13 avq 18:43Yazar

Gəldi baharın gülü...

Uşaq idim. “Yolka”nın yanındakı Şaxta Babanın əlindəki torbanın içində şirniyyatların olduğunu düşünəcək qədər saf, hər dəfə yemək yeməyəndə anamın ”saqqallı kişi gəlib səni aparacaq” hədəsinə inanacaq qədər məsum, yoldan keçən bahalı maşınlara “o mənimdi” deyəcək qədər əfəl. O vaxtlar istirahət günlərinin axşamı evimizdən nərd səsi əskik olmazdı. Xalamın yoldaşının 7-ci mərtəbədən bir mərtəbə yuxarı, yəni bizə gələcəyi vaxtı səbirsizliklə gözləyərdik. O qədər həssas dönəm idi ki, hətta Elçin əminin qapını döymək tərzindən bilirdik ki, gələn odu. Sevinirdik, göylərə uçurduq. Rəhmətlik atamın başı nərdə qarışacaq, biz uşaqlar da öz kefimizdə, istədiyimizi edəcəyik.
İndi olmasın, atamın bir sözü hər imkanda məni qapıya qaçmağa məcbur edərdi. Uca səslə dediyi: “gəldi baharın gülü”. Bahar kimdi, gül kimdi, bilməzdim. Əsas odu, ifadəsində “gəldi”sözü var idi. Kiminsə qonaq gəldiyini düşünüb sevincək olardım. Bir neçə saniyə dəhlizdə dayanandan sonra kor-peşman uşaq otağına qayıdardım. Zaman keçdi, yaşın üstünə yaş, ağlın üstünə ağıl gəldi və dərk etdim ki, “baharın gülü” nərddəki “şeş qoşa” imiş.
İndi hansısa xoş xəbər eşidəndə, hansısa yenilik olanda, rəhmətliyin dilindən çıxıb qulağımda sırğa olan bu ifadə yadıma düşür. Elə dünən daxili şöbənin iclasında premyer-liqanın növbəti mövsümü haqda danışanda da, “baharın gülü”nü xatırladım. Sizin üçün bilmirəm necədi, amma mənim üçün premyer-liqanın ləzzəti başqadı. Pisi və yaxşısı ilə. 8 komanda yox, lap 4 komanda yarışsa da, bilirəm ki, özümündü. Avrokuboklardan və yığmaların oyunlarından fərqli, bilirəm ki, əvvəldən sona qədər qanı qanımdan, canı canımdan olanlar oynayacaq. Hər həftəsonu illərdi təpik döydüyümüz stadionlara baş çəkib, reportaj hazırlayacağıq. Gizlətmirəm, idman mətbuatının ən çox sevdiyim tərəfi məhz çempionat oyunlarından reportaj hazırlamağım, həmin görüşlərin canlı şahidi olmağımdı. Üstəlik, növbəti mövsümdə marağıma səbəb olan bir çox məqamlar var ki, onları səbirsizliklə gözləyirəm.
“Neftçi” rəhbərliyinin böyük ümidlərlə gətirdiyi Roberto Bordinin işi maraqlıdı mənə. Çempionluq sevdasına düşən, “Uypeşt”lə cavab görüşündə komandasının məğlubiyyətində əsas rolu oynayan italyan mütəxəssisin “Qarabağ”la, dəqiq desək, Qurban Qurbanovla duellərdə nə ilə yadda qalacağını səbirsizlikə gözləyirəm. Azərbaycanda qalacağı, əks halda neçənci turdan sonra çantasını götürüb evinə qayıdacağı da böyük sualdı mənim üçün.
Samir Abasovla yollarını ayıran “Sumqayıt”ın məşqçi kimi özünü sübut edə bilməyən Nazim Süleymanovla hara qədər gedə biləcəyi maraqlıdı mənə. Əfran İsmayılov, Elvin Məmmədov, Arif Daşdəmirov kimi “sönmüş ulduzlar” ilə hansı nəticəyə imza atacağını görmək istəyirəm.
Debütant “Sabah”ın iki ay ərzində ordan-burdan yığdığı futbolçularla nə edəcəyi maraqlıdı mənə. “Metallist”in, həm də Ukrayna yığmasının formasını geymiş Marko Deviçin azarkeşsiz tribunalar önündə özünü necə göstərəcəyi və açıqlamalarında nə deyəcəyi maraqlıdı mənə.
Əsas diqqətini avrokuboklara ayıran “Qarabağ”ın çempionata necə başlayacağı maraqlıdı mənə. Sentyabrdan həm də Millətlər Liqasında mübarizə aparacaq yığmanın başında duran Qurban Qurbanovun premyer-liqadakı komandasının yeni legionerlərlə nə edəcəyini səbirsizliklə gözləyirəm.
“Keşlə”nin yeni baş məşqçisi Mladen Milinkoviçin futbol fəlsəfəsi, oyun vaxtı özünü necə aparması, məğlub olduğu qarşılaşmadan sonra mətbuat konfransında nə danışması maraqlıdı mənə. Zaur Axundovun serb mütəxəssislə nə vaxta qədər dil tapacağı da böyük sualdı. Əslində bunun özü də çox maraqlıdı.
Ötən mövsümün ikinci yarısını boşa verən komandanın başında duran və bunu bəzi futbolçuların zədəli, cəzalı olması ilə əlaqələndirən “Zirə”nin baş məşqçisi Ayxan Abbasovun cari mövsümdə nə edəcəyi, nə deyəcəyi maraqlıdı mənə. Qadzesiz, Duriçsiz, Krnetasız, İbokoyisiz, Urdinovsuz zirəlilərin sonda neçənci pilləni tutacağını da səbirsizliklə gözləyirəm.
“Proqres” səddini keçə bilməyən “Qəbələ”nin Sənan Qurbanovun rəhbərliyi altında çempionluq mübarizəsini neçənci tura qədər davam etdirəcəyi maraqlıdı mənə. Rauf Əliyevin qolları sıralayıb, yenidən milliyə qayıdıb-qayıtmayacağı da bir o qədər şübhəli və maraqlıdı. Birinci divizionda oynamaqdan imtina edən “Qəbələ”nin əvəzedicilərində top qovanların növbəti mövsümdə harda oynayacağı, nə işlə məşğul olacaqları maraqlıdı mənə. Onsuz da sayı az olan qəbələli azarkeşlərin bundan sonra stadionda hansı sayda olacaqlarını görmək maraqlıdı mənə.
İllərdi “Qarabağ”da görməyə alışdığımız Aftandil Hacıyevli “Səbail”in ötənilki komandadan nə ilə fərqlənəcəyini görmək maraqlıdı mənə. Rahidin, Ağabalanın, Ruslanın ortabab komandada necə təsir bağışlayacağına baxmaq maraqlıdı mənə.
Uzun illər əsas yığmanın formasını geymiş futbolçulardan birinin “Qarabağ” 15 xal fərqiylə çempion olacaq” iddiasının qarşısında “yox” demişəm və aramızda qalan bir şeydən mərc etmişik. Sonda onun, yoxsa mənim qalib gələcəyim də bir o qədər maraqlıdı mənə.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar