20 iy 13:07Yazar

Dəli(l) yığını

“Keşlə”nin “Baltsan”a böyükhesablı məğlubiyyətini anında “gözlənilməz”, “sürpriz” adlandırırdıq. Ancaq son üç-dörd gün ərzində üzə çıxan məqamlar, eləcə də bizim hələ də bilmədiyimiz gizlinlər yenilginin təsadüfi olmadığına dəlalət etdi. Söhbət daha ciddi prosesdən gedir. Hətta o qədər ciddi ki, Adrian Skarlatakenin zədə üzündən meydana çıxmaması, bəzi futbolçuların hazırlığa gec qoşulması kimi səbəblər belə bəsit görünür.
***
Bəli, Zaur Axundov da, Yuri Maksimov da “bir bezin qırağıdılar”. İkisi də peşəkarlıqdan uzaq, bəlli ölçüləri gözləməyən, qeyri-ciddi şəxslərdi. Ukraynalı hələ çempionatın gedişində bir neçə dəfə istefa verib qərarından dönməklə haqqında qeyri-ciddi obraz formalaşdırmışdı. O qədər alışmışdıq ki, hər dəfə “Keşlə”nin xal itirdiyi oyundan sonra keçirilən konfranslarda mətbuat katibindən yarızarafat-yarıciddi “yenə gedir” deyə soruşurduq. Zaur Axundova gəlincə, “görünən kəndə nə bələdçi”: futzal millisində və “Araz”da Alesionun, oyunçuların başına gətirdikləri göz önündədi. Onun hətta beynəlxalq oyunlarda belə texniki zonada əyləşməsi, çox vaxt prezidentliyini unudub futzalçılara göstəriş verməsi, komandanın qarşısında baş məşqçiyə iradlarını çatdırması yeni xəbər deyil. Bununla belə, kuboku qazandıqdan sonra işlərin yoluna düşdüyünü, Maksimovla Axundovun artıq dil tapa bildiyini güman edirdik...
***
Ukraynalı mütəxəssisin açıqlamalarından təzadlı məqamlara toxunmaq istərdik. Çempionatın gedişində “transferlərə mənə vəd edilən büdcədən qat-qat aşağı pul xərcləndi” deyən məşqçi yeni müqaviləyə imza atırsa, deməli, yeni şərtlər ürəyincə olub. Bəs onda indi “şərtlər qaneedici deyildi” bəhanəsi nəyə xidmət edir? Görünür, Axundovun finaldakı qələbənin mükafatı olaraq Qəbələyə daşıdığı çantadan Maksimovun payına düşən onun gözünü bağlayıb, gözübağlı müqaviləyə qol çəkib. Düzdü, iddia edir ki, son bir ayı müqaviləsiz xidmət edib. Ancaq eyni zamanda birtərəfli şəkildə sözləşməni imzaladığını, rəhbərliyin isə sənədi rəsmiləşdirməyi yubatdığını deyir. Amma fərqi nədi, özü ki yeni anlaşmaya qol çəkib, kimsə onu məcbur etməyib ki. Bu məsələnin bir tərəfi. Digər tərəfdən, məşqçi müqaviləsiz işləyirsə, komandanı təlim-məşq toplanışına aparırsa, Avroliqa oyununa çıxarırsa, onun peşəkarlıqdan danışmağa mənəvi haqqı çatmır.
***
Prezident-məşqçi qarşıdurması Maltada daha da kəskinləşib. Maksimov əvvəlcə komandanı meydana çıxarmaq istəməyib, nədənsə fikrindən daşınıb. Oyunun gedişində Zaur Axundov inzibatçı vasitəsilə ukraynalıya mümkün əvəzetmə ilə bağlı göstəriş vermək istəyib, Maksimov telefonu qulağına tutmaqdan imtina edib. O iddia edir ki, rəhbərlik ondan Fuad Bayramovla Vaqif Cavadovu komandadan kənarlaşdırmağı tələb edib. Guya yetirmələrini müdafiə edən mütəxəssis özü getməyə qərar verib. Amma məsələnin daha çox diqqəti çəkən tərəfi odu ki, Maksimov Maltadakı oyunun gedişində onları əvəzləyib. Həmçinin verdiyi açıqlamada bu futbolçuların düşərgəyə pis formada döndüyünü etiraf edir. Məntiqlidimi? Bir tərəfdən həmin futbolçuların hazır olmadığını deyir və əvəzləyir, digər tərəfdən onların komandadan kənarlaşdırılmasını tələb edən rəhbərliyə etiraz edərək özü istefa verir? Çox güman, doğrudan da Axundov ilk oyunda həmin futbolçuları meydandan çıxarmağı tələb edib, ukraynalı da onun istəyini həyata keçirib – sadəcə, indi həqiqəti özünə sərf etdiyi kimi çatdırır. Hərə özünü təmizə çıxarmaq istəyir, o cümlədən Zaur Axundov da. Klub prezidentinin bir ifadəsi bəlkə də çoxunun diqqətini çəkməyib. O müsahibəsində belə bir ifadə işlətmişdi: “Baş məşqçi oyuna müdaxilə etməliyidi. Futbolçular da bildirdilər ki, əvəzetmə lazım idi”. Təsəvvür edin, klub prezidenti baş məşqçinin işi ilə bağlı futbolçularla müzakirə aparır, səhvlərini soruşur və çox güman, onları məcbur edir ki, bunu desinlər. Rəhbər - məşqçi münasibətləri bir yana, belə şəraitdə hansı məşqçi - futbolçu etibarından danışmaq olar?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:14 Həftənin idman proqramı Dünən, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? Dünən, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək Dünən, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir Dünən, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” Dünən, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək Dünən, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı Dünən, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! Dünən, 14:46 "Səbail" bir ucdan yola salır Dünən, 14:40 Alla Həsənova çempion oldu Dünən, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi Dünən, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi Dünən, 14:32 “Xəzər Cənub” dağıldı! Dünən, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı Dünən, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Dünən, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib Dünən, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı Dünən, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” Dünən, 14:10 UEFA bilet qiymətlərini açıqladı Dünən, 14:03 Delarj da getdi... Dünən, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb Dünən, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar