Bordinin yox, sistemin fərqi » Football-plus.az
23 iy 12:25Yazar

Bordinin yox, sistemin fərqi

“Şerif”i hamınız tanıyırsız. Son illərdə Moldovanın dəyişməz çempionudu. Ötən mövsüm Çempionlar Liqasında “Qarabağ”a rəqib də olmuşdu. Həmin vaxt komandanı “Neftçi”nin indiki baş məşqçisi Roberto Bordin çalışdırırdı. Bakıdakı oyun bir qədər ağır, bir qədər də cansıxıcı keçdi. Respublika stadionunda qol səsi eşitmədik. Amma səfərdəki oyun səviyyə fərqini ortaya qoydu, bütün suallara cavab tapıldı. “Qarabağ” Çempionar Liqasında yoluna davam etdi. “Şerif” isə qitənin ikinci dərəcəli klub turnirinə, yəni Avroliqaya doğru istiqamətləndi.
İlin-günün bu vaxtında “Şerif”i xatırlamağım səbəbsiz deyil. Yenə Moldovanın ən güclüsüdülər və bu dəfə də Çempionlar Liqasında qarşılarına Qafqaz təmsilçisi çıxmışdı. Kutaisi “Torpedo”su ilk oyunda qələbə qazanmağı da bacardı. Amma gürcülərin cavab oyununda möcüzə etməyə gücləri çatmadı. “Şerif” “Torpedo”nun qapısına vurduğu 3 cavabsız qolla növbəti mərhələyə vəsiqə qazandı. Moldova çempionunun 40-cı dəqiqəyə qədər özünə lazım olan hesabı təmin etməsi, fasilədən sonra daha bir qol vuraraq rahatlaması diqqətimi çəkdi. Oyunun qısa icmalına da baxdım. Ötən il gördüyümüz “Şerif”di. Sürətli və inamlı oynayır, meydanda soyuqqanlı görünür. Bu gedişlə ən azı bir il əvvəl qazandıqları uğuru təkrarlaya, yenidən Avropa Liqasının qrupuna qədər yüksələ bilərlər. Lakin bu dəfə Roberto Bordin olmadan. Sözümün canı da odu. “Şerif”in bəlli bir sistemi var. Bordin daha artıq pul qazanmaq həvəsiylə Bakıya gedibsə, ona yaxşı yol. Sistemi olan komandalarda gənc və təcrübəsiz mütəxəssislər də uğur qazana bilər. Necə ki, 38 yaşlı Qoran Sabliç hazırda “Şerif”də bunu edir. Özü də heç də pis bacarmır, “Şerif” fanatları italyan Bordini artıq unutmağa yaxındılar.
Roberto Bordinin işləri isə qaydasında deyil. Onun böyük təmtəraqla və ümidlərlə yollandığı “Neftçi”ni artıq Avropa Liqasından uzaqlaşdırıblar. Bu isə o deməkdi ki, ən azı yaxın bir il ərzində Bordin avrokuboklarda meydana komanda çıxarmayacaq. Hikkəsi imkan versə, “Şerif”ə azarkeşlik edəcək, onların uğuruna sevinəcək. Acı həqiqətdi, amma reallıq belədi. Ona görə ki, Bordinin yollandığı “Neftçi” “Şerif” kimi sistemli komanda deyil, idarəetmə mexanizmində qeyri-müəyyənlikdi. Azərbaycanın “xalq komandası”nın mətbəxində son 4-5 ildə xeyli qeyri-müəyyən, anormal hadisələr baş verir. Uzun müddətdi ki, “Neftçi”də davamlı olaraq futbolçu, məşqçi, inzibatçı, massajçı, klubun sözçüsü, hətta prezidenti belə müəmmalı şəkildə dəyişir. Heç kimə də doğru-düzgün izahat verilmir. Misal üçün, ictimaiyyət bilmir ki, Orxan Hüseynzadə niyə getdi, Kamran Quliyev niyə gəldi. Birincinin səhvi, nöqsanı, qəbahəti nədə idi?! İkincinin üstünlüyü nədi, nə üçün “Neftçi”nin başbilənləri, sponsor və idarəçiləri Quliyevi bir günortanın içində “Sumqayıt”dakı işindən ayırıb, ölkənin ən qocaman klubuna gətidilər. Özlərindən başqa heç kim bilmir. Bunlar nədi ki?! Xalq heç öz komandasının hansı prinsiplərlə idarə olunmasından, Müşahidə Şurasının gerçək həyatda mövcudluğunun qorunub- qorunmamasından xəbərsizdi. Belə şeylər Kamran Quliyev demişkən, “klubun mətbəxi”ndə həll olunur. Xalq oranı görmür, bizə ordan ancaq və ancaq pis qoxular gəlib çatır.
“Futbol+” oxucusunun yadında olar. Bir müddət əvvəl klublarımızın yay fasiləsindəki hazırlığından yazmışdım, yoxlama görüşlərinin nəticələrinə və rəqiblərimizin adlarına birlikdə göz atmışdıq. Məlum olmuşdu ki, “Qarabağ” daha çətin rəqiblərlə oynamağa üstünlük verib və bu görüşlərdə qələbəyə həsrət qalıb. Qurban bəy yenə də Suvorovun dediyi kimi davranmışdı, təlimdə futbolçularının işini çətinləşdirmişdi. Çətinləşdirmişdi ki, döyüşdə, yəni rəsmi oyunlarda bunun bəhrəsini görsünlər. Roberto Bordin isə “Neftçi” rəhbərliyinin xeyir-duası ilə fərqli davranmışdı. Məni bağışlayın, amma mən “Neftçi”nin Topuk yaylasında qarşılaşdığı komandaların çoxunun adını birinci dəfə məhz elə “ağ-qaralar”a rəqib olandan sonra eşitdim. Səmimiyyətimə inanın. Bu məqama görə də xeyli narahat idim. Bilirdim ki, “Neftçi” bir-birindən zəif rəqibləri asanlıqla məğlub etməyin fəsadlarından əziyyət çəkəcək. Elə çəkdi də. Özü də təkcə Budapeştdəki oyunda yox.
“Dalğa Arena”dakı görüşü xatırlayın. “Neftçi” Bordinin gəlişindən sonra ilk dəfə qarşısında ciddi rəqib görürdü. Dərhal da həyacan hiss olunurdu. Bu yay dəyərli müqavilələrin altına imzalar atan futbolçular özlərini itimişdilər. Buraxılan qol, ondan sonra müşahidə etdiyimiz dağınıqlıq da bunun göstəricisi idi. Az sonra Dabonun fərdi ustalığı, isti hava və yol yorğunluğu “Uypeşt”i əldən saldı, vəziyyət bizim xeyrimizə dəyişdi. Eminin son dəqiqələrdə vurduğu qol isə turu keçmək şanslarını bizim üçün əhəmiyyətli dərəcədə artırdı. Amma biz o şansı əlimizdən qaçırdıq.
Bəli, biz deyirəm. Çünki “Neftçi” xalq olaraq bizim hamımızındı. Biz “Neftçi”nin uğurlarına sevinir, məğlubiyyətlərinə üzülürük. “Xalq komandası” nə Bordinin, nə də Kamran Quliyevindi. Bizdən fərqli onlar “Neftçi”nin nəticələri üçün cavabdehlik daşıyırlar. Bunun da qarşılığında onlara zəhməthaqqı verilir. Bizdən, yəni xalqdan kəsilən pulların hesabına. Elədisə, buyursunlar, zəhmət çəksinlər, aldıqları pulun qarşılığını nəticələrdə versinlər. Nəticənin olması üçün düzgün, peşəkar sistem olmalıydı. Macarların vurduğu qollar isqə çox şeydən xəbər verdi və nəticənin olmayacağını göstədi. Amma Bordinlə Quliyevin hesabat verməsinə macarlar mane olmur. Söz onlardadı!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-08-2018, 19:11 Bəhruz Salehli razıdı 16-08-2018, 19:10 Yığma İsveç sindromunu möhtəşəm geridönüşlə qırdı 16-08-2018, 19:06 Kosovo ilə oyunun bilet satışı yubanır 16-08-2018, 19:05 “Panionios” Arazın “Mattersburq”a keçidinə əngəl yaradır 16-08-2018, 19:04 Samir Məsimov azərbaycanlı kimi getdi, rus kimi döndü 16-08-2018, 19:03 “Keşlə” Orxan Sadıqlını “Sumqayıt”a icarəyə verdi 16-08-2018, 19:02 Qələbəyə əngəl olan səbəblər 16-08-2018, 19:00 ÇL ilə vida “feysbuk”u coşdurdu 16-08-2018, 18:58 Belarus jurnalist “Qarabağ”ı incələdi 16-08-2018, 18:56 Rəşad Sadıqov azarkeşlərdən üzr istədi 16-08-2018, 18:55 Heç-heçə ilə bir addım irəli 16-08-2018, 18:54 Borisovdakı oyun “CBC Sport”a 20 min avroya başa gəlib 16-08-2018, 18:53 “Qarabağ” bir gecədə 8 milyon avro itirdi 16-08-2018, 18:51 Hansı münasibdi: “Şerif”, yoxsa “Valyur”? 16-08-2018, 18:49 Mütəxəssislər AL-in qrupunu nişan verdi 16-08-2018, 18:46 Vasif Haqverdiyev futbolçuların həyata baxışından narazıdı 16-08-2018, 18:45 PFL “AZAL Arena”da problem aşkarlamayıb 16-08-2018, 18:43 Vurğun Rauf Cabbarovun sərt qərar verdiyini düşünür 15-08-2018, 23:57 Faiq Qarayevin yetirmələri vətənə qayıdır 15-08-2018, 23:56 Ramil Quliyev Ərdoğana söz verib 15-08-2018, 23:54 Yeni limit divizion klublarına başağrı olub 15-08-2018, 23:53 Fərhad Vəliyev karyerasını bərpa etdi 15-08-2018, 23:52 Millinin oyunları eyni saatda başlayacaq 15-08-2018, 23:40 “Hakimin beynəlxalq təcrübə sarıdan axsadığı hiss olundu” 15-08-2018, 23:37 Çempionlar Liqası ilə vidalaşdıq, qrup ümidimiz yaşayır 15-08-2018, 23:33 “Xan Lənkəran”ın yeni İdarə Heyəti seçiləcək 15-08-2018, 23:29 Tural Axundov “Sumqayıt”la oyunda ilk yaşayıb 15-08-2018, 23:28 200 manatlıq start 15-08-2018, 23:26 “Sabah” “Qaradağ Lökbatan”a qalib gəldi 15-08-2018, 23:25 Premyer-liqada start təəssüratı 15-08-2018, 23:23 “Keşlə” daha iki keçidi rəsmiləşdirdi 15-08-2018, 23:22 Fərid Nəbiyevdən növbəti qol 15-08-2018, 23:21 “Zirə” “AZAL Arena”da oynayacaq 15-08-2018, 23:20 BATE-nin baş məşqçisi və oyunçuları “Qarabağ”a tərif yağdırdı 14-08-2018, 19:38 Kubalı legioner AÇ-də “gümüş”ə sevindi 14-08-2018, 19:33 Yeni mövsümümüz mübarək! 14-08-2018, 19:32 Fariz Nəcəfov əvəzedicilərlə bağlı məsələyə nöqtə qoydu 14-08-2018, 19:30 “Neftçi” iki aya üç tərcüməçi dəyişib 14-08-2018, 19:28 “Qarabağ” möcüzə axtarışında 14-08-2018, 19:27 Ramil Şeydayev “Mattersburq”la anlaşdı 14-08-2018, 19:25 Stamenkoviç Azərbaycan himni üçün darıxıbmış 14-08-2018, 19:23 İki oyun, iki məğlubiyyət 14-08-2018, 19:16 “Pressbol” Halldorssonu danışdırdı 14-08-2018, 19:14 Qurban Qurbanov üçün ideal “11-lik” 14-08-2018, 19:13 Borisova nə “İmarət Avropa”, nə də “Milli Dəstə” gedir 14-08-2018, 19:00 “Zirə” “Qarabağ”dan güclü oldu 14-08-2018, 18:59 Kamran Quliyev istədiyi oyunu görə bilməyib 14-08-2018, 18:57 Qalib narazı, məğlub razı qaldı 14-08-2018, 18:55 Debütant “Keşlə”ni cəzalandırdı 14-08-2018, 18:52 Toşak “Traktorsazi”də qələbəyə həsrətdi 14-08-2018, 18:51 Ağabala əməliyyat olundu, “Səbail” bolqar yarımmüdafiəçi aldı 14-08-2018, 18:49 “Qəbələ” Aftandil Hacıyevin debütünü korladı 14-08-2018, 18:47 “Qarabağ” Borisova getmədi 14-08-2018, 18:46 Baqa bu dəfə ehtiyatlı danışdı 13-08-2018, 19:24 Zədə epidemiyasının qurbanları… 13-08-2018, 19:22 Belaruslular artıq BATE-yə inanırlar... 13-08-2018, 19:20 İki pillə də gerilədik... Bütün xəbərlər
Ən çox oxunanlar