Balaslan kişinin məsləhəti və ya “Qəbələ”nin kölgəyə çəkilməsi » Football-plus.az
24 iy 22:41Yazar

Balaslan kişinin məsləhəti və ya “Qəbələ”nin kölgəyə çəkilməsi

Hələ orta məktəbin sonuncu sinfində oxuduğum zaman adını xatırlamadığım bir yazıçının “necə milyonçu olmaq olar” əsəri dəbdə idi. SSRİ-nin tarixin yaddaşına köçdüyü ərəfədə, kooperativlərin təzə-təzə meydana çıxdığı dönəmdə, bazarda göyərti satanların özünü “bərkgedən kommersant” saydığı vaxtlarda maşın və dəri gödəkçə alveri ilə məşğul olan ağdamlı ağsaqqalın dediyi sözləri bu gün də xatırlayıram: gördün ki, müştərin “ayılıb”, aldandığını başa düşüb, onunla mübahisə etmə. Sakit dayanıb iradlarını qəbul et. O ürəyindən keçənləri boşaldandan sonra rahatlaşacaq. Növbəti “qrad atəşişinə” (adam birinci Qarabağ savaşının canlı şahidi olduğuna görə tez-tez müharibədən misal çəkirdi) qədər yaranan ani fasilədən istifadə edib malını tərifləməyi, özünü “təmizə çıxarmağı” bacardınsa, yanındakı gödəkcə satanın səndən daha insafsız olduğunu sübut edə bildinsə, pul sənindi. Əks halda geydirmə mala görə aldğın pulu geri qaytarmalı olcaqsan. Həmin an yaranan boşluqdan yararlanıb satıcı qonşunun səndən daha bahacıl olduğunu sübut edə bilməyəcəksənsə, hər şey əldən gedəcək. 16 yaşımda Balaslan kişinin (ağsaqqalın adı belə idi) söylədikləri mənə sıradan alverçinin “bazar söhbəti” kimi adi gəlmişdi. Ancaq bugünün reallıqlarını nəzərə alanda görürəm ki, heç bir iqtisadi və siyasi savadı olmayan ağdamlı Balaslan kişi təxminən 20 il əvvəl idarəçiliyin və iqtisadiyyatın sadə düstürunu mənə izah edib. Həmin sadə düsturdan bu gün yararlanan, futbola tətbiq edən klublarımız var ki, onlardan biri də “Qəbələ”di.
Bu gün idman mətbuatı “Neftçi”nin “Uypeşt”ə məğlubiyyətini xüsusi qabardır, amma Avroliqada daha zəif komandaların önündən qaçan “Qəbələ” ilə “Keşlə”ni nədənsə unudur. Ötən həftənin cümə axşamından bu yana adını çəkdiyim klubları “asıb-kəsən”, onların uğursuzluğunu xüsusi qeyd edən, ölkəmizi Avropada lazımincə təmsil edə bilməmələri haqda tənqidi fikirlərə rast gəlmirəm. Sanki bu iki klub Azərbaycan təmsilçisi kimi Avroliqada çıxış etməyib. Bu klubların qitəmiqyaslı turnirdə çıxışını tənqid edənlər də uğursuzluğa üzdən toxunur, bir dəili əldə bayraq edirlər: mövsümlərarası fasilədə baş məşqçi dəyişikliyi olub, heyət yenilənib. Ancaq mənə görə hamı bir məqamı unudub. O da “Qəbələ” ilə bağlıdı. O “Qəbələ” ki, marka kimi hamı tərəfindən qəbul olunub. İnfrastruktura və gələcəyə böyük yatırımlar edən “Qəbələ” Azərbaycan futbolunun bir markasıdı, klub baxımından brenddi. Və ən əsası iki il ilk mərhələdən başlayaraq qrupa vəsiqə qazanan klub kimi qitədə adından söz etdirib. Fikrimcə, Lüksemburq təmsilçisinin bu dəfə “qırmızı-qaralar”ı elə birinci mərhələdə mübarizədən kənarlaşdırması daha acınacaqlıdı, nəinki “ağ-qaralar”ın səfərdə Macarıstan klubuna 0:4 hesabı ilə uduzması. Onsuz da Avropada “Neftçi”ni çoxdan siyahıdan siliblər. Artıq neçə ildi ki, ölkənin ən köklü klubu sıradan biri kimi qəbul olunur. Ancaq “Qəbələ” sayılıb-seçilənlərdən idi. Amma nə edək ki, sayılıb-seçilənimiz də üzümüzü yox, 180 dəqiqə ərzində başımızı ağartdı. Yaxşı olardı ki, Azərbaycan futbolunun sabahını fikirləşənlər, futbolumuz üçün həqiqi mənada ürəyi yananlar, uğursuzluğa görə “Neftçi”ni asıb-kəsənlər “Qəbələ”nin də “cırtdan” gözündə gördüyümüz ölkənin klubuna məğlubiyyətinə münasibət bildirəydi, narazılığını vurğulayayrdı. Onu da unutmayaq ki, məhz “Qəbələ” Futbol Akademiyasının yetirmələri müxtəlif yaş qrupları üzrə yığmaların əsasını təşkil edir və bugünkü reallığa əsasən ölkə futbolunun gələcəyi sayılır.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-08-2018, 19:11 Bəhruz Salehli razıdı 16-08-2018, 19:10 Yığma İsveç sindromunu möhtəşəm geridönüşlə qırdı 16-08-2018, 19:06 Kosovo ilə oyunun bilet satışı yubanır 16-08-2018, 19:05 “Panionios” Arazın “Mattersburq”a keçidinə əngəl yaradır 16-08-2018, 19:04 Samir Məsimov azərbaycanlı kimi getdi, rus kimi döndü 16-08-2018, 19:03 “Keşlə” Orxan Sadıqlını “Sumqayıt”a icarəyə verdi 16-08-2018, 19:02 Qələbəyə əngəl olan səbəblər 16-08-2018, 19:00 ÇL ilə vida “feysbuk”u coşdurdu 16-08-2018, 18:58 Belarus jurnalist “Qarabağ”ı incələdi 16-08-2018, 18:56 Rəşad Sadıqov azarkeşlərdən üzr istədi 16-08-2018, 18:55 Heç-heçə ilə bir addım irəli 16-08-2018, 18:54 Borisovdakı oyun “CBC Sport”a 20 min avroya başa gəlib 16-08-2018, 18:53 “Qarabağ” bir gecədə 8 milyon avro itirdi 16-08-2018, 18:51 Hansı münasibdi: “Şerif”, yoxsa “Valyur”? 16-08-2018, 18:49 Mütəxəssislər AL-in qrupunu nişan verdi 16-08-2018, 18:46 Vasif Haqverdiyev futbolçuların həyata baxışından narazıdı 16-08-2018, 18:45 PFL “AZAL Arena”da problem aşkarlamayıb 16-08-2018, 18:43 Vurğun Rauf Cabbarovun sərt qərar verdiyini düşünür 15-08-2018, 23:57 Faiq Qarayevin yetirmələri vətənə qayıdır 15-08-2018, 23:56 Ramil Quliyev Ərdoğana söz verib 15-08-2018, 23:54 Yeni limit divizion klublarına başağrı olub 15-08-2018, 23:53 Fərhad Vəliyev karyerasını bərpa etdi 15-08-2018, 23:52 Millinin oyunları eyni saatda başlayacaq 15-08-2018, 23:40 “Hakimin beynəlxalq təcrübə sarıdan axsadığı hiss olundu” 15-08-2018, 23:37 Çempionlar Liqası ilə vidalaşdıq, qrup ümidimiz yaşayır 15-08-2018, 23:33 “Xan Lənkəran”ın yeni İdarə Heyəti seçiləcək 15-08-2018, 23:29 Tural Axundov “Sumqayıt”la oyunda ilk yaşayıb 15-08-2018, 23:28 200 manatlıq start 15-08-2018, 23:26 “Sabah” “Qaradağ Lökbatan”a qalib gəldi 15-08-2018, 23:25 Premyer-liqada start təəssüratı 15-08-2018, 23:23 “Keşlə” daha iki keçidi rəsmiləşdirdi 15-08-2018, 23:22 Fərid Nəbiyevdən növbəti qol 15-08-2018, 23:21 “Zirə” “AZAL Arena”da oynayacaq 15-08-2018, 23:20 BATE-nin baş məşqçisi və oyunçuları “Qarabağ”a tərif yağdırdı 14-08-2018, 19:38 Kubalı legioner AÇ-də “gümüş”ə sevindi 14-08-2018, 19:33 Yeni mövsümümüz mübarək! 14-08-2018, 19:32 Fariz Nəcəfov əvəzedicilərlə bağlı məsələyə nöqtə qoydu 14-08-2018, 19:30 “Neftçi” iki aya üç tərcüməçi dəyişib 14-08-2018, 19:28 “Qarabağ” möcüzə axtarışında 14-08-2018, 19:27 Ramil Şeydayev “Mattersburq”la anlaşdı 14-08-2018, 19:25 Stamenkoviç Azərbaycan himni üçün darıxıbmış 14-08-2018, 19:23 İki oyun, iki məğlubiyyət 14-08-2018, 19:16 “Pressbol” Halldorssonu danışdırdı 14-08-2018, 19:14 Qurban Qurbanov üçün ideal “11-lik” 14-08-2018, 19:13 Borisova nə “İmarət Avropa”, nə də “Milli Dəstə” gedir 14-08-2018, 19:00 “Zirə” “Qarabağ”dan güclü oldu 14-08-2018, 18:59 Kamran Quliyev istədiyi oyunu görə bilməyib 14-08-2018, 18:57 Qalib narazı, məğlub razı qaldı 14-08-2018, 18:55 Debütant “Keşlə”ni cəzalandırdı 14-08-2018, 18:52 Toşak “Traktorsazi”də qələbəyə həsrətdi 14-08-2018, 18:51 Ağabala əməliyyat olundu, “Səbail” bolqar yarımmüdafiəçi aldı 14-08-2018, 18:49 “Qəbələ” Aftandil Hacıyevin debütünü korladı 14-08-2018, 18:47 “Qarabağ” Borisova getmədi 14-08-2018, 18:46 Baqa bu dəfə ehtiyatlı danışdı 13-08-2018, 19:24 Zədə epidemiyasının qurbanları… 13-08-2018, 19:22 Belaruslular artıq BATE-yə inanırlar... 13-08-2018, 19:20 İki pillə də gerilədik... Bütün xəbərlər
Ən çox oxunanlar