16 avq 18:47Yazar

Zəif olmadığımız BATE...

İçimizdə bir əminlik vardı. İnanırdıq ki, Borisovdakı 90 dəqiqənin, lap elə 120 dəqiqənin sonunda sevinən tərəf biz olacağıq. Hollandiya çempionu PSV Bakıya gələcək, ardıcıl ikinci il Çempionlar Liqasının qrupunda iştirak edəcəyik, “Qarabağ” adını yenidən qitənin nəhəngləri sırasına yazdıracaq. Bakıda qeydə alınan nəticə şanslarımızı xeyli azaltsa da, ümidimizi itirməmişdik. Amma olmadı...
Səbəbini bilmək üçün elə də dərin təhlilə, baş sındırmağa ehtiyac yoxdu. Onlar müdafiədə bizim buraxdığımız səhvləri buraxmadılar, qol vurmaq üçün əllərinə düşəcək fürsəti gözləyib, əsasən öz qapılarının toxunulmazlığının qayğısına qaldılar. Fürsət əllərinə düşəndə isə ondan maksimum yararlana bildilər. Heç şübhə etmirəm ki, Aleksey Baqa “Qarabağ”la qarşılaşmaq ehtimalının olduğu dəqiqədən etibarən Azərbaycan çempionunu öyrənməyə, diqqətlə incələməyə başlamışdı. BATE-nin mərhələ keçməsinin, xüsusən də Bakıdakı oyundakı nəticənin əsas səbəbi məhz budu.
Bəli, mən yaxşı başa düşürəm ki, Belarus futbolu bizdən bir neçə dəfə güclüdü. Ötən il Belarusdan səfərdən qayıdan Bəxtiyar Musayevlə söhbətləşmək imkanım olmuşdu. Futbolu dərindən bildiyinə şübhə etmədiyim Musayev ağızdolusu ordakı uşaq məktəblərindən, akademiyalardan və infrastrukturdan danışırdı. İllərdi ki, bu ənənə var. Və bu ənənənin sayəsində belarusların Aleksandr Qlebi bütün Avropanı dolaşacaq, “Barselona” və “Arsenal”da oynayacaq qədər istedada sahib olub. Heç uzağa getməyək, Rusiya və Türkiyənin aparıcı klublarında neçə-neçə belaruslu futbolçu top qovmaqda, adından söz etdirməkdədi. Bu gün təkcə BATE yox, Minsk “Dinamo”su da Avropada adından söz etdirir, mərhələlər adlayır. “Dinamo”nun “Zenit”i 4 cavabsız qolla məğlub etməsi də sıradan bir olay deyil.
Milli komandalar arasında bu ilin martında keçirilən yoxlama görüşündə də sevinən tərəf belaruslar olmuşdu. Baxmayaraq ki, son vaxtlar Belarus millisi elə də yaxşı günlərini yaşamır, əvvəlki kimi uğurlu nəticələr qazanmırdı. Amma bu hallarıyla belə biz onlardan zəif idik, doğma meydandakı qarşılaşmada məğlubiyyətdən qaça bilməmişdik. İki ölkənin futbolu arasındakı səviyyə fərqi ortadadı.
Di gəl ki, bu səviyyə fərqi “Qarabağ”la BATE arasında ciddi mənada hiss olunmadı. Əksinə, “Qarabağ” Belarus çempionu ilə hər iki qarşılaşmada daha inamlı, səviyyəli komanda təsiri bağışladı. Bəlkə də fikrim həddən artıq subyektivdi. Amma bu cütün hər iki oyununa neytral ölkənin vətəndaşı, azarkeşlik duyğularından uzaq şəxs kimi baxsaydım, yenə eyni qənaətə gələrdim. PSV ilə qarşılaşmağa, Çempionlar Liqasında yoluna davam etməyə layiq komanda “Qarabağ” idi. Sevinən tərəf isə BATE oldu.
Məsələ heç də Rəşad Sadıqovun yaşında və ya hər iki qarşılaşmada buraxdığı səhvlərdə deyil. Ona qalsa, gəlin Emeqaranı qırmızı vərəqə aldığına, Mahir Mədətovu isə ilk yarıda qaçırdığı əla fürsətə görə asıb-kəsək, hamısı “Qarabağ”dan qovulsun, Qurban Qurbanov da... Yox, əzizlərim. Futbol epizodlar oyunudu. Ani bir səhv, hansısa epizoddakı xırda diqqətsizlik böyük bir məğlubiyyətin başlanğıcı olur. Emeqaranın qırmızı vərəqə aldığı epizoddan saniyələr öncəni xatırlayın, top rəqibdən meydanı tərk etmişdi. Mahir Mədətovun pressinqindən sonra BATE-nin futbolçusu topu meydandan çıxardı. Mədətov topu autdan oyuna daxil etmək üçün götürdü, sonra nə oldusa, onu Maksimə verdi. Maksimin atışından sonra Mahirin belaruslara “verdiyi” top sürətli əks-hücumun başlanması və daha sonra da müdafiənin köməyinə gələn Emeqaranın kobud oyunu ilə nəticələndi. Sonrası da məlumdu. Latviyalı hakim Andris Treymanis “Qarabağ”ın hücumçusunu bağışlamaq, vəziyyəti ikinci sarı vərəqə vermədən ötüşdürmək istəyirdi. Amma BATE-nin futbolçularının təzyiqi, ola bilsin ki, yardımçılarının da müdaxiləsi onu fikrindən daşındırdı. Bəlkə də hakim-inspektorun verəcəyi aşağı qiymətdən, UEFA-nın sorğulamasından və cəzasından çəkindi. İnsafən, elə doğru olanı etdi. Mənim məqsədim Emeqeranın qovulmasının haqlı və ya haqsız olduğunu müzakirəyə çıxarmaq deyil. Sözümün canı odu ki, bəzən kiçik bir epizodik səhv hadisələrin axarını dəyişir. Həmin epizodda top bizim xeyrimizə auta çıxmasaydı, Emeqara da meydandan qovulmazdı, “Qarabağ” vacib 16 dəqiqəni meydanda azlıqda qalmazdı.
Bütün bunlar futbolun içində olan, onu həm gözəlləşdirən, həm də amansız oyuna çevirən məqamlardı. Onlardan qurtulmaq, səhvlərdən “sığortalanmaq” mümkün deyil. Səhvləri minimuma endirmək mümkündü ki, “Qarabağ” – BATE duelində bunu daha yaxşı bacaran tərəf belaruslar idi. Yerli futbolçuların səviyyəsinə görə onlardan geri olsaq da, səviyyəli legionerlərimizə görə BATE-ni üstələyirdik. Ötənilki uğurlardan sonra heyətin zəiflədiyi mübahisə doğurmur. Amma sırf hazırkı durumu dəyərləndirərkən “Qarabağ”ın xüsusilə də yarımmüdafiə və hücum xəttinin yenilənməsi, bu yenilənmə prosesinin gec yekunlaşması, müdafiəçilərin epizodik xətaları bu turu keçə bilməməyimizdə həlledici oldu.
Heç bir göstəriciyə görə zəif olmadığımız BATE Çempionlar Liqasında bizi üstələdi, biz isə dayandıq. “Hər yanlış bir naxışdı” deyib atalarımız. Bu yanlışımızı da naxışa çevirməyi bacarmalı, toparlanmalıyıq. Hamımıza keçmiş olsun!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar