15 avq 23:35Yazar

Azarkeşimə bax mənim...

Azarkeşimə bax mənim...
Ötən həftə televizorda Avroliqanın 3-cü təsnifat mərhələsi çərçivəsində baş tutan oyunlardan ən maraqlısını axtarıb tapmaq istəyəndə, rastıma təsadüfən “Ufa” – “Proqres” qarşılaşması çıxdı. Düzü, bundan daha maraqlı görüşlər olduğundan, baxmaq fikrim yox idi. Amma titrdə hesabın 2:1 olduğunu görüncə...
“Qəbələ” səddini Qəbələdə vurduğu 2 qolla keçən, 2-ci mərhələdə illərdi avrokuboklarda iştirak edən Macarıstan “Honved”ini Lüksemburqdakı 2:0-ın hesabına mübarizədən kənarlaşdıran “sarı-qaralar” bu dəfə ruslarla dirəşmişdi. Meydan sahibləri çox çalışsalar da, daha artıq qol vura bilmədilər və bəyənmədiyimiz “Proqres” ölkəsinə cavab oyunu ərəfəsində o qədər də təhlükəli olmayan nəticə ilə qayıtdı. İndi Lüksemburqda vuracaqları bir qol heyətində Aleksandr Karapetyanın top qovduğu “Proqres”i Avroliqanın pley-offuna daşıyacaq.
Məlum qarşılaşma başa çatandan sonra Lüksemburq futbolu, daha doğrusu, bu ölkənin çempionatı haqda müəyyən məlumat əldə etmək üçün bir-bir internet qaynaqlarını “gəzdim”. Deməli, “cırtdan” adlandırdığımız və hər imkanda özümüzdən aşağı tutduğumuz Lüksemburq premyer-liqasında 14 komanda mübarizə aparır. Büdcələrinə görə öyünə bilməsələr də, hər halda, komanda və oyun sayı yetərincədi.
Futbolun nə dərəcədə sevilməsi, oyunları nə qədər azarkeşin izləməsi də yetərincə maraqlı idi. Ona da baxdım. 1-ci turun oyunları avqustun 5-6-da keçirilib ki, 7 görüş baş tutub. Azarkeş sayı aşağıdakı kimidi:
Rumelanj – Proqres, 443 nəfər
Jeness – Fola, 1629
Etsella – Rasinq, 361
Viktoriya – Petanj, 385
Hostert – Strassen, 503
Differdanj-03 – Mondorf-les-Bayns, 965
Hamm Benfika – Düdelanj-91, 688
Komanda və oyun sayını kənara qoyuram. Deyək ki, bu ölkədə futbol futbolun başında oturanlara lazım deyil. Deyək ki, AFFA-nın baş katibi Elxan Məmmədov illərdi yığmaların uğursuzluğuna səbəbkar biri kimi indi də daxili çempionatın “anasını ağlatmaqla” məşğuldu. Deyək ki, futbol bir tamaşaya çevrilib. Deyək ki...
Bəs hanı Azərbaycan futbolunun əsl azarkeşləri, xəstələri? Vaxtilə Zabratdakı stadionda “İnter”lə “Turan” üz-üzə gələndə otlağı xatırladan qazon (bu sözü deməyə adamın dili gəlmir) üzərində oynanılan futbolu izləyən minlərlə azarkeş hara yoxa çıxıb? “İsmət Qayıbov” hələ plastik oturacaqlar üzünə həsrət qalanda dəmirlərin üstünə dırmaşıb “Neftçi”ni irəli səsləyən fanatlar hardadı? Futbolla bağlı hansısa hadisə baş verəndə “feysbuk”u bombardman edib, özünü futbol bilicisi kimi göstərənlər niyə canlarına əziyyət verib çempionat oyunlarına baxmağa gəlmir? “Qarabağ” avrokuboklarda oynayanda stadiona toplaşan 20-30, bəzən 50-60 min nəfərin çox yox, 10 faizi hər həftəsonu stadionlara baş çəkməyi özünə əskiklik sayır?
Çempionatın açılış turunda 3 oyun baş tutub və ümumi azarkeş sayı şişirdilmiş rəqəmlərlə 1700-ə bərabərdi. Aşağı-yuxarı “Jeness” – “Fola” oyunundakı qədər. Elə Lüksemburq çempionatının ilk turunda stadiona baş çəkənlərin ümumi sayı aşağı-yuxarı eynidi. Halbuki onların nə futbol tarixi var, nə tarixdə iz qoymuş futbolçuları, nə də Avroliqanın və Çempionlar Liqasının qrup mərhələsində oynamış komandaları. “Düdelanj-91”di, “Differdanj-03”, “Fola”, bir də “Proqress”. Bu komandaları da hər il qapazaltı edib geri qaytarırlar. İndi bu da bir möcüzədi, “Proqres” pley-offa yaxınlaşıb. Əhalisi 602 min nəfər, ərazisi 2586 kvadratmetr olan ölkədə futbol bu qədər sevilirsə, heç kimin diqqətdə saxlamadığı çempionat oyununa 500, 900, 1600 azarkeş gəlirsə, deməli, onun futbolu mənimkindən öndə getməlidi, daha çox tanınmalıdı.
Siz “feysbuk”da yaxşı oğlanlıq edin, 5 nəfərin arasında özünüzü futbol dahisi kimi göstərin, hansısa komandamız uğursuzluğa düçar olanda klubun sahibi kimi davranın, amma həftəsonu çempionat oyunlarına canlı baxmağı özünüzə sığışdırmayın, canınıza əziyyət verməyin. Sonra da Elxan Məmmədovu, Ramin Musayevi, nə bilim Məlik Həsənovu qınayın ki, ölkədə futbol yoxdu. Sən nə vaxt əsl azarkeşliyini göstərdin ki, adı çəkilənlərdən hesabat alasan? Sən nə vaxt əsl azarkeşliyini göstərdin ki, kimisə nədəsə ittiham edəsən? Danışmağa haqqı olan varsa, onlar da 200-300 nəfərdi. Hər tur stadionların yollarında təpik döyən, ayaqüstə komandasına dəstək verən, polislər tərəfindən döyülüb-söyülənlər. Danışmalı olan onlardı, evdə televizor qarşısında ayağını uzadıb, futbolla “Xəbərlər”ə eyni anda baxan yox. Azarkeşimə bax mənim...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar