01 avq 16:19Yazar

Rəşaddan sonra Ruslan, Ruslandan sonra isə...

İyulun 27-də Peşəkar Futbol Liqası yeni mövsümün püşkatma mərasimini keçirdi. Adəti üzrə klubların nümayəndələri gəldilər, püşk çəkdilər və yeni mövsümün ilk turunda kimin kimlə qarşılaşacağı məlum oldu. Növbəti turların oyun cədvəli də yaxın günlərdə müəyyənləşəcək, beləcə səkkiz komandanın yarışdığı premyer-liqa əvvəl start götürəcək, sonra da finiş xəttini gözləyəcək. Başqa heç nə. Elə həmin tədbirdə PFL prezidenti, çox hörmətli Ramin Musayev Azərbaycan futbolunun bugünkü vəziyyətini çox aydın şəkildə ifadə edən bir cümlə işlədib. Cənab Musayev deyib ki, Qurban Qurbanovla müzakirə ediblər, Ruslan Abışovun zədələnməsindən sonra millidə müdafiənin mərkəzində kimin oynayacağından narahatdılar. Sözlərinin davamında PFL prezidenti seçimin elə də geniş olmadığından, Rəşad Sadıqovun milliyə qayıtmasının mümkünlüyündən bəhs edib.
Bəli, acı da olsa, reallıqdı. Ramin Musayevin sözləri məhz Azərbaycan futbolunun bu gününün güzgüsüdü. Həmin güzgüyə baxdıqca utanırıq, üzümüzü gizlətməyə çalışırıq. Bir az aqressiv olanlar isə güzgünü sındırmağa, ordakı görüntünün eybəcərliyinə güzgünün günahkar olduğunu iddia etməyə çalışırlar. Yox, əzizlərim. Üzümüz eybəcərdisə, güzgünü sındırmağa çalışmayaq. Əhalisinin sayı 9 milyonu, futbolla məşğul olanlarının sayı isə 140 mini keçən ölkədə milli komandada oynamağa futbolçu tapılmır. Rusiyada keçirilən dünya çempionatında finala qədər yüksələn, milyardlarla insanın ürəkdən azarkeşlik etdiyi, rəqiblərinin belə rəğbətini qazanmağı bacaran Xorvatiyanın əhalisi cəmi 4,1 milyon nəfərdi. Son illər Avropa futbolunda rüzgar əsdirən, böyük turnirlərin iddialı və daimi iştirakçısına çevrilən İslandiyada isə 334 min nəfər yaşayır. Təsəvvür edirsiz, bu nə deməkdi? AFFA-nın açıqladığı və Azərbaycanda futbolla məşğul olduğu iddia edilənlərin sayı İslandiya əhalisindən təxminən iki dəfə çoxdu. Heç bilmirsən, güləsən, yoxsa ağlayasan…
Rəşad Sadıqovun milli komandaya qayıdıb-qayıtmaması məsələsi onun şəxsi qərarıdı. Özündən oynamaq güc hiss etsə, milli komandaya fayda verəcəyinə əmin olsa, qayıdacaq. Buna şübhəm yoxdu. Azərbaycan futbolunun reallıqlarını bizdən də yaxşı bilir. Qurban Qurbanov isə hələ Belarusla Bakıdakı oyundan sonra bu qayıdışın ilkin siqnallarını vermişdi. Demişdi ki, ehtiyac yaransa, Rəşad Sadıqovu milliyə dəvət etməyi düşünür. Bu sıradan bir dəvət deyil, məlum məsələsidi. Köməyə çağırış, çətin gündə yardım üçün uzanan dost əlidi. İnanmıram ki, Rəşad bu əli, yəni dəvəti geri çevirib, milli komandaya qayıtmağa razılaşmasın. Özü üçün, Qurban Qurbanov üçün, hətta milli komandamız üçün doğru olanı edəcək. Ondan da yaşlı vaxtında millidə oynayanlar, millidən ayrıldığını açıqlayıb, sonra fikrini dəyişənlər görmüşük. Rəşad Sadıqovla bağlı yaşananlar nə birincidi, nə də sonuncu. Amma bu hadisə bizim üçün ciddi məsələdi, papağımızı qarşımıza qoyub, dərindən düşünməyə əsas verən bir prosesdi.
Düşünməliyik, təcili nəticələr çıxarmalıyıq. Özü də uzaq gələcəyə hesablanan, gələcəyimizi xilas etməyə yetərli olacaq nəticələr. Rəşad Sadıqov milli karyerasını bitirəndə bundan o qədər də narahatlıq keçirmədik. Düşündük ki, onun əvəzləyicisi kimi Ruslan Abışov çıxış edəcək, Bədavi Hüseynovla birlikdə müdafiənin mərkəzində rəqibin qarşısına sədd çəkməyi bacaracaqlar. Vəziyyət bir qədər də qəlizləşsəydi, Maksim Medvedev mərkəzə gələcəkdi, gələcək üçün isə Bəhlul Mustafazadə kimi gəncləri görürdük, onların perspektivinə inanırdıq. Amma görünən o oldu ki, bizim saydıqlarımız fələyin hesab-kitabından fərqli oldu. Təxminən bir aydan sonra Millətlər Liqası start götürür. Ruslan Abışov uğursuz Budapeşt səfərindən sonra yarımilliyə sıradan çıxdı. Bəhlulun isə bu cür ciddi sınaqlar üçün yetişməsinə zaman lazımdı. Ötən mövsüm “Sumqayıt”da özünü göstərməyi bacaran Mustafazadə üçün yeni “futbol ili” çox vacibdi. Doğma “Qəbələ”yə qayıtdıqdan sonra orda özünü göstərməli, istedadını tam açmalı, xaraktercə yeni mərhələyə keçməyi bacarmalıdı. Onun zamana ehtiyacının olduğu birmənalıdı.
Zaman isə bizi gözləmək fikrində deyil. Qurban Qurbanov vəziyyətdən çıxış yolunu tapmalıdı, müdafiənin mərkəzinin etibarlılığı artırılmalıdı. Rəşad Sadıqov millidən gedərkən gözlər Ruslan Abışova çevrildi. İndi Ruslan zədələnib, yenidən Rəşadı axtarırıq. Sadıqov bütün gücünü toplayacaq, millliyə gələcək. 6 aydan sonra Ruslan da sağalacaq, sıraya dönəcək. Amma bununla problemimiz bitməyəcək. Rəşadla Ruslanın bu dövriyyəsiylə başımızı aldadırıq. İnsanların fiziki imkanlarını nəzərə almalı, futbolçu karyerasının əbədi olmadığını başa düşməliyik. Milliyə yeni futbolçular lazımdı, o futbolçuları da yetişdirmək! “Kim yetişdirməlidi” sualının isə cavabı mürəkkəbdi...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar