30 in 00:21Yazar

Şehiç qayıtmasa belə...

“Qarabağ”ın Avstriyada keçirdiyi yoxlama görüşlərində bu məqam diqqətimi çəkirdi. Fikir verirdim ki, qapını ukraynalı Anton Kanibolotski yox, Şahruddin Məhəmmədəliyev qoruyur. Halbuki İbrahim Şehiçin gedişindən sonra Anton üçün şans yaranacağını, onun da bundan maksimum dərəcədə yararlanacağını düşünürdüm. 30 yaşlı qapıçının bu ayrılığı mənə bir az qəfil, bir az da ağılsızlıq kimi gəldi. Sanki Kanibolotski bu qəfil gedişi ilə “Qarabağ”dan nəyinsə qisasını almağa, komandanı pis vəziyyətə salmağa çalışdı. Gümanlarımda yanıla da bilərəm, amma belə düşünmək üçün yetərincə əsaslarım var.
Birincisi, ona görə ki, “Qarabağ”da ikinci qapıçı rolu Antonun ürəyincə olmasa belə, o, bununla razılaşmışdı. Şehiçin əvəzləyicisi kimi vaxtını gözləyir, Qurban Qurbanovun ona etimad göstərəcəyinə inanırdı. Bəzi hallarda isə Şahruddinin əvəzləyicisinə çevrilirdi. Xüsusən də premyer-liqanın bəzi qarşılaşmalarında Qurbanov əcnəbi qapıçıların hər ikisini kənarda qoyur, “çərçivə”ni qorumağı Şahruddinə tapşırırdı. Bu da başadüşülən idi. Məhəmmədəliyev dağıstanlı olsa da, azərbaycanlı pasportu ilə çıxış edir, yerli futbolçu statusu daşıyır. Onu qapıya qoymaqla Qurban bəy daha bir legionerin xidmətindən meydan oyunçusu kimi yararlanmağa nail olurdu. Bütün bunları Kanibolotski də görürdü, razılaşırdı. Bir peşəkar futbolçunun davranışı da məhz bu cür olmalı idi. Güman edirəm ki, Anton az oynamasını, ehtiyatda oturmasını saymasaq, “Qarabağ”dakı bütün şərtlərdən razı idi. Bakıda rahat yaşayır, üzərində heç bir təzyiq hiss etmirdi. Uzaqdan-uzağa da olsa, Çempionlar Liqasının qrupunda oynamağın verdiyi həzzi də yaşayırdı. Bəlkə də qrupdakı 6 oyunun hansındasa meydana çıxacağına da özünü inandırmışdı.
Məsələnin bir də maddi tərəfi vardı. Onsuz da “Qarabağ”a gələnə qədər də Anton “Şaxtyor”da əsas qapıçı sayılmırdı. Vətənini tərk edib, Azərbaycana gələrkən də Şehiçlə rəqabət aparacağını bilirdi. Bu rəqabətdən çəkinməmişdi. Və heç şübhəsiz, maddiyyatı da nəzərə almışdı. Bilirdi ki, “Qarabağ”da aldığı maaşı, burda ona yaradılan şəraiti başqa hardasa tapmaq şansı azdı. Ya Ukraynanın ortabablarından birində daim meydanda və təzyiq altında olmalı, daha az qazanca razılaşmalı idi. Ya da ki, “Qarabağ”dakı durumu ilə barışmalıydı. Barışmışdı da. İndiyə qədər narazılığını nə dildə, nə də əməldə göstərmişdi. Narazı olsaydı, qış fasiləsində ayrılmaq istəyərdi. Onda ayrılmamışdısa, mövsüm bitəndə “Qarabağ” rəsmilərinə fikrini bildirər, Şehiçlə eyni vaxtda əşyalarını toplayıb, Bakıdan birdəfəlik gedərdi. Amma bunu etməmişdi. O zaman bu qəfil ayrılığın səbəbi nə oldu? Niyə mayın sonlarında getmədi, toplanışın ilk günlərində düşərgəyə gəlməyəcəyini bildirmədi, məhz indi bu addımı atdı?
Bu suala cavab axtararkən də əvvəlcə vurğuladığım ehtimalın üzərinə qayıtmalı oluruq. Ya ağılsızlıqdı, ya da intiqam həvəsi. İstənilən halda, bu qəfil gediş “Qarabağ” üçün məhz indiki məqamda arzulanan deyildi. Kanibolotskinin gedəcəyini daha öncədən bilmək və buna hazır olmaq komanda üçün daha yaxşı idi. Mövsüm bitən kimi əsas qapıçısını itirən “köhlən atlar” indi onun əvəzləyicisi gözüylə baxdığı Antonu da yola saldı. Bir neçə gün əvvəl “Qarabağ”ın əcnəbi qapıçılarla maraqlandığı barədə mən də eşitmişdim. Düşünürdüm ki, Qurban Qurbanov prinsiplərinə sadiqdi və eyni mövqedə iki eyni səviyyəli futbolçunun olmasını istəyir. Bununla da rəqabət yaradır, heç kimin arxayınlaşmasına imkan vermək fikrində deyil. Belə çıxır ki, Kanibolotski də bunu eşidib və Şehiçin gedişindən sonra yenidən kiminləsə rəqabət aparmaq həvəsində olmayıb. Bir ehtimal da var. Bunu da obyektivlik naminə qeyd etməliyik. Həmin ehtimal da odu ki, ukraynalı qapıçı əvvəlcədən gedişinə işarə vurubmuş və bu işarədən sonra “Qarabağ” tərəfi yeni əcnəbi “çərçivə qoruyucusu” axtarışına çıxıb. Sadəcə, Anton Kanibolotskiylə yolların ayrılmasını indi rəsmən açıqlamağı məsləhət bildilər. Kim bilir, bəlkə ona əvəzləyici tapıldığına görə belə addım atıldı.
Şəxsən mən Antonun yerində olsaydım, Şehiçin gedişindən sonra “Qarabağ”dan ikiəlli yapışar, bosniyalı qapıçıdan heç də zəif olmadığımı sübut etməyə çalışardım. Bununla da ukraynalının həm imici bərpa olunardı, “əvəzləyici” statusundan qurtulardı, həm də qiymətini yaxşıca artırardı. İndiki halda isə onun “Şaxtyor”da da, “Qarabağ”da da ikinci qapıçı gözüylə baxıldığı, bu klubların heç birində rəqabətdən qalib çıxmağı bacarmadığı ortadadı. Mən heç bir halda Kanibolotskinin qapıçı kimi istedadını şübhə altına almaq istəmirəm, onu zəif saymıram. Amma indiki halda onun bu qəfil gedişinə anlam verməyə çətinlik çəkirəm.
Zaman keçəcək, bu gedişin səbəbini də biləcəyik. Adətən, əcnəbilər bizə demədiklərini öz ölkələrinin mətbuatına deyirlər. Çox keçməz Antonun hara getdiyini də bilərik, gedişinin səbəblərini də. Ümid edək ki, çörəyi dizinin üstündə olmaz və Ukrayna mətbuatına verdiyi müsahibələrdə “Qarabağ”, Azərbaycan futbolu barədə xoşagəlməz sözlər danışmaz. İndilik isə “Qarabağ” rəhbərliyinin, şəxsən Qurban Qurbanovun görəcəyi daha vacib işlər var. Qapını təkcə Şahruddinin ümidinə buraxmaq ciddi səhv olar. “Çərçivə”yə Şehiçi qaytarmaq mümkün deyilsə belə, onun səviyyəsində biri mütləq tapılmalıdı. Atalarımız demişkən, axtaran tapar.
8 Best Legal Anabolic Steroids For Sale
Buy Anabolic Steroids Onlines

<a href="https://buysteroidsca.com/#">How To Buy Legal Steroids</a>

Shop For The Best Legal Steroids Online
9 Best Legal Anabolic Steroids For Sale

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:51 Yığmanın baş məşqçisi Avropa çempionatını şərh etdi Bu gün, 12:51 “Sinerji Qrup” velosiped idmanından da əlini çəkdi Bu gün, 12:49 Kintana Albaniyada oynaya bilməyəcək Bu gün, 12:39 “Məncə, Ramosla bağlı sual klub rəhbərliyinə ünvanlanmalıdı” Bu gün, 12:38 "Kukesi" mərhələləri keçmək təcrübəsi olan bir komandadı” Bu gün, 12:37 "İnter Arena"nın adı dəyişdi Bu gün, 12:35 Üç klubun iflası sosial “feysbuk”a çaxnaşma saldı Bu gün, 12:34 Kamran Quliyev arxayınlığın məğlubiyyətə səbəb olduğunu söylədi Bu gün, 12:27 Fiaskonun səbəbləri Bu gün, 12:23 “Qarabağ” kimi rəqiblə qarşılaşacağımıza hələ də inanmırıq” Bu gün, 12:19 Əcnəbi jurnalistlər komandalarımızı ələ salır Bu gün, 12:14 TRANSFER DOSYESİ Bu gün, 12:12 Türkiyə millisində çalışmış, 26 il vətəndən uzaq qalmış azərbaycanlı... Bu gün, 12:09 Araz karyerasını Avropada davam etdirəcək Bu gün, 12:08 Almeyda “Astana”da debüt etdi Bu gün, 12:06 Anar Salmanov rus hakimə 8,1 verdi Bu gün, 12:03 Zirə” Boluda ərəblərlə “sülh bağladı” Bu gün, 12:02 Hakimlərimiz qonaqları sevindirdi 21-07-2018, 13:42 Yalnız “Futbol+”də! 21-07-2018, 13:39 Voleybolçular Sloveniyaya yollandı 21-07-2018, 13:35 “İmarət”in şüarı “Maribor” azarkeşlərinin ürəyinə yağ kimi yayılıb 21-07-2018, 13:30 Heç kimə lazım olmayan qələbə... 21-07-2018, 13:24 Məcbur “azarkeşlər”, jurnalist biganəliyi, üzgün Vaqif... 21-07-2018, 13:21 Möcüzə baş vermədi 21-07-2018, 13:13 Qısa xəbərlər 21-07-2018, 12:34 “Sabah” AFFA-dan maliyyələşdiyini boynuna aldı 21-07-2018, 12:29 “Qarabağ”ın potensial 11 rəqibi 21-07-2018, 12:27 Başabəla albanlar: “Qarabağ” sindromu qırmalıdı 21-07-2018, 12:20 “Sumqayıt” “sülh”lə başladı 21-07-2018, 12:13 “Zirə”nin hazırlıq planı dəyişdi 21-07-2018, 12:11 "Səbail" "Sivasspor"la bacarmadı 21-07-2018, 12:08 “Reyncers”in futbolçusu “Traktorsazi”də 21-07-2018, 12:02 Fineo vətənə döndü 21-07-2018, 11:59 “Neftçi”ni Budapeştdə basdırdılar 21-07-2018, 11:46 “Uypeşt”in baş məşqçisi “Neftçi”yə təşəkkür etdi 20-07-2018, 13:58 Ramil Şeydayev qol vursa da... 20-07-2018, 13:51 AFFA idman jurnalistlərini çağırır 20-07-2018, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı 20-07-2018, 13:47 Futvolley turnirində böyük fırıldaq 20-07-2018, 13:44 Qolsuz, amma maraqlı gecə 20-07-2018, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! 20-07-2018, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi 20-07-2018, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı 20-07-2018, 13:03 “Zirə” də getdi 20-07-2018, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı 20-07-2018, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var 20-07-2018, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış Bütün xəbərlər
Ən çox oxunanlar