21 iy 12:23Yazar

Belə futbol mənə lazım deyil!

Bu yaxınlarda Rusiyada başa çatan futbol üzrə dünya çempionatı haqda internetdə gedən yazılara göz gəzdirərkən belə bir sərlövhəli məqaləyə rast gəldim: "Hücum futbolunun iflası". "Futbol+"in hələ 2012-ci il 13 iyul tarixli sayında belə bir məqalə yazmışdım: "Futbolun tənəzzülü". Göründüyü kimi, sərlövhələr mənaca oxşardı. Demək istəyirəm ki, futbolun maraqsızlaşması dünəndən başlamayıb, bu tendensiya çoxdan davam edir. Bu məsələdə jurnalistlərin, azarkeşlərin də rolu (mənfi mənada) az deyil. Məsələn, Fransa dünya çempionu oldu, bu komandanın oyun üslubunu tənqid etmək əvəzinə "müdrik oyun", "ağıllı oyun" kimi ifadələrdən gen-bol yararlanırlar. Fransızlar mənim nəzərimdə braziliyalılardan sonra çempion olmağa ikinci namizəd idi, yəni güclü olduqlarını danmıram. Ancaq düşünürəm ki, faforit komanda mütləq oyun(lar)a nəzarət etməlidi. Finalda ilk hissədə hər üç qol standart vəziyyətdən vuruldu, rəhmətlik Nikolay Ozerovun fikirlərini bir qədər dəyişərək öz-özümə dedim ki, "takoy futbol mne ne nujen" və ikinci hissəyə baxmadım. "Duran top" yerinə yetirilərkən müdafiə olunan komandanın bütün oyunçuları arxaya çəkilirlər. Göründüyü kimi, bu da onlara kömək etmir, çünki hücum edən də daha geniş imkanlar qazanır. Nəticədə hücumçu Mancukiç topu öz qapısına göndərir. Nə qədər ki futbolda "qol vurulmayanda da, vurulanda da hamımız günahkarıq" tezisi əsas götürələcək, maraqsız oyunlar izləməyə davam edəcəyik. Halbuki belə olmalıdı: qol vurulmursa, hücum bloku, buraxılırsa, müdafiə bloku günahkardı.
Azərbaycanda Fransa yığmasının azarkeşlərinin belə çox olması da məni əməllicə təəccübləndirir. Ermənistan haqda "mənfur düşmən", "bədnam qonşu" yazanlar, necə olur ki, bu ölkənin dünya çapındakı iki-üç hamisindən birinə azarkeşlik edirlər – heç cür anlaya bilmirəm.
Rusiyanın dünya çempionatını yüksək səviyyədə keçirdiyini söyləmək də hadisələr səthi yanaşmaq olar. Qeyri-demokratik ölkələr, xalqın həyat səviyyəsini düşünməyən hakimiyyətlər həmişə özləri üçün ətrafda belə müsbət imic qazanmağa çalışırlar. Təsəvvür edin ki, ailəsini düşünməyən biri qazandığı pulu dost-tanışa xərcləyir və "yeyib-içən oğlan" kimi tanınır. Qonaqlıq bitən kimi də heç kəs onu saya salmır. Diktator ölkələr də belədi, "qonaqlıq" qurtaran kimi onsuz da onları tənqid edirlər (edəcəklər). Sonra da belə dövlətlər haray-həşir salıb ikili standartlardan bəhs edəcəklər.
Əlbəttə, Rusiyanın demokratik qüvvələri nəyin necə olduğunu başa düşürdülər. Təsadüfi deyil ki. Kasparov xorvatların ruslar üzərindəki qələbəsinə sevinmişdi. Dövlətdən ianə alanların, o cümlədən, jurnalist Karaulovun bu məqam xoşuna gəlməyib və deyir ki, Heydər Əliyev sənə görə Karpovla oyunu dayandırdı. Mərhum Azərbaycan prezidentinin müasir Rusiya ilə nə əlaqəsi var, başa düşmədim. Karaulovun bəhs etdiyi matç Kasparov 47 və 48-ci görüşlərdə dalbadal iki qələbə qazanandan sonra dayanmışdı. Yəni SSRİ-də hamı başa düşdü ki, matçın yarımçıq saxlanılması Karpovun xeyrinədi. Bu yazını qələmə alan Sərxana demək istəyirəm ki, jurnalist bir məlumatı, fikri yazarkən araşdırma da aparmalıdı ki, oxucu yanlış bilgilənməsin.
"Futbol+"də gedən daha xəbər Molla Nəsrəddinin bir lətifəsini yadıma saldı. Mollanın kəndində olan fil əkinlərə böyük ziyan vururmuş. Kəndçilər yığışıb gedirlər Əmir Teymura şikayət etməyə ki, fili kənddən çıxarsın. Qəbul vaxtı çatanda molla görür ki, tək qalıb. Molla da qorxusundan şikayət etmək əvəzinə deyir ki, fil təkdi, darıxır. Əmirin də bu sözdən xoşu gəlir ("başqaları şikayət edir, sən daha bir fil istəyirsən"), onu hədiyyələrlə yola salır. Molla ondan xəbər gözləyən kəndçilərə deyir ki, gözünüz aydın, filin dişisi də gəlir.
Triatlonçu Rostislav Pevtsov da yəqin darıxırmış, qadını da milliləşdirdilər. Bizim də gözümüz aydın, "yeyib-içən" olduğumuzu artıq triatlonda iki nəfər söyləyəcək, kioskda işləyən də mənə deyəcək ki, 1900 manat icarə haqqını ödəmək üçün gecə saat12-də gedib səhər 5-də gəlirəm, ölüm olsun bu həyata. Xalqın düşmənləri olan idman başbilənlərimiz də stolüstü tennisçiləri, badmintonçuları və s. Azərbaycana lazım olmayan idman növlərinə idmançıları “millişdirməkdə” davam etsinlər.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar