18 iy 20:09Yazar

DAMA-DAMA göl olar

Futbol insanın yaratdığı ən gözəl xəstəliklərdən biridi. Bu xəstəliyə tutuldunsa, ondan qurtulmaq müşkül məsələdi. Çünki ruhun bu xəstəlikdən azad olmaq istəmir axı. Bu, təkcə idman deyil, nəsə başqa şeydi. Bir idmandan daha üstündü, onun fövqündədi. Nahaq yerə deməyiblər ki, futbol da bir dünyadı. Bu dünyadan kənarda qalanları anlamaqda çətinlik çəkirəm. Qadınları hardasa başa düşürəm. Amma futbola biganə qalan kişiləri görəndə heyrət məni bürüyür.
Hərə topun sehrinə bir yolla düşür. Mən də 7-8 yaşımda böyük dayımın uşaqlarının təbliği və təsiriylə futbolla maraqlanmağa başlamışam. Baxdığım ilk oyunu xatırlamıram. Bir onu bilirəm ki, ot üstündə topu dığırladanları DÇ-94-də görmüşəm. Onda hələ o qədər də futbola həvəs yox idi. Ona görə də ancaq müəyyən epizodlar xatirimdədi. Hansısa braziliyalı futbolçunun epizodu qaçırdıqdan sonra toru qucaqlaması, işgüzar Stoiçkov, Bolqarıstanın 1/4 finalda Almaniya üzərində əzmkar qələbəsi və s.
AÇ-96-da isə oyunları daha həvəslə izləyirdim. İlk dəfə Xorvatiya adını da o vaxt eşitdim. Bu komandanın qrupdan çıxması çoxlarını təəccübləndirmişdi. Almanlarla pley-off matçında ürəkdən balkanları dəstəkləyirdim. 10 nəfərlə qalan xorvatlar debüt etdikləri yarışda güclü rəqibə minimal fərqlə (1:2) uduzdular. DÇ-98 şüurlu surətdə və sevərək izlədiyim ilk mundial oldu. İlklər unudulmazdı. Bəlkə də bu üzdən sonrakı DÇ-lərin heç biri Fransadakı qədər yaddaşıma yazılmayıb, ürəyimi fəth etməyib. Xorvatlara simpatiya var idi və bu komandanın 3-cü yeri tutması (ən çox da almanlar üzərindəki qələbəyə sevinmişdim) məni məmnun etməyə bilməzdi. Ancaq o zaman Nigeriya və Meksikaya bağlanmışdım artıq. Niyə belə ekzotik ölkələr? Çünki dayımın uşaqları iddialı yığmaları öz aralarında bölmüşdülər. Bu üzdən qardaşımın payına İsveçlə Rumıniya, mənə də “yaşıllar” düşdü. DÇ-98-də hər iki komanda baxımlı oyunla məni razı saldı. Nigeriyanın İspaniyanı yenməsi, Meksikanın Hollandiya və Belçikayla əzmkar heç-heçə edib, 1/8 finalda Almaniya ilə dirəşməsi ürəyimcə idi. Ancaq afrikalıların Danimarkaya ağır məğlubiyyəti ona qədər futboldakı ən böyük üzüntüm oldu. 12 yaşlı yeniyetmə idim və hirsimdən, 1:4 hesabını gözləmədiyimdən göz yaşlarımı saxlaya bilmədim...
Dünya çempionatının dəyəri mənim üçün bir başqadı. Heç vaxt Avropa çempionatını mundial qədər sevməmişəm. DÇ-də həm oyun çoxdu, həm də fərqli futbol mədəniyyətlərinin mübarizəsini izləmək adamın zövqünü oxşayır. Amma DÇ-98-dən sonra keçirilən analoji yarışlar mənim gözümdə Fransadakı mundialın kölgəsində qalıb. Elə ətrafımdakı insanların da bir çoxu DÇ-98-i, yaşda böyük olanlar isə DÇ-86-nı daha çox bəyəndiyini deyib. Rusiyadakı turnir bu baxımdan istisna oldu. Gözlənilməz nəticələr, dramatik oyunlar, bir-birindən gözəl qollar, VAR sisteminin gətirdiyi ədalət və s.
Azarkeşlik etdiyim komandalardan başlayım. Nigeriyada indi nə Okoça, nə Amokaçi, nə Babanqida, nə Babayaro, nə də Kanu kimi usta və xarakterli oyunçular var. Bununla belə, qrupdan çıxmağa yaxın idilər. Argentinanın son dəqiqələrdə vurduğu qol hər şeyi alt-üst etdi. Meksika DÇ-94-dən bəri bir seriya yaxalayıb. Son 7 mundialda qrupdan çıxmağı bacarır. Belə nəticəyə yalnız onlar və braziliyalılar imza atıb. Di gəl ki, “asteklər” elə məhz 1/8 finalda dayanıb. Ancaq bunların 6-da Almaniya, Argentina, Hollandiya və Braziliya kimi nəhənglərə uduzublar. Bu dəfə də yollarını “sambaçılar” kəsdi. Buna görə özlərini günahlandırmalıdılar. Çünki almanlar və koreyalıları parlaq oyunla məğlub edən komanda İsveçə uduzmamalıydı. Skandinavlarla heç-heçə fonunda qrup lideri olub, pley-offda İsveçrə səddini aşmaq mümkün idi.
169 qolun qeydə alındığı DÇ-yə Fransa və Xorvatiya damğasını vurdu. “Üçrənglilər” qrupda minimum tapşırığı çox güc sərf etmədən yerinə yetirdi. Hiss olunurdu ki, “yanacağ”ı uzaq səfər üçün qoruyurlar. Əsl simalarını Argentinayla oyunda göstərdilər. Əslində “albiselesta” darmadağın ola bilərdi. Ancaq fransızlar 4:2-dən sonra sürətli əks-hücumları səngitdi. Uruqvay və Belçika kimi güclü komandalara qalib gələn Napoleonun həmvətənləri çempion olmağa layiq idi.
Qayıdım yenidən xorvatlara. Bu ölkə və onun yığması qarşısında sadəcə, şapka çıxarmaq lazımdı. Axı onlara necə hörmət etməyəsən ki, 90-cı illərdə müstəqillik uğrunda müharibə aparırdılar. Tanış mənzərədi, elə deyil? Axı biz də o vaxtlar müharibə edirdik. İki ölkənin yaşayış səviyyəsi aşağı-yuxarı eynidi. Əhali və ərazi baxımından isə xorvatları qabaqlayırıq. Ancaq bir onların futbolda qət etdiyi məsafəyə bax, bir də bizim. “Damalılar” göstərdi ki, DAMA–DAMA göl olar. Sadəcə, işi düzgün qurmaq, çörəyi çörəkçiyə vermək lazımdı, vəssalam. Onlar finala çıxmaqla yalnız futbolun klassik nəhənglərinin bunu bacarmadığını sübut elədi. Deməli, dəfolunmaz maneə yoxdu. Xorvatlardan nümunə götürməli çox şey var. Hələlik isə mundialla vidalaşırıq. Növbəti DÇ-ni görmək, o həyəcanı yenidən yaşamaq ümidiylə...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar