08 avq 18:54Yazar

Torbanın içindəki pişik...

Birinci divizionda mübarizə aparmaqdan imtina edən “Qəbələ” rəhbərliyi bununla son illərdə görməyə alışmadığımız qərara imza atdı. İndiyə qədər necə idi? Klublar AFFA və PFL-in “çaldığı havaya oynayır”, göstərişin qarşısında söz deməyə cəsarət etmirdilər. Qərarla tanış olanda biranlıq yadıma “Xəzər Lənkəran” düşdü. Mübariz Mənsimovun Türkiyədə qazandığı pulların hesabına yaşayan bu klub da vaxtilə AFFA-ya münasibətdə müxalif rolunu oynayırdı. Hakim səhvləri ilə qarşılaşan kimi haqq səsini ucaldar, komandanı premyer-liqadan geri çəkəcəkləri ilə hədələyərdilər. O vaxt “Bakı”, “Karvan”, “İnter”, lap elə “Simurq” da birbaşa assosiasiyadan asılı deyildi. Lakin o vaxtkı “Xəzər Lənkəran”, indiki “Qəbələ” rəhbərliyi kimi, sərt qərar qəbul edəcək cəsarətləri yox idi. Kimdənsə, nədənsə çəkinirdilər.
İndi “Qəbələ”nin gənclərinin müəmmalı gələcəyi bir tərəfdə qalıb, klub rəhbərliyinin hansı əsasla bu addımı atdığının cavabı yönündə “baş sındırılır”. Normaldı. Mütləq ki, bilmədiyimiz, ya da səthi bilib, kökündən xəbərdar olmadığımız səbəblər var. Maliyyə problemi əsas gətirilsə də, əsas amil olmadığına adım kimi əminəm. Guya əvəzedicilərin çempionatında yarışmaqla birinci divizionda oynamaq arasında nə qədər xərc fərqi var ki? Qoy olsun 20-30 min manat, lap elə 50 min. Məgər buna görə AFFA-nın qərarına arxa çevirmək ağlabatandı? Yox, əzizim. Səbəb bağlı qapılar arxasındakı müəmmalı söhbətlərdi, “torbanın içindəki pişikdi”.
Məsələn, istisna olunmur ki, “Qəbələ” rəhbərliyi illərdi min bir zəhmətlə akademiyada yetişən uşaqların çirkaba bulaşmasını istəmir. Hər nə qədər oyun alğı-satqısına son qoyulduğu deyilsə də, “xəstəliy”in 3-5 gün ərzində aradan qalxacağı inandırıcı görünmür. Söhbət yoluxucu xəstəlikdən gedirsə, bunu mənşəydən və ətraf mühitdən təmizləmək üçün ciddi zamana ehtiyac var.
Başqa bir səbəb “Qəbələ”nin birinci divizionda qapazaltı statusuna yiyələnməkdən uzaq durmasıdı. Bu günə qədər əvəzedicilərin çempionatında “at oynadan” “qırmızı-qaralar” yeni reqlamentə görə əvvəlki gücünü göstərə bilməyəcək. Rəqiblər 3-5 elita təcrübəsi olan bacarıqlı futbolçularla güclənəcəyi halda, bölgə təmsilçisi akademiyanın uşaqları ilə uzağa gedə bilməz. Boy vermək üçün bir neçə təcrübəli futbolçunun xidmətinə ehtiyac duymalıdılar. Bu isə heç bir halda klub rəhbərliyinə sərf etmir.
Hə, üçüncü və ən ağlabatan səbəb. AFFA-ya rəhbərlik edənlərin, İcraiyyə Komitəsində söz deyənlərin Azərbaycan futbolunu ata-baba malı kimi idarə edib, istədiyi qərarları özbaşına verməsi. “Qəbələ”nin qərarı bir daha göstərdi ki, çempionatda yeni formatın tətbiq olunması zaman heç də bütün klubların fikri öyrənilməyib. Öyrənsəydilər, “Qəbələ”nin mövqeyi ilə tanış olardılar, tələsməzdilər, vaxtından əvvəl yekə-yekə danışmazdılar. Ən azı rəsmilərdən hansısa biri bölgə təmsilçisinin yarışa qatılmasının sual altında olduğunu deyərdi. Fərqli mənzərəyə şahidlik etdiksə, deməli, klub rəhbərliyinə yer edən də “yuxarılar”ın qərarı özbaşına qəbul etməsi olub.
Onsuz da avrokuboklarda ağır zərbə alan, Tale Heydərovun qəzəbinə tuş gələn rəsmilərin əsəbləri kifayət qədər gərilib. Bir tərəfdən də AFFA-dakıların özünü çoxbilmiş kimi aparması onlara yer etməmiş deyil. Sizi bilmirəm, şəxsən “Qəbələ” tərəfini dəstəkləyir, bu fikri ortaya atan şəxsin gözlərindən öpürəm. Bəli, komandanın birinci diviziona qatılmaması neçə-neçə futbolçunun gözdən itməsinə, oyun təcrübəsindən əziyyət çəkməsinə səbəb olacaq. Amma ölkə futbolunun qazandığı daha çox olacaq. Bu qərar birbaşa Elxan Məmmədova – özünü Azərbaycan futbolunun ağası sayan birinə tutarlı cavabdı. Amma tək əldən səs çıxmaz. “Qəbələ” kimi, başqaları da varlığını göstərməli, lazımi anda səhnəyə çıxıb “mən də varam” deməlidilər. Amma hansı desin? “Səbail”i, “Sumqayıt”ı, “Keşlə”si, “Sabah”ı, yoxsa “Neftçi”si? Onları elə günə salmayıblar ki, asılı olduqları quruma ağız büzsünlər.
Bölgə təmsilçisinin yeni çempionata arxa çevirməsi bir daha sübut etdi ki, futbolda sözünü deməyi bacaran ancaq kənar sponsorun cibindən maliyyələşənlərdi. Kaş belələrinin sayı çox olaydı. Belədə bu boyda futbol təsərrüfatı kostyumlu Elxan Məmmədovun əlində oyuncaq olmazdı.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar