06 iy 00:33Yazar

Şehiçdən daha yaxşısı

Nə gizlədim, İbrahim Şehiçin Robert Prosineçkiylə birlikdə “Qarabağ”ın düşərgəsində peyda olmasından, ardınca isə Anton Kanibolotskinin komandanı tərk etməsindən şübhələnmişdim. Bu iki hadisə arasında hansısa gizli əlaqə tapmağa çalışır, bosniyalının “Qarabağ”dan yaxşı klub tapa bilməyəcəyini anlayıb, yenidən Qurban Qurbanovun rəhbərliyi altında oynamaq istədiyini düşünürdüm. Prosineçkinin Enur Cəfərovla Ruslan Qurbanovun Xorvatiya klublarında çıxış etməsinə vasitəçilik etməsi hamımıza məlumdu. Millimizin sabiq baş məşqçisinin bu qabiliyyətinə bələdik. Düşünürdüm ki, bu dəfə Prosineçki İbrahimin işini həll etmək üçün qollarını çırmalayıb, onu “Qarabağ”dan ayrıldığına görə danlayıb. Təxminlərimin davamı o yöndə idi ki, Kanibolotski də Şehiçin geri qayıdacağını görüb və əsas heyət üzünə yenidən həsrət qalacağını fikirləşərək, müqaviləsinin pozulmasını istəyib.
Beynimi məşğul edən ssenari reallaşmadı. Düzdü, Qurban Qurbanovun xarakterinə də az-çox bələdik. Bilirik ki, gedənlərin arxasınca çox da boylanmır, dərhal onların “kitabını bağlayır”. Amma bəzən istisnalar da olub. “Qarabağ”ın maraqları, komandanın güclənməsi, çətin avrokubok sınağı ərəfəsində prinsipləri bir kənara qoymaq olardı. Necə ki əvvəllər bəzi yerli futbolçuların “Qarabağ”a qayıtmasına Qurbanovun etiraz etmədiyini görmüşdük. Bəli, “Qarabağ”ın qapıçı problemi ilə bağlı yazdığım son yazıda səsləndirdiyim çağırış artıq eşidilib, istəyimiz yerinə yetirilib. Şehiçi geri qaytarmaq mümkün olmasa belə, “çərçivə”yə təcrübəli qolkiperin gətirilməsinin vacibliyini, Şahruddinin etibarlı qapıçı olmadığını yazmışdım. İslandiya millisinin qapıçısı Hannes Halldorsson artıq “Qarabağ”ın qapıçısıdı.
Şehiçə üzümüz-gözümüz öyrəşmişdi. Hətta necə səhvlər buraxacağını belə ehtimal etməyə, zəif tərəflərinə bələd olmağa başlamışdıq. O da, Riçard Almeyda da “Qarabağ”ın əsas fiqurlarından, mətbuatın daim diqqət ayırdığı, azarkeşlərin sevimlisinə çevrilmiş futbolçularından idi. İkisi də çox həssas məqamda klubdan ayrılmağa qərar verdilər. Məqamı ona görə həssas sayıram ki, Çempionlar Liqasının qrupunda iştirak həm “Qarabağ”ın, həm də onun futbolçularının marka dəyərini artırdı. Hansısa zirvəyə yüksəlməklə yanaşı, orda bir müddət qalmağı, zirvələrə layiq olduğunu isbatlamağı da bacarmalısan. UEFA-nın məlum reqlament dəyişikliyi isə Azərbaycan çempionun işini xeyli çətinləşdirib. “Qarabağ” ötən mövsüm qazanılan möhtəşəm uğurun təsadüf olmadığını sübut etmək üçün bu yay çox əziyyətə qatlaşacaq. Həmin əziyyətin çəkilməsində, maneələrin aşılmasında isə Almeyda ilə Şehiçin köməyinə ehtiyac var idi. Hələ mayda məlum oldu ki, onlar bu köməyi “Qarabağ”dan əsirgəyəcəklər.
Şəxsən mənə elə gəlir ki, onların gedişinə Dino Ndlovunun qışda Çinə yollanması təkan verdi. Düşündülər ki, Azərbaycanda gün keçirdikləri yetər, Çempionlar Liqasının qrupunda çıxış edən komandanın əsas heyət üzvü olmaqla marka dəyərlərini yüksəldiblər. Artıq daha yaxşı pullar qazanmaq zamanıdı. Onlara elə gəlirdi ki, azad agent olan kimi qarşılarına milyonluq müqavilələr qoyulacaq. Amma olmadı. Nəinki Avropanın ortababları, “Parma”, yaxud da “Ərzurumspor” səviyyəli klublar, heç ərəblərlə çinlilər belə Şehiçin və Almeydanın arzularını gerçəkləşdirməyə həvəs göstərmədilər. Almeyda səviyyəsi və maliyyə imkanları aşağı-yuxarı elə “Qarabağ”la eyni olan “Astana” ilə müqavilə imzalayıb. Şehiç isə hələ də axtarışdadı. Bəli, Qazaxıstan futbolu, oranın klubları, xüsusən də “Astana”nın imkanları ilə yaxşı tanışam. Müəyyən mənada həm çempionatın səviyyəsinə, həm də maddi şərtlərə görə bizi qabaqlayırlar. Qazaxıstan paytaxtının öldürücü soyuğu, qandonduran şaxtası, çempionatın Avropadan fərqli sistemlə keçirilməsi Almeyda üçün ciddi problemə çevriləcək. Bu çətinlikləri aşmağa, uyğunlaşma prosesinə azı bir mövsümlük zaman tələb olunacaq ki, Almeyda yaşında olan futbolçu üçün bunlar ciddi məqam sayılmalıdı. İstənilən halda, mən Riçarda da, İbrahimə də uğurlar arzulayıram. Tezliklə Şehiç də özünə klub tapsın və biz də Almeyda kimi ona da azarkeşlik edək, uğurlarına sevinək.
Sözsüz ki, bizim üçün daha vacib olan “Qarabağ”ın uğurları, bu yay Çempionar Liqasında necə çıxış edəcəyidi. Mövsümün sonunda yaşanan təlatümlər, azarkeşləri narahat edən ayrılıqlar artıq geridə qalır, yavaş-yavaş “köhlən atlar” itirdiyi gücü bərpa edir. Başqa cür ola da bilməzdi. Hamımıza məlumdu ki, bu klubda çiyinlərində illərin təcrübəsini daşıyan, öz işini yaxşı bilən məşqçilər, menecerlər, futbol mütəxəssisləri çalışır. Onlar üçün gedənlərin yerini doldurmaq heç də mümkünsüz tapşırıq deyildi. Artıq komandanın Avstriyadakı düşərgəsindən sevindirici xəbərlər gəlməkdədi. Hamımıza yaxşı tanış olan Filip Ozobiç və Fransa klublarında çıxış etmiş Abdulla Zubirdən sonra üçüncü legioner transferi reallaşdırılıb. Budəfəki tapıntı daha adlı-sanlı, tanınmışdı. Cəmi 5-10 gün əvvəl onu dünya çempionatının iştirakçısı kimi izləyirdik. Messinin penalti zərbəsini dəf etməklə bütün planetin nəzərlərini öz üzərinə çəkmişdi. Artıq “Qarabağ” ailəsinin üzvü, Azərbaycan klubunun futbolçusudu. Halldorssonun Şehiçdən daha etibarlı qapıçı olduğuna şübhəm yoxdu. Təcrübəsiylə də, soyuqqanlılığı ilə də “Qarabağ”a xeyir verəcək gücdədi. 34 yaşının olmasından isə qorxmağa dəyməz. Fiziki göstəriciləri yerində olan qapıçısı üçün qorxulu yaş deyil. Çempionumuza xeyirli-uğurlu olsun!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:51 Yığmanın baş məşqçisi Avropa çempionatını şərh etdi Bu gün, 12:51 “Sinerji Qrup” velosiped idmanından da əlini çəkdi Bu gün, 12:49 Kintana Albaniyada oynaya bilməyəcək Bu gün, 12:39 “Məncə, Ramosla bağlı sual klub rəhbərliyinə ünvanlanmalıdı” Bu gün, 12:38 "Kukesi" mərhələləri keçmək təcrübəsi olan bir komandadı” Bu gün, 12:37 "İnter Arena"nın adı dəyişdi Bu gün, 12:35 Üç klubun iflası sosial “feysbuk”a çaxnaşma saldı Bu gün, 12:34 Kamran Quliyev arxayınlığın məğlubiyyətə səbəb olduğunu söylədi Bu gün, 12:27 Fiaskonun səbəbləri Bu gün, 12:23 “Qarabağ” kimi rəqiblə qarşılaşacağımıza hələ də inanmırıq” Bu gün, 12:19 Əcnəbi jurnalistlər komandalarımızı ələ salır Bu gün, 12:14 TRANSFER DOSYESİ Bu gün, 12:12 Türkiyə millisində çalışmış, 26 il vətəndən uzaq qalmış azərbaycanlı... Bu gün, 12:09 Araz karyerasını Avropada davam etdirəcək Bu gün, 12:08 Almeyda “Astana”da debüt etdi Bu gün, 12:06 Anar Salmanov rus hakimə 8,1 verdi Bu gün, 12:03 Zirə” Boluda ərəblərlə “sülh bağladı” Bu gün, 12:02 Hakimlərimiz qonaqları sevindirdi 21-07-2018, 13:42 Yalnız “Futbol+”də! 21-07-2018, 13:39 Voleybolçular Sloveniyaya yollandı 21-07-2018, 13:35 “İmarət”in şüarı “Maribor” azarkeşlərinin ürəyinə yağ kimi yayılıb 21-07-2018, 13:30 Heç kimə lazım olmayan qələbə... 21-07-2018, 13:24 Məcbur “azarkeşlər”, jurnalist biganəliyi, üzgün Vaqif... 21-07-2018, 13:21 Möcüzə baş vermədi 21-07-2018, 13:13 Qısa xəbərlər 21-07-2018, 12:34 “Sabah” AFFA-dan maliyyələşdiyini boynuna aldı 21-07-2018, 12:29 “Qarabağ”ın potensial 11 rəqibi 21-07-2018, 12:27 Başabəla albanlar: “Qarabağ” sindromu qırmalıdı 21-07-2018, 12:20 “Sumqayıt” “sülh”lə başladı 21-07-2018, 12:13 “Zirə”nin hazırlıq planı dəyişdi 21-07-2018, 12:11 "Səbail" "Sivasspor"la bacarmadı 21-07-2018, 12:08 “Reyncers”in futbolçusu “Traktorsazi”də 21-07-2018, 12:02 Fineo vətənə döndü 21-07-2018, 11:59 “Neftçi”ni Budapeştdə basdırdılar 21-07-2018, 11:46 “Uypeşt”in baş məşqçisi “Neftçi”yə təşəkkür etdi 20-07-2018, 13:58 Ramil Şeydayev qol vursa da... 20-07-2018, 13:51 AFFA idman jurnalistlərini çağırır 20-07-2018, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı 20-07-2018, 13:47 Futvolley turnirində böyük fırıldaq 20-07-2018, 13:44 Qolsuz, amma maraqlı gecə 20-07-2018, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! 20-07-2018, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi 20-07-2018, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı 20-07-2018, 13:03 “Zirə” də getdi 20-07-2018, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı 20-07-2018, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var 20-07-2018, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış Bütün xəbərlər
Ən çox oxunanlar