26 fev 13:53Yazar

Prosineçkinin filosofluğu

Prosineçkinin filosofluğu
Sağ olsun dəyərli AFFA rəhbərliyi. Bizim üçün çox unikal mütəxəssis tapıblar, onu millimizə baş məşqçi təyin ediblər. O da bizi darıxmağa qoymur. Mən şəxsən Prosineçki kimi dəyərli və universal şəxsiyyətin bizim millini çalışdırmasından, ölkəmizdə yaşayıb-yaratmasından çox razıyam. Buna görə də göydə Allaha, yerdə AFFA-nın başbilənlərinə minnətdar və duaçıyam. Adam kefi istəyəndə Zaqrebdə ticarət mərkəzi açır, lazım olanda ailəsiylə birlikdə Bakını tərk edir, həvəsi olanda dondurma və corab reklam edir. Üstəlik, futbolçuların siqaret çəkməsini və bədənini müxtəlif döymələrlə doldurmasını da dəstəkləyir. Özümə söz vermişəm, harda üz-üzə gəlsək, “mən ölüm, bir beş vur bura” deyib, əlimi ona uzadacam. Bir halda ki, analoqu olmayan ölkədə yaşayırıq, millimizin baş məşqçisi də analoqsuz olmalıdı.
Hiss edirəm ki, Prosineçki AFFA-dan inciyib. Bu küskünlüyü aradan qaldırmaq üçün barışdırıcı missiyanı öz üzərimə götürməyə, hətta köməyə kəndimizin ağsaqqallarını da çağırmağa hazıram. Yoxsa, unikal və dahi şəxsiyət bizdən inciyər. Səbəb isə sadədi. Bizimkilər Robini “Bursaspor”da işləməyə buraxmadılar. Nətər olur, ay qardaş? Elxan Abdullayev Prosineçkidən daha fərasətli, daha bacarıqlı insandı? Abdullayev həm millidə, həm də klubda işləyə bilər, amma Prosineçki yox? Prosineçkinin son anda Antalyaya yollanmaqdan imtina etməsi, Qəbələdə - Azərbaycan premyer-liqasının “şah oyunu”nda görünməməsi də məhz bununla bağlı idi. Belə olmasaydı, xorvatiyalı mütəxəssisin Antalyaya yollanmamasına bir məntiqli izah tapardılar. AFFA-nın sözçüsü, çox hörmətli Mikayıl Nərimanoğlunu ara yerdə yalançı çıxardılar. O dedi Prosineçki xəstədi, amma millinin baş məşqçisinin köməkçisi bunu təkzib etdi. Bir o qalmışdı ki, xorvatiyalı məşqçilər “Prosineçkiyə xəstəlik arzulayanın özü ağır dərd tapsın, yatağa düşsün. Bizim Robi turp kimi sağlamdı” desinlər. Bunun davamı kimi millinin məşqçilər korpusu Qəbələdəki qarşılaşmanı izləməkdən də nümayişkəranə şəkildə imtina etdilər. Yoxsa, nə var idi Mahmud Qurbanovu xorvatiyalı köməkçilərdən biriylə Bakıdan Qəbələyə ezam etməyə? Günorta yeməklərini evdə yeyib, yola düşsəydilər, rahat oyunu izləyərdilər. Şam yeməyini də İsmayıllıdakı dağ və meşə mənzərəli restoranların birində edib, gecə evlərində yatardılar. Etmədilər, çünki lazım bilmədilər.
Bağışlayın ki, hər şeyi təfərrüatına qədər belə xırdalayıb, sizi də yoruram. Amma buna məcburam. İstəyirəm Prosineçki və onun havadarları başa düşsünlər ki, biz qələm əhli heç də qış yuxusuna gedib, gözlərimizi onların bu cür əməllərinə yummamışıq. Müşahidələrimiz onu göstərir ki, Prosineçki onun Bursaya yolunu bağlayan AFFA-nı bu cür üsullarla cəzalandırmaq, qisas çıxmaq fikrindədi. Qoy olsun. Kim ona “gözün üstündə qaşın var” deyə bilər? Adam dörd oyuna 7 xal toplayıb, prezidentlərlə birlikdə şam edib. İndi Azərbaycanda heç kim millimizin məhz onun başçılığı altında Maltanı, Andorranı, Kanadanı uda bilməməsini, Qazaxıstan və Makedoniya kimi Avropanın heç ortababları belə sayılmayan komandalarına uduzmağını xatırlamır. Amma kim unutsa da, mən belə şeyləri unuda bilmərəm. Unutmadığım o qədər hadisələr, açıqlamalar, nəticələr, müsahibələr var ki. Bu baxımdan arxivim xeyli zəngindi. Söz vaxtını çəkər. 2013-cü ilin təxminən elə bu günlərində “Futbol+” oxucusuna “Sən üzülmə, Asif” yazımı təqdim etmişəm. Həmin yazıda Berti Foqtsun əla formada olan Asif Məmmədovu nə üçün millidə görmək istəməməsinə, onun heç yoxlamaq fikrinə düşməməsinə aydınlıq gətirməyə çalışmışam. Sizin də yadınızda olar, o ərəfələrdə Asif “ayın ən gözəl qolunun müəllifi” seçilmişdi, premyer-liqada boy göstərən yerlilərdən idi. Amma almaniyalı qoca iki ayağını bir başmağa dirəmişdi ki, onu milli komandaya dəvət etməyəcək. Asifin karyerasına diqqət edəndə həmişə iddialı komandalarda oynadığını, başqalarından fərqləndiyini görürük. Gənc vaxtlarında “Xəzər Lənkəran”da özünü göstərdi, sonra “İnter”də adından söz etdirdi. “Qəbələ”nin Avropadakı uğur seriyası da məhz onun çətin məqamda Tiflis “Dinamo”sunun qapısına vurduğu qoldan sonra başlamışdı. Qəribədi ki, bu cür istedadlı futbolçuya Azərbaycan millisində heç vaxt ehtiyac duyulmayıb. Adama deyərlər, çağırdıqlarınız belə xarüqələr yaradıb, önünə gələni didib-parçalayıb? Yerliləri demirəm, “milliləşdirdikləriniz”dən hansı Asifdən qat-qat üstün futbolçu kimi özünü göstərib? İlqar Qurbanovu “fast-food” yeyib deyə milliyə çağırmırdılar, Foqtsun və Prosineçkinin sevimli futbolçularının sosial şəbəkərlərdə hamburgerdən tutmuş çaxıra-viskiyə qədər idmançı üçün zərərli sayılan qida və içkilərlə min cür şəkilləri var...
İndi də eyni ssenari Nizami Hacıyevlə bağlı təkrarlanır. Robi son müsahibəsində Nizamini millidə yoxlamaq fikrində olmadığını deyib, bu qərarını da onunla əsaslandırıb ki, Hacıyev oyun fəlsəfəsinə uyğun deyil. Biz Prosineçkinin fəlsəfəsinə də, filoslofluğuna da yaxşı bələdik. Azərbaycana yeni gələndə inadla Məhəmməd Qurbanovda gizli istedad gördüyünü deyirdi, ona əsas heyət üzvü gözüylə baxırdı. Nə oldu? Maqanın qiymətini qaldırıb “Neftçi”yə satdılar, sonra da geri “Sumqayıt”a qaytardılar. Dağıstanlı futbolçunun qol vurduğu günlərdə Sumqayıtda qurban kəsib paylayırlar. Odu ki, Prosineçki filosofluq etməsə yaxşıdı, onda belə şeylər alınmır.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir Bu gün, 15:26 TRANSFER DOSYESİ Bu gün, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı Bu gün, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı Bu gün, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi Bu gün, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb Bu gün, 15:15 “Neftçi” yeni kartların satışına başladı Bu gün, 15:14 “Parken”də anşlaq gözlənilir Bu gün, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu Bu gün, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd Bu gün, 15:10 Dima qol hesabını açdı Bu gün, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq Bu gün, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? Bu gün, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı Bu gün, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi Bu gün, 14:00 Almaniyaya səfər ərəfəsində görüş Bu gün, 13:59 Bu dəfə Sloveniyaya uduzdular Bu gün, 13:58 Ruslan bir pillə irəlilədi Bu gün, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? Bu gün, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir Bu gün, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı Bu gün, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək Bu gün, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı Bu gün, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir Dünən, 19:46 Yığma üzvü zədələnib Dünən, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək Dünən, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi Dünən, 19:39 Yığmamız mövqeyini qorudu Dünən, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi Dünən, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır Dünən, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb Dünən, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir Dünən, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb Dünən, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? Dünən, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi Dünən, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub Dünən, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək Dünən, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq Dünən, 19:02 Şehiç yığmaya dəvət aldı Dünən, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? Dünən, 18:52 “Qarabağ” iki gün əvvəl gedir Dünən, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları Dünən, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” Dünən, 16:32 Ramil yenə meydana çıxmadı Dünən, 16:29 Kəmaləddin Heydərov postunda qaldı Dünən, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı Dünən, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır Dünən, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar