15 iy 15:45Yazar

Futbol(çu)suz ölkə

Ölkə futbolunun və hazırda top dalınca qaçanların durumu haqda veteranlara sual verəndə maraqlı cavab eşidirik: “indiki şərait və pul bizim vaxtımızda olsaydı, Allah bilir, nələr edərdik”. Qətiyyən razılaşmıram. Fərqli fikirdə olduğumu etik çərçivəni nəzərə alıb içimdə boğsam da, hansısa cəhdlə belə olmadığını deməyə çalışıram. Banişevski - Tuayev, Əhmədov - Cavadov dönəmlərini demirəm, ancaq ölkəmiz müstəqillik qazanandan sonra Azərbaycanda nə futbol olub, nə də avropalıların qarşısına çıxara biləcəyimiz futbolçular.
15-20 il əvvəl təmsilçilərimiz hər çatandan 3-5 qol buraxanda əllərindəki bəhanə şəraitsizlik idi. Guya təlim-məşq toplanışları təşkil olunmur, beynəlxalq oyun təcrübəsi baxımından əziyyət çəkirlər. Hə, bir də yaxşı yemək yeyə bilmədiklərinə, vitaminləşdirmə istənilən səviyyədə olmadığına görə fiziki hazırlıq sarıdan əziyyət çəkirlər. Bəhanədən başqa bir şey deyildi. Əksinə, daha çox yesəydilər, meydanda qaça bilməyəcəkdilər. Daha çox qazansaydılar, başları pul xərcləməyə qarışacaqdı. Tez-tez toplanışlara getsəydilər, vaxtlarını əyləncəyə sərf edəcəkdilər. Bu ölkənin bir nömrəli bəlası var, o da mentallıqdı. İstər futbolda olsun, istər səhiyyədə, istərsə də tədris sistemində. Əli 5 manat pula çatanların böyük əksəriyyəti ayağının altını görmür, nə iş görməli olduğunu unudurlar.
Hər nə isə, 2004-cü ildə dövlət başçısının futbola xüsusi diqqət ayırmasından sonra neft gəlirlərinin müəyyən hissəsi bu oyun növünə sərf olunmağa başladı. Bir neçə tanınmış şirkət futbola pul xərclədi ki, klubların durumu xeyli yaxşılaşdı. Legioner məşqçi və futbolçular cəlb olundu. Və bununla da avrokuboklarda sonradan qazanacağımız uğurların təməli qoyuldu. “Qarabağ” dörd dəfə əsasən yerli futbolçulardan qurulmuş heyətlə Avroliqanın qrupuna düşməyə çalışsa da, cəhdlər səmərəsiz qalırdı. Eyni sözlər “Neftçi”yə də aiddi. Lakin legioner axını başlayandan sonra klublarımızın üzü güldü. Böyük pullar qarşılığında Azərbaycana gələn əcnəbi məşqçi futbolçuların sayəsində avrokubokların qrup mərhələsinin həyəcanını yaşadıq.
Və çox keçmədən ölkədə iqtisadi böhranın baş qaldırması klubların büdcəsinə də təsir etdi. “Neftçi”ylə “Keşlə”nin maliyyə imkanları zəifləyincə, Avroliqaya vəsiqə qazanmağın özü belə müşkülə çevrildi. Mübarizəyə qoşulanda da, uzağa gedə bilmirdilər. Ümid qalmışdı “Qəbələ”ylə “Qarabağ”a. İş elə gətirdi ki, ötən ildən başlayaraq bölgə təmsilçisinə sərmayə yatıranlar da bir qədər “sıxmalı” oldular. Nəticədə Roman Qriqorçuk da getdi, Baqali Dabo və Filip Ozobiç də. Komanda qaldı yerlilərin ümidinə.
Cümə axşamı Avroliqa iştirakçılarımızın start heyətində meydana çıxan 33 futbolçudan 19-u azərbaycanlı idi. “Neftçi”ylə “Qəbələ”nin məşqçiləri hərəyə 6, “Keşlə” isə 7 yerliyə şans vermişdi. Əlbəttə, sevindirici haldı. Amma sonluq necə oldu? Sonuncu ikisi biabırçı şəkildə uduzdu, “ağ-qaralar” isə rəqibin kobud səhvlərindən sonra qələbə arzusuna çatdı. 3 qoldan ikisinə Dabo kimi legionerin imza atması, Dario ilə Mustivarın meydanda ən yaxşılardan olması növbəti dəfə “əcnəbilərsiz olmur” fikrini təsdiqlədi.
Cümə axşamı hamı birağızdan Roman Qriqorçukun, eləcə də Daboyla Ozobiçin yoxluğunu yada salır, Skarlatakesiz müdafiə xəttinin biabırçı durumda olduğunu vurğulayır, legionerlərsiz “Neftçi”nin “Uypeşt”i uda bilməyəcəyini iddia edirdi. Bəli, bu gün ölkə futbolu gəlmələrin ümidinə qalıb. 15 ilə yaxındı futbola milyonlar axıdılsa da, Avropa vitrininin küncünə qoya biləcəyimiz 3-5 futbolçumuz yoxdu.
Klubların aparıcı simalarına çevrilə bilməmələri, əcnəbilərin kölgəsində yatmaları bir yana. Bunlar çox yox, cəmi bir il legioner həyatı yaşaya bilmirlər. Kamran Ağayev boyda böyük təcrübə sahibi Avropanı dolaşıb sonda üstümüzə qayıtdı. Rauf Əliyev Allahın Albaniyasında özünə yer edə bilmədi. Araz Abdullayev “Anortosis”də 2-3 qol ötürməsi verəndən sonra yoxa çıxdı. Vaqif Cavadovu o cür, Elnur Cəfərovla Budaq Nəsirovu bir başqa cür...
Ona görə də “Qəbələ” ilə “Keşlə”dən və ya nə vaxtsa yerlilərə güvənəcək digər komandalardan nəsə gözləməyə dəyməz. Elə ki gördüz əsas heyətdə yer alanların yarısı azərbaycanlıdı, əlinizi üzün. Həmin komandanın ciddi mənada nəyəsə imza atacağına inanmayın. Çünki bu ölkədə nə futbol var, nə də futbolçu.
Vay Qurban Qurbanovun halına. Malta və Lüksemburq komandaları qarşısında tab gətirə bilməyən futbolçuların Millətlər Liqasında yığmaya necə kömək edəcəklərini düşünəndə, adamın bağrı çatlayır. Orda nə Miçel olacaq, nə Dabo, nə də Bezotosnı. Top dalınca qaçanlar illərdi futbolçu bacarığını yox, şəxsi büdcəsini artırmaq haqda düşünənlər olacaq. Allah hamımızın köməyi olsun...
P.S. “Qəbələ” ilə “Keşlə”nin mərhələ adlamaq bacarığında olduğunu iddia edənlərdənəm. Bir qədər istəkli olsalar, bacararlar. Vurğunu 10 milyonluq ölkədə yığmanı, komandanı arxasınca apara biləcək düz-əməlli 5-10 futbolçunun olmamasına vururam.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar