23 iy 15:22Yazar

O ah bir gün sizi də tutacaq

İndi rahatlaşa bilərsiz. Hələ də günəş şüası ilə qarala bilməyənlər özlərini günə versinlər. Dünya çempionatından sonra böyük həvəslə gözlədiyimiz avrokubok mövsümü başladı və dərhal də bitdi. Daha həftəiçi planlarımızı pozacaq heç nə yoxdu. Çempionlar Liqasının ilk mərhələsindəki rəqibini sıradan çıxaran “Qarabağ”dan fərqli, Avroliqada heç bir iştirakçımız qalmadı. Macarıstan, Lüksemburq və Malta təmsilçiləri bizimkilərin boyunu elə şəkildə yerə soxdular ki, bir də çətin kimsə başını qaldıra. Rəsmən rəzil etdilər. “Keşlə”ni, “Qəbələ”ni, ilk oyunda qələbə qazanan “Neftçi”ni...
Təbii, kütləvi uğursuzluğun səbəbləri var. Birinin başına gəlsəydi, başa düşmək olardı. İkisi uduzsaydı, dərdyarı. Amma üçü də birdən məhv olubsa, burda problem futbolun özündə, klubların idarə olunmasında, seleksiya işində, peşəkarlıqdadı. Bu gün Azərbaycan futbolu faktiki AFFA-nın ümidinə qalıb. Yəni futboldan bixəbərlərin oturduğu, quru adı olan assosiasiyanın. İllərdi yığmaları məhvə sürükləyən, milyonları əcnəbi mütəxəssislərə yedirib ciddi heç nə ala bilməyən qurum artıq klub futboluna da nəzarət edir. Və həmin nəzarətin, sponsorluğun nəticəsi bundan artıq ola bilməzdi. Sən futbol idarəçisi deyilsənsə, həyatınboyu futbol oynayıb, bu oyun növünün incəliklərindən xəbərdar olmamısansa, istəyirsən 7 yox e, 9 dildə sərbəst danış, xeyri yoxdu. Kostyum əyninə qutu kimi otursun, boş şeydi. Dünyanın bu başından girib, o başından çıx, çifayda.
Mikayıl Nərimanoğlu kimi fırıldaqçını premyer-liqa təmsilçisinə nəzarətçi təyin etməklə, Kamran Quliyev kimi bacarığı ən yaxşı halda “Sumqayıt”da işləməyə imkan verən dostunu “Neftçi” boyda kluba prezident qoymaqla, illərdi futzal məşqçilərinin əlindən dad çəkdiyi Zaur Axundova “Keşlə”ni verməklə uçuruma doğru apardılar Azərbaycanın klub futbolunu. Cari Avroliqa mövsümündə Elxan Məmmədovun yaxın çevrəsinin rəhbərlik etdiyi komandalar uçurumdan aşağı yuvarlandılar. Bu, Tanrının cəzasıydı.
“Yetimin də ahı var” deyimi boşuna deyil. Haqsızlıqla çörəyə ümid edirsənsə, o tikə boğazından tikə-tikə töküləcək. Həzm etməyin mümkün deyil, sadəcə. “İnter”in adını dəyişmək üçün illərdi hazırlanan taktiki planı həyata keçirib kluba “Keşlə” adını sırıyanda, başda Georgi Nikolov olmaqla nə qədər adam fəryad etdi? Adı ilə yanaşı, rəngini, loqosunu da dəyişib, ev oyunlarında stadiona nə qədər azarkeşi məcbur gətirdilər? Klub rəhbəri olan bəndə baş məşqçinin işinə müdaxilə edib, bu yolla onu işindən iyrəndirib Azərbaycandan qaçmasına necə nail oldu? Bax, həmin Nikolovun, zavoddan stadiona məcbur gətirilən fəhlələrin, Maksimovun və başqalarının ahıdı sizi tutan. Cavab oyununda divara da dırmaşsaydız, xeyri yox idi.
5 il idi medal üzünə həsrət qalan komandanın intizarına kim son qoydu? “Neftçi”ni rəzil durumdan çıxarıb, çempionatın sonlarına yaxın parlaq futbol oynadan kim oldu? Kim idi ən çətin anlarda səhnəyə çıxıb vacib qollara imza atan, bununla da komandanın Avroliqaya vəsiqə qazanmasına xeyli kömək edən futbolçu? Yaxın çevrənizdəkilərin pul qazanması üçün illərdi klubda təpik döyən neçə nəfəri işsiz, ailələrini çörəksiz qoyduz? Bax, həmin Tərlan Əhmədovun, Mirabdulla Abbasovun, işsiz qalan yetimlərin ahıdı sizi tutan. Əhmədovun çempionatdakı komandası belə, “Uypeşt”in qarşısında rəzil duruma düşməzdi. Mirabdulla Karikaridən üstün oynayardı ki, zəif olmazdı.
Şəhərin mərkəzində “İnter Arena”nı, “Bakcell Arena”nı qoyub “Dalğa Arena”ya sığınmağın adı nə idi? Plansız işlərinizin nəticəsi kimi 8-ci kilometr qəsəbəsindəki stadionun örtüyü hər il təmir olunur. Hər yerə pul tapılır, amma Heydər Əliyev prospektindəki arenanın qazonunu dəyişməyə vəsait yoxdu? Nəticədə yüklənən “Dalğa Arena”, əziyyət çəkən isə biz jurnalistlər və yollarda zülüm çəkən azarkeşlər olurdu. Bax, həmin “Dalğa Arena”nın yüklənməyə tab gətirməyən örtüyünün, jurnalistin, azarkeşin ahıdı sizi tutan.
Allah hər zaman gücsüz və imkansızların yanında olur. Pul nəsib etdiyi kimlərəsə bir az zaman və şans verir. AFFA-nın başında duranların, futbolu iyrənc duruma salanların da kifayət qədər zamanı oldu. Onlar bu zamanı və şansı şəxsi mənafeləri üçün xərclədilər. Nəticədə Azərbaycanın yığma futbolu kimi, klub futbolu da məhvə sürükləndi. Növbədə sizin özünüzsüz. Etdiyiniz fırıldaqların, qohumbazlıqların mütləq bir cəzası olacaq. Avroliqa fiaskosu sizlərə ciddi siqnal idi. O məşqçilərin, işçilərin, klub rəsmilərinin, jurnalistlərin, azarkeşlərin ahı bir gün sizi də tutacaq. Yatağa düşəcəksiz, çörəyə möhtac qalacaqsız, itirib-axtaran da olmayacaq. Sadəcə, vaxtı var. Hələ ki, istədiyinizi edin, adamları gic yerinə qoyub, futbolu yox, cibinizin pulunu düşünün, gözünüz ayağınızın altını görməsin. Çox çəkməz...
“Qəbələ”dən bəhs etmək bir başqa söhbətin mövzususu. Onların dərdi ahla bağlı deyil. Başqa dərddi. Tale Heydərovun həll edə biləcəyi dərd.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 06:34 Sərbəst güləş yığmamız toplanışa başladı Bu gün, 06:29 “Yunanıstanda çempionat dayanır, hakimin maşınını partladırlar, Vassaras isə hakimlərimizə ağıl öyrədir” Bu gün, 06:27 Ölkə futbolunun iddialıları İcraiyyə Komitəsindən yan qaçır Bu gün, 06:24 Elşad Əhmədov Kvaşukun cavabını verdi Bu gün, 06:21 Ovusu Kvabena “Qarabağ”da Bu gün, 06:18 Region Liqası: ümumi mənzərə və komandaların pley-off şansı Bu gün, 06:16 “Ağsu Siti” dağılmaq təhlükəsiylə üz-üzədi Bu gün, 06:13 1/16-in püşkü atıldı, finala qədər yola işıq düşdü Bu gün, 06:08 Rizvan Fərzəliyev özbəklərlə oyunları vacib sayır Bu gün, 06:06 Yığmadan Xorvatiyada nə gözləyək? Bu gün, 05:41 Təcrübəli həkimlər AFFA-nı qınadılar Bu gün, 05:32 Baş katib həm hörmətsizlik edir, həm də yol göstərir 24-01-2020, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var 24-01-2020, 12:35 Almeyda Şeferin komandasında oynayacaq 24-01-2020, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi 24-01-2020, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı 24-01-2020, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu 24-01-2020, 12:29 “Neftçi”də ispan məşqçi 24-01-2020, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” 24-01-2020, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi 24-01-2020, 12:20 “Zirə” Krnetanı qaytardı 24-01-2020, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü 24-01-2020, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı 24-01-2020, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir 24-01-2020, 12:07 Rüfət Dadaşovu qınayırlar... 24-01-2020, 12:05 2020-ci ildə ilk heç-heçə 24-01-2020, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... 24-01-2020, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb Bütün xəbərlər
Ən çox oxunanlar