rəhmətlik Böyükağa Hacıyev demişkən, “Neftçi” hazır maşındı, Bordin də bu maşının motorunu çalışdırmağı və onu ustalıqla idarə etməyi bacarana bənzəyir. Legionerlər də yavaş-yavaş ümidləri doğrultmağa başlayıblar. Dabo ilə Federikonu onsuz da yaxşı tanıyırdıq. Qəribədi ki, italiyalı mütəxəssis mərkəz hücumçusu kimi görməyə alışdığımız Dabonu cinahda oynatmağa, onu “gizli silah” kimi saxlamağa çalışır. Bordinin bu addımı rəqibin müdafiəsini daim gərginlikdə saxlamağa, sivri ucdakı Karikarinin daha çox fürsət və boş sahə qazanmasına hesablanıb. Epizodlar üzərində dayanmaq, Bordinin işinin hər detalına qiymət verməyə çalışmaq istəməzdim.
Nəticələr göz qabağındadı. İlk 3 turda əsas rəqiblərindən ikisi ilə qarşılaşan “Neftçi” məğlubiyyət görməyib və topladığı 7 xalla turnir cədvəlinin lideridi. “Sumqayıt”la oyunda qələbə nisbətən asan başa gəlmiş kimi görünsə də, Nazim Süleymanovun komandasının sonrakı nəticələri bu qələbənin əhəmiyyətini xeyli artırdı. Görünən odu ki, bu mövsüm “Sumqayıt”la oyunlarda büdrəməyən komandalar özlərinə bonus xalları qazanmış olacaqlar. Çünki “gənclik şəhəri”nin təmsilçisi heç bir rəqibə asanlıqla təslim olmaq, kiməsə xal bağışlamaq fikrində deyil. Əksinə, özü iddialıdı və turnir cədvəlinin “zirzəmi”sində gün keçirməyi planlaşdırmır. Deməli, “Neftçi” bu komandadan, özü də səfər oyunu sayılan bir qarşılaşmda 3 xal qoparmaqla ciddi uğura imza atıb. Həmin qələbənin qiyməti mövsümün sonuna doğru daha da artacaq. O zaman ki, əsas rəqiblərdən hansısa “Sumqayıt”la oyunda itirdiyi xal və xallara görə üzüləcək. Hazırda “Qəbələ” “Sumqayıt”la oyundakı xal itkisinin üzüntüsünü yaşayır.
“Qarabağ”ın çətin dönəmdən keçdiyi isə hər kəsə bəllidi. BATE və “Şerif”lə oyunlar, qeydə alınan nəticələr çempiona təzyiqi artırıb. Psixoloji basqı, ardıcıl ağır oyunlar və səfərlər “köhlən atlar”ın işini xeyli çətinləşdirib. Bir yandan da limitin tələbləri Qurban bəyi ölkə çempionatının oyunlarına fərqli yanaşmağa, heyətdə ciddi dəyişikliklər əl atamağa məcbur edir. Elə bunun nəticəsidi ki, heyətində iki əcnəbi qapıçı olan “Qarabağ” “Neftçi”ylə oyuna Şahruddin Məhəmmədəliyevlə çıxmışdı. “Qarabağ”ın bir qədər zamana və “Şerif” üzərində azı iki top fərqi ilə qələbəyə ehtiyacı var. Sonra isə nəfəs dərmək, toparlanmaq mümkündü.
Zaman “Neftçi”nin xeyrinə işləyir. “Ağ-qaralar” təkcə qələbə və xallar yox, həm də özünəinam qazanır. “Qarabağ”la oyunda da bu özünəinamın ifadəsini bir daha gördük. Sözsüz ki, “Qarabağ”ın “Şerif”lə duellərdən qalib çıxması və ən azı qışa qədər Avropa Liqasında da mübarizə aparması da “Neftçi”nin xeyrinə olacaq. Belədə “Qarabağ” gücünü iki yerə bölməyə, uzaq səfərlərdə və çətin rəqiblərlə oyunlarda güc itirməyə məcburdu. Çünki artıq neçənci ildi ki, “köhlən atlar”ın qrup mərhələsinə qonaq kimi, yalnız iştirak xatirinə qatılmadığına şahidlik edirik. Qurban Qurbanovun komandası qrup mərhələsindəki bütün rəqiblərə ciddi yanaşır, hətta turnir əhəmiyyəti olmayan oyunlarda belə əsas heyət üzvləri ilə son saniyəyə qədər qələbə üçün vuruşur. Ötən il “Qəbələ” “Qarabağ”ın Çempionlar Liqasına yüksəlməsinin gətirdiyi eyforiya və çətinliklərdən yararlanmağı bacarmamışdı. “Neftçi”, xüsusən də Roberto Bordin isə strategiyasını buna hesablaya, fürsəti əldən buraxmaya bilər.
Deməli, “Qarabağ”ın “Şerif” səddini adlaması elə “Neftçi” üçün də vacibdi. Belədə premyer-liqadakı çempionluq mübarizəsinə yeni rəng və həyəcan qatıla bilər. “Neftçi” azarkeşlərinin də “Şerif”lə oyunda “Qarabağ” üçün dua etməsiylə bağlıı ciddi səbəb var.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar