18 iy 20:06Yazar

Maksimov getdi, suallar qaldı

Cəmi iki gün sonra “Keşlə” Avroliqada çətin cavab görüşünə çıxacaq. Ölkə kubokunun qalibinin futbolçu və məşqçi heyəti ötən cümə axşamı Maltada cinayətkarcasına məsuliyyətsizliyə yol verərək, vətənə əli ətəyindən uzun, daha doğrusu, bir torba topla qayıtdı. 1:4-ün “Keşlə” ilə “Baltsan”ın gerçək potensialına uyğun olmamasından şübhələnən “Futbol+” dərhal araşdırmaya başladı və qəzetimizin ötən sayında dərc olunan “Keşlə”nin oyunçuları “oxu atıb, yayı gizlətdi” yazısı artıq bəzi mətləblərə işıq salırdı. Tərlan Quliyevlə Orxan Sadıqlının müəmmalı açıqlamalarının arxasında yatan sirr dumanı dünən dağıldı: Zaur Axundovla Yuri Maksimov artıq yola birgə davam etməyin mümkünsüz olduğunu anlayıb, nəhayət, ayrıldılar. Hər kəsə öz həqiqəti şirindi. Şəxsən mən həm Zaur Axundovu, həm də Yuri Maksimovu qeyri-ciddi adam sayıram və onların açıqlamaları, ayrılığı şərtləndirən səbəblər haqda dedikləri mənə mütləq həqiqət kimi görünmür. Amma gerçəklik budu ki, Azərbaycanı avrokuboklarda indiyə qədər ən uğurlu şəkildə təmsil edən, müsbət balansa malik iki klubdan biri (o biri “Zirə”di) bu gün əsir-yesir günündədi. Və belə ab-havada 1:4-ün əvəzini çıxmaq, mərhələ adlamaq tələb olunur.
Heç şübhəsiz, Avroliqaya hazırlıq dönəmində ciddi səhvlərə yol verilib. Açıqlamalardan süzülən mənzərə odu ki, Maksimov hansısa futbolçulara münasibətdə üzgörənlik edib, kimlərsə toplanışa gec qatılıb və ya lazımınca çalışmayıb, nizam-intizam o dərəcədə aşağı səviyyəyə enib ki, komandadaxili dostluq mühitindən əsər-əlamət qalmayıb, futbolçular qol buraxanda elə meydandaca haqq-hesab çürütməyə başlayırlar. Özü də bunların heç biri futbola dünən gələn uşaq deyil. Çiynində illərin təcrübəsini daşıyan, amma yüz il bundan sonra yaşasa da, heç vaxt məsuliyyət hiss etməyəcək Kamran Ağayev, qəddi futbolda əyilmiş Vaqif Cavadov, ulduz gözü ilə baxılan Sezar Meza Kolli, Azərbaycan klublarının heyətində onlarla avrokubok oyunu keçirmiş Denis Silva, Qurban Qurbanovun yeni yığmasında çox şey gözlənilən Tərlan Quliyev və Slavik Alxasov... Hələ bəh-bəhlə transfer olunan, amma oyunun sonuna qədər ehtiyat oyunçular skamyasını isidən Amil Yunanovu demirəm. Bir sözlə, hara baxırsan, normal futbolçu görürsən. Və bu heyətə malik komandanın Maltadan o hesabla dönməyə heç bir mənəvi haqqı yox idi. Kepka Kamranın gözünü elə örtmüşdü ki, düzü, 4 qola görə xəcalət çəkib-çəkmədiyini mimikasından müəyyənləşdirə bilmədim. Amma bir həqiqəti özüm üçün müəyyənləşdirdim ki, qapıçı sənətinin incəliklərinə dair dərs almayan biri kimi mən bu yaşda və bu çəki ilə o 4-cü qolu buraxmazdım. Azərbaycan yığmasının qapıçısının həmin epizodda nə etmək istədiyini anlamaq üçün gərək dünyanın bütün tanınan və mərhum qapıçılarının ruhlarının və indi dünyada olanların cismani iştirakı ilə bir ciddi konsilium keçirilə...
Zarafat bir yana, amma “Keşlə” ağır sualların məngənəsində və çətin cavab görüşü ərəfəsindədi. Cahangir Hacıyevin həbsindən, Georgi Nikolovun faktiki ev dustaqlığından və Kaxaber Tsxadadzenin gedişindən sonra yaranan, zaman-zaman dərinləşməyə meyillənən idarəçilik böhranı, çox güman, yaxın gələcəkdə də həll olunmayacaq. Zaur bəyin futzaldakı idarəçilik metodları və vasitələri böyük futbolda işə yaramır. Hörmətli klub prezidenti bu həqiqəti nə qədər tez anlasa, bir o qədər yaxşı olar. Baş məşqçi ilə anlaşanda konkret büdcə və konkret hədəf müəyyənləşdirmək lazımdı ki, ilk uğursuzluq halındaca yolları ayırmaq eşqinə düşməyəsən.
İndi Zaur İsmayılovun çəlimsiz vücudu üzərinə ağır yük qoyulub. Baş məşqçi əvəzi komandanı oyuna hazırlamalı, futbolçuları mümkün uğura həvəsləndirmək üçün stimullar tapmalı, onlarda qürur, ləyaqət və mənlik hissini oyatmalı, 1:4-ün əvəzini çıxmağa çalışmalıdı. “Keşlə”nin bəzi oyunçuları Ta”Qalidə yaşananları qəzavü-qədər adlandırır, vəziyyəti dəyişə biləcəklərini deyirlər. Əlbəttə, mən də bu klubun azsaylı azarkeşlərinə qoşulub, inamla yaşamaq, vəziyyətin heç də göründüyü qədər dramatik olmadığı yönündə düşünmək istəyirəm. Özünə hörmət edən camiə və futbolçu 1:4-ün əvəzini çıxmaq üçün meydanda can qoymalı, mübarizəni dayandırsa belə, azarkeşin yaddaşına xoş xatirə yazmalıdı. Bacaracaqlarmı? Cümə axşamı nə qalıb ki...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar 13-02-2019, 12:44 Futzal millimiz apreldə iki ölkəyə səfər edəcək 13-02-2019, 12:43 Balayev üçün rəqiblər bilindi, Paşayev məşqlərə başladı 13-02-2019, 12:42 PFL “Qarabağ”ın müraciətini müsbət cavabladı 12-02-2019, 18:12 Belə oxuculara görə yaşamağa dəyər! 12-02-2019, 18:11 Həftənin idman proqramı 12-02-2019, 18:09 U-19 toplanış ərəfəsində yenildi 12-02-2019, 18:07 Yığmanın potensial baş məşqçisi “kartları açmadı” 12-02-2019, 18:05 Bacarığının sərhədlərini tanıyan, münaqişələrdən qaçan, çılğınlıqdan uzaq, iddiasız biri... 12-02-2019, 18:03 “Qəbələ” şikayət etmək iddiasından çəkildi 12-02-2019, 18:01 Qurban Qurbanov “Sumqayıt”ın iki hücumçu ilə oynayacağını düşünürmüş 12-02-2019, 17:58 “Qarabağ” üçün birgünlük sevinc 12-02-2019, 17:50 “Qəbələ”: bir olsun, pir olsun! 12-02-2019, 17:45 “Kapital Bank Arena”nın qapı torları dəyişdiriləcək 12-02-2019, 17:42 “Forza Neftçi” yubileyini qeyd etdi 12-02-2019, 17:39 Nazarov oynamadı, komandası darmadağın oldu 12-02-2019, 17:34 Liderlər büdrəmədi, “Qəbələ” “üçlüy”ə yaxınlaşdı 12-02-2019, 17:33 Elbrus Məmmədovun ağ yalanı Bütün xəbərlər
Ən çox oxunanlar