15 avq 23:30Yazar

“Qəbələ”nin çempionata ağırlıq qoyması

“Ağırlığını qoymaq” sözü daha çox qardaş Türkiyədə işlənir. Hərfi mənada yox, obrazlı ifadə kimi. Kiminsə ağırlığını qoyması onun öz gücünü hiss etdirməsi, “burda mən də varam” deməsi mənasında qəbul olunur. Yəqin siz də razılaşarsız ki, premyer-liqanın ilk turunda “Qəbələ”nin “Səbail”i 3:0 hesabıyla məğlub etməsindən danışarkən bu ifadədən yararlanmaq çox yerinə düşür. Bəli, “qırmızı-qaralar” təkcə üç qol vurub, 3 xal qazanmadı. Onlar bu qələbə ilə Azərbaycan çempionatına öz ağırlığını qoydular, güclərini nümayiş etdirdilər, hələ də var olduqlarına işarə vurdular. Onları hesabdan silməyə çalışanlar tələsmişdilər.
Sizi bir qədər keçmişə, mayın son günlərinə qaytaracam. Ölkə kubokunun finalında “Qəbələ”nin uduzmasını, qəniməti öz evinin içində ondan heç də güclü olmayan “Keşlə”yə verməsini heç kim gözləmirdi. Amma qış fasiləsindən sonra başlayan uğursuz seriyanın, özünəinamın itməsi, klubun büdcəsinin azaldılması, yüksək ödənişli legionerlərin və Roman Qriqorçukun gedəcəyi ilə bağlı deyilənlərin hamısı final qarşlaşmasında özünü göstərdi. Görüşü bilavasitə stadionda, özü də çox diqqətlə izləmişdim. “Qəbələ” həmin axşam nəinki özünə bənzəmirdi, heç potensialının yarısını belə meydanda sərgiləməyi bacarmırdı. Komandanın qələbə əzmi, kubok qazanmaq üçün döyüşmək həvəsi hiss olunmurdu. Həmin gün qırmızı-qara formada meydana çıxan futbolçuların heç biri Vaqif Cavadov qədər meydanda can qoymur, qələbə üçün fədakarlıq etməyə çalışmırdı. Nəticədə acınacaqlı məğlubiyyət qaçılmaz oldu. “Qəbələ” final görüşünü Rauf Cabbarovun start fitindən öncə, psixoloji mübarizədə uduzmuşdu.
Oyundan sonra yaşananlar hələ də gözümün önündədi. Həmişə qürurlu, iddialı görməyə alışdığımız Roman Qriqorçuk belə nəyin baş verdiyini anlaya bilmir, jurnalistlərə açıqlama verərkən ukraynalı mütəxəssisin səsi titrəyirdi. Oxşar mənzərəni finalın ertəsi günü “Qəbələ”nin məskunlaşdığı otelin həyətində də gördüm. Bakıya bizimlə birlikdə gələcək PFL əməkdaşlarından birini götürmək üçün avtobusumuz həmin otelə getmişdi. Və orda təsirindən uzun müddət çıxa bilmədiyim mənzərə ilə qarşılaşdım. “Qəbələ”nin üzvü Asif Məmmədov əşyalarını topladığı çemodanını arxasınca sürüyə-sürüyə avtomobilinə doğru gedirdi, başını da aşağı salmışdı. Asifin məğlub döyüşçüləri xatırladan bu görüntüsü təkcə onun yox, bütövlükdə “Qəbələ”nin futbolçularının, məşqçilərinin obrazı idi. Onlar çox vacib bir “döyüş”ü uduzmuş, azarkeşlərin də, klub rəhbərliyinin də etimadını doğrulda bilməmişdilər.
Həmin görüntünü bir də “Səbail”lə görüşün 21-ci dəqiqəsində xatırladım. Məhz həmin dəqiqədə Asif Məmmədov Emil Balayevin qoruduğu qapıya doğru havalandırılan topa toxunaraq, onu qola çevirməsini bayram edirdi. Sağ əlinin barmaqlarını bərk-bərk sıxmış, yumruğunu düyünləmişdi. Onun qol sevincini bölüşməyə tələsən İlqar Qurbanov da, Bəhlul Mustafazadə də, başqaları da eyni hissi keçirirdilər. Bu sevinci yaşamağa, bölüşməyə dəyərdi. Əminəm ki, Sənan Qurbanov da sevincini çılğınlıqla qeyd etməsə belə, qəlbinin dərinliklərində bir vulkan yaşayıb, o da yumruqlarını bərk-bərk düyünləyib. Finaldakı uğursuzluqdan sonra yoxlama görüşlərində qələbəyə həsrət qalan, Avropa Liqasının elə ilk təsnifat mərhələsindəcə Lüksemburq “Proqres”inə uduzan “Qəbələ”nin bu qola, bu qələbəyə, bu sevincə və özünəinamın bərpasına çox ehtiyacı vardı. Bölgə təmsilçisinin böyük bir psixoloji gərginlikdən, bu gərginliyin gətirdiyi əzabdan qurtulduğunu əminliklə söyləmək olar. Bundan sonrası asan olmalıdı.
Çox inandığım Sənan Qurbanovun da bu böyükhesablı qələbədən sonra nəfəsini dərmək, olub-keçənləri dərindən təhlil etmək üçün zamanı olacaq. Yaxşı bilirəm ki, son iki ayda xeyli gərgin günlər keçirib, az qala hər gün çıxan müxtəlif şayiələrdən, haqlı və haqsız tənqidlərdən xeyli yorulub. Çətin günlərin arxada qaldığına inanmaq olar. “Qəbələ” hər nə qədər dəyişkliyə məruz qalsa da, avrokuboklardan erkən kənarlaşdırılsa da, yenə də Azərbaycanın ən güclü klublarındandı. Bu güc təkcə əsas heyətin hazırkı üzvləriylə məhdudlaşmır. Hər kəsə nümunə olacaq infrastruktur, çoxlarının qibtə edəcəyi akademiya “Qəbələ”nin ən güclü tərəfidi. Elə həmin infrastruktur, akademiyanın yetirmələri ilə idaretməni düzgün qurmaq və uğur qazanmaq mümkündü. Komandanın başında əcnəbi baş məşqçinin, heyətdə bahalı legionerlərin olmamasına görə üzülməyə, narahatlıq keçirməyə, ümidsizliyə qapılmağa dəyməz.
İlk turda sərgilənən oyunlar, qeydə alınan nəticələr məndə “Qəbələ”nin uğur qazana biləcəyinə olan inamı daha da gücləndirdi. Komandaların böyük əksəriyyəti heyətini tam komplektləşdirə bilməyib və futbolçu çatışmazlığından əziyyət çəkirlər. Hazırkı iş yerlərində yeni olan baş məşqçilərin yükü isə daha ağırdı. Onlar təkcə heyət formalaşdırmaqla yox, Azərbaycan futbolunu və rəqibləri öyrənməklə məşğuldular. Buna da zaman lazımdı. Sənan Qurbanov üçün isə belə bir problem yoxdu. “Qəbələ”ni də, rəqibləri də ovcunun içi kimi tanıyır. Deməli, premyer-liqaya ağırlıq qoymuşkən uğurun davamını gətirmək mümkündü. Yetər ki, “Qəbələ” özünə inansın.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar