18 iy 20:10Yazar

Avropa Liqası ilə zarafat

Çətindi, dostlar, çox çətin. Gözümüzün önündə klublarımız fiaskoya uğrayır, Malta və Lüksemburq təmsilçilərinə uduzuruq. Ən pisi odu ki, futbolumuz yavaş-yavaş 90-cı illərin ortalarına doğru gedir, yüksəldiyimiz zirvələrdən ətəklərə doğru sürüşməyə başlamışıq. Üzüaşağı bu yuvarlanma çox təhlükəlidi, yolun sonunda başımızın bir qaya parçasına çırpılması təhlükəsi də var. Bunu mütləq əngəlləməli, əlimizi harasa ilişdirib, dayanmalıyıq. Beləsini gözləmirdim. İnanmaq istəmirdim ki, “Baltsan”la “Proqres”ə uduzarıq, Bakıya min bir əziyyətlə gələn, futbolçularına viza almağın prosedurlarından belə xəbərsiz olan “Uypeşt” qarşısında həyəcanlanarıq, uzun müddət macarlar bizi gərginlikdə saxlayar. Etiraf etmək lazımdı ki, Emin Mahmudovun son dəqiqə qolu olmasaydı, “Neftçi” də cavab oyununa çox böyük gərginlik altında hazırlaşacaqdı, Budapeştdə nəyin necə olacağını proqnozlaşdırmaq çox çətin olacaqdı.
Artıq neçənci gündü bu məyusluğu yaşayır, klublarımızın aqibətiylə bağlı narahatlıq keçirirəm. Belə məqamlarda klaviaturanı döyəcləmək, düşüncələrini yazı halına salmaq da çox çətin olur. Necə ki, bu acı reallıqla barışmaq, “Proqres”dən, “Baltsan”dan aldığımız ağır məğlubiyyətləri həzm etmək çətindi. Halbuki püşkatmadan sonra hadisələrin bu ssenariylə inkişaf edəcəyini heç ağlımızın ucundan da keçirmirdik. Əksinə, düşünürdük ki, püşk klublarımıza xeyli münasib rəqiblər qismət edib, onları asanlıqla yolumuzdan kənarlaşdıracağıq, növbəti mərhələyə təmsilçilərimizin hamısı itkisiz keçəcək. Amma bizim saydığımız fələyin saydığı ilə üst-üstə düşmədi. Fakt budu ki, “Keşlə”ylə “Qəbələ”nin rəqibi üç dəfə məyus etməsinə ehtiyac var, “Neftçi” isə erkən qol buraxmamalı, riski azaltmaq üçün mütləq fərqlənməlidi. Çünki macarlar “Dalğa Arena”da Səlahət Ağayevin qoruduğu qapıya qızıldan qiymətli qol vurublar və bu qolun fəsadları Budapeştdə çox ciddi mənada hiss olunacaq. Təsəvvür edək ki, orda ilk dəqiqələrdən macarlar irəli atılacaq. Meydan sahibləri Mərdəkanda olduğu kimi, “Neftçi”nin müdafiəsinə ani çaşqınlıq yarada bilsələr və qapı torunu ilk silkələyən tərəf olsalar, hər keçən dəqiqə “ağ-qaralar” üçün cəhənnəm əzabına çevriləcək. Çünki qapımıza vurulacaq ikinci qol hər şeyin sonu ola bilər. Böyük iddialar, bahalı transferlər, Bordinin yerə-göyə sığmayan sevinci və hikkəsi bir andaca heçə çevrilər.
“Uypeşt”in Bakıya gələrkən üzləşdiyi macəralar mənə Sloveniyanın “Mura-05”ini xatırlatmışdı. Sizin də yadınızda olar. “Bakı”nın rəqibi paytaxtımıza çatan kimi özünü yazıq, köməksiz gününə salmışdı, hətta elə vəziyyət yaranmışdı ki, onlara meydana çıxmaq üçün formanı da biz vermişdik. Düşünürdük ki, “zolaqlılar” hələ ilk 45 dəqiqədə “Mura-05”in qapısını “aşsüzən”ə döndərəcək, onları min bir əziyyətə qatlaşıb, uzaq yolu gəldiklərinə görə peşman edəcəyik. Amma əvəzində özümüz peşman olduq. Doğma meydanda fərqlənə bilmədik, ümidimiz Sloveniyaya qaldı. Orda isə faciəvi yenilgiylə “Bakı” avrokuboklarla vidalaşdı. Macarlar “Dalğa Arena”da hesabı açanda bir anlıq gözümün önünə “Bakı”nın aqibəti gəldi. Yaxşı ki, sonrakı dəqiqələrdə Dabo səviyyəsini ortaya qoydu, “Neftçi”ni heç cür barışa bilməyəcəyimiz məğlubiyyətdən xilas etdi. Ümid edək ki, Macarıstan paytaxtında da sonluq bizim üçün sevindirici olacaq, “Neftçi” məşhur “Sevilya”nı Bakıya gətirə biləcək.
“Neftçi”dən ona görə çox yazıram ki, Avropa Liqasında mərhələ adlamağa ən çox şansı olan, daha çox inandığımız təmsilçimiz odu. “Keşlə” və “Qəbələ”yə nisbətən “xalq komandası”nın şansları yüksəkdi. Digər iki təmsilçimiz isə özləri özlərini qaranlıq tunelə salıblar. Sanki bu iki komanda mayın 28-də başverənlərin təsiri altındadı. Biri gözlənilməz məğlubiyyətin şokundan ayıla bilməyib, digəri isə qələbənin gətirdiyi eyforiyadadı, hələ də özünü göyün yeddinci qatında hesab edir. Əvvəldən də məlum idi ki, Dabonun gedişi “Qəbələ” üçün ciddi itkiyə çevriləcək, onun yerini qısa müddətdə doldurmaq mümkün olmayacaq. “Qol maşını” “Dalğa Arena”da da öz işində idi. Amma Qəbələdə onun missiyasını yerinə yetirən tapılmadı. “Proqres”in ötən mövsüm “Reyncers”i yolundan kənarlaşdırması, şotlandların məşhur komandasından üstün olması bizim üçün ciddi siqnal olmalıydı. Di gəl ki, bu qulaqbatıran siqnalı qəbul edib, Lüksemburq təmsilçisinə qarşı daha hazırlıqlı olmağı bacarmadıq. Qəbələdəki görüşün epizodlarını sonradan izləyə bildim. Gördüm ki, “qırmızı-qaralar” həvəssiz, məğlubiyyətlə barışmış kimi meydana çıxıblar. Onların nə hərəkətlərində, nə də gözlərində qələbə istəyi hiss olunur, fədakarlıq yoxdu. Sanki ötən mövsümün sonunda Roman Qriqorçukla Dabo və Ozobiç kimi aparıcı fiqurların “Qəbələ”ni tərk etməsi onları ümidsizliyə sürükləyib, futbolçuların özünəinamı itib.
“Keşlə”nin də Avropa Liqasına yaxşı hazırlaşmadığı elə nəticədən görünür. Buraxılan qolların hamısında müdafiəçilərin bir-biriylə anlaşa bilməməsi hiss olunur. Özü də bütün epizodlardan futbolçular nədənsə narazıdılar, hamı günahı başqasında görürmüş kimi əl-qol hərəkətləri edir, narazılıq bildirir. Bu cür futbol oynamazlar, əzizlərim. Oynayanda da nəticəsi fiasko olar, rəqib qapına qolları sıralayar, başını aşağı edər. Avrokuboklar ciddi yarışdı. Ora vəsiqə qazanmısansa, bu məsuliyyəti dərk etməli, məsuliyyətli davranmalısan. Mövsümlərarası fasiləni boşa verən, heyəti gücləndirməyən, hələ əlindəki tək-tük səviyyəli futbolçuları saxlaya bilməyən klublarımız bu məsuliyyəti başa düşmədilər. Sanki avrokuboklara candərdi çıxıblar, rəqibləri də öz qapılarına qol vurub, bizimkiləri irəli buraxacaqdılar. Faciənin fərqindəsizmi? Toparlanın, Avropa Liqası zarafat yeri deyil!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Dünən, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Dünən, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Dünən, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Dünən, 19:50 Qələbəyə mane olan səbəblər Dünən, 19:48 Mahirə çıxış yolları göstərdilər... Dünən, 19:45 Maltalılar bayram edir Dünən, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Dünən, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Dünən, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Dünən, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar