22 fev 14:34Yazar

Hakimlərin etimad limiti

Hakimlərin etimad limiti
Hakimlər Komitəsinin Fariz Yusifovu qorumalı olduğu haqda yazımın üzərindən heç iki ay keçməyib. Amma Əlahəzrət Zaman artıq həmin yazıda toxunduğum məqamlardakı həqiqət payını aşkara çıxardı. Azərbaycanlı hakimlər premyer-liqanın 3-cü dövrəsinin startından bəri həyəcanlı günlər keçirirlər. Səhvlər sıralandıqca gərginlik də artır. Bunun əyani nümunəsini “Neftçi” – “Kəpəz” oyununda da gördük. Rauf Cabbarov gözünün önündə olan epizodu düzgün qiymətləndirə bilmədi. Nəticədə “Neftçi”nin penalti vurmaq hüququ əlindən alındı. Həmin oyunda başverənlər Fariz Yusifovun da işini xeyli çətinləşdirmişdi. “Görürsüz, hakimlər qəsdən belə səhvlər edirlər, sabah da Qəbələdə belə olacaq” deyənlərin də sırası xeyli genişlənmişdi. Bu mürəkkəb psixoloji durumda “Qəbələ” ilə “Qarabağ”ın görüşünü idarə etmək hər oğulun işi deyildi. Tərslikdən meydan sahiblərinin hesabı açdığı epizodda qısamüddətli anlaşılmazlıq yaşandı. Sözün düzü, həmin an düşündüm ki, Fariz Yusifovla Azər Əsgərov qalan 60 dəqiqədə daha çətin durumda olacaqlar, yaşananların təsirindən çıxa bilməyəcəklər. Belədə daha kobud səhvlər qaçılmaz olacaq, bu cür gözəl oyun qalmaqalların, dedi-qoduların kölgəsində qalacaq. Yenə də təcrübə öz sözünü dedi. Nahaq yerə demirdim ki, Fariz Yusifovun “qələmini qırmaq” hələ tezdi. Heç Azər Əsgərov da çoxdan yada düşmürdü, ara-sıra nisbətən az əhəmiyətli oyunlara göndərilməsəydi, bayrağı yerə qoyduğunu düşünərdik. Heç şübhə etmirəm ki, bu qarşılaşmaya köməkçi hakimlər bilavasitə Fariz bəyin istəyi ilə təyinat almışdı. Başbilənlər də əmin olmuşdular ki, “köhnə qvardiya” odun-alovun içindən sağ-salamat çıxmağı, coşan ehtirasları sakitləşdirməyi bacaracaq. Əsgərovun ilk qolda tərəddüd etməsi, vaxtında mərkəz xəttə doğru qaçmaması da xırda metodik səhv kimi qiymətləndirilə, çətin məqamda yol verilən ani diqqətsizlik adlandırıla bilər. Bir halda ki oyundan sonra Qurban Qurbanov başda olmaqla, hər kəs hakimlikdən razı qalmışdı, deməli, Fariz bəyin briqadası onlara göstərilən etimadı doğrultmuşdu.
Qəbələdə oyundan sonrakı əhval-ruhiyəni izah etmək üçün bir mənzərəni sizə nəql etməyim yetərlidi. Hakimlər stadiondan çıxıb onları gözləyən mikroavtobusa gedəndə çox rahat görünür, ətrafdakılarla zarafatlaşmağa belə macal tapırdılar. Heç onların təhlükəsizliyinin qayğısına qalan polis əməkdaşları və mühafizəçilər də gözə dəymirdi. Hakim səhvləri necə gərginliyə səbəb olur, oyundan-oyuna ədalət təmsilçilərinin işini çətinləşdirirsə, Fariz Yusifovla briqadasının Qədələdəki ideala yaxın idarəçiliyi də bu prosesin əksinə start verməlidi. Mövsümün oyunu sayılan qarşılaşmada qalibin müəyyənləşməsinə kənar müdaxilə olmadısa, digər oyunlarda fit və bayraq sahiblərinə hansısa gizli sifarişin verildiyinə də inanmağa dəyməz. Epizodik səhvlərə görə xüsusi narahatlıq keçirməyə, Hakimlər Komitəsini də ittiham yağmurunda “islatmağa” da dəyməz.
Rəşad Sadıqovun “Üçüncü hissə”də dedikləri isə emosionallığın və yerli-yersiz ittihamların gətirdiyi son həddin əlamətidi. “Qarabağ” tərəfi belə həssas məqamda çıxıb desə ki, biz əcnəbi hakim dəvət olunmasının əleyhinəyik, yerli hakimlərin arxasındayıq, onda da danışmağa başqa mövzu olacaq. Onları ittiham edənlər bu açıqlamanı əldə bayraq edəcək, “Qarabağ”a yerli hakimlərin köməyi vacibdi, bu səbəbdən də xaricdən hakim çağırmağa qarşı çıxıırlar” deyəcəklər. Necə ki indi də bu prosesin əksi gedir. “Rəşad da əncəbi hakim istəyir, “Qarabağ” da buna tərəfdardı” tezisi ortaya atılıb. Yaxşı ki, Qəbələdəki hakimlik bu cür mübahisələrin qızışması üçün əlyeri qoymadı, yeni bəhanələr ortaya çıxmadı. Artıq papaqlarımızı qarşımıza qoymalı və yaxşı-yaxşı düşünməliyik. Azərbaycanlı hakimlər etimad limitini tam bitirməyiblər. Bir az özlərinə gələ bilsələr, biz buna imkan versək, bütün qarşılaşmalarda Qəbələdəki kimi idarəçilik görə bilərik. Bunu istəyirikmi? İstəyiriksə, elə bu gündən başlayaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... Dünən, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” Dünən, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib Dünən, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” Dünən, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon Dünən, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub Dünən, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! Dünən, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb Dünən, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə Dünən, 14:36 AFFA-nın namizəd siyahısı genişdi Dünən, 14:34 “Liman” - “Neftçi” üçün dərman! Dünən, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı Dünən, 14:16 Lider dəyişdi Dünən, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu Dünən, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” Dünən, 14:06 Ümummilli sorğu start götürür! Dünən, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Bütün xəbərlər
Ən çox oxunanlar