29 in 14:18Yazar

Bir az ordan, bir az burdan

Bu yaxınlarda idmanımızın ağır durumundan yazmışdım. Vəziyyət həqiqətən acınacaqlıdı və təcili tədbirlərin görülməsinə ehtiyac var. Ancaq bu məsələdə bütün yükü hökumətin üzərinə atmağın da tərəfdarı deyiləm. Cəmiyyət olaraq, idmanı gündəmdə saxlamalıyıq. Xüsusən də televiziya və radioların təbliğatı hava-su kimi lazımdı. Bəsdi şou-biznes əhlini reklam etdiz! Onsuz da onlar toylardan yaxşı pul qazanırlar. Efirdə onları təbliğ etməklə çörəklərinə yağ sürtürsüz. Halbuki əksəriyyəti bayağı mahnılarla xalqın musiqi zövqünü korlayıb. Hələ əxlaqdan kənar davranışlarını demirəm. TV-lər şou-biznes verilişlərindən daha çox idman buraxılışlarına üstünlük verməlidilər. Bax, onda ölkədə əsl olimpiya hərəkatının getdiyini söyləyə bilərik. Reklam şirkətləri isə idmançıları öz çarxlarına daxil etməlidi. Düzdü, Ramil Quliyev, Rafael Ağayev və Kamran Ağayevi reklamda görürük. Amma bu çox azdı. Xüsusən titullu idmançılarımızdan reklam çəkilişlərində istifadə etmək, onlara əlavə gəlir yeri qazandırmaq başqa idmançıları da qələbələrə, ön plana çıxmağa stimullaşdıracaq. Yoxsa, bu gedişlə idmanın çöküşü daha geniş vüsət alacaq.
İndi keçim futbolumuza. Açığı, mövsümün sonunda bu qədər baş məşqçi istefasının olacağını düşünmürdüm. Tərlan Əhmədovu hardasa başa düşdük. Komandanı kubokun finala çıxara bilməməsinin və ictimaiyyətə açıqlanmayan bəzi səhvlərinin qurbanı oldu. Samir Abasov hövsələsizlik etdi. Şəxsən mənə görə, yersiz prinsipiallıq etdi. İşsiz qalıb, evdə oturub, çay gillətməkdənsə, “Sumqayıt”la yoluna davam etməliydi. Gec-tez potensialına uyğun komandada çalışacaqdı. Ya “kimyaçılar”ın transfer siyasəti müsbətə doğru dəyişəcək ya da növbəti mövsümdən daha iddialı kluba keçəcəkdi. İşsiz mütəxəssislərin sırasına qoşulmaq nə verir ki? Yenə ölkə xaricinə çıxsa, adamı yandırmaz. Belə güclü məşqçinin kənarda qalması futbolumuz adına minusdu. Elə Samir Əliyevin səhhətini əsas göstərib, “Səbail”dən ayrılması da bir qədər qaranlıq qaldı. Adama deyərlər, hələ nə yaşın var, yolun başlanğıcındasan. İndidən yoruldunsa, onda gərək bu peşənin daşını atıb, başqa işlə məşğul olasan. Çünki baş məşqçi vəzifəsi böyük stress və ağır məsuliyyət deməkdi. Bu yükün altından hər adam qalxa bilmir. Necə ki, yaşıl meydanda xarüqələr yaradan Maradona məşqçi kimi uğur qazanmadı.
Dieqo Armandodan misal çəkdim, yadıma bu yaxınlardakı hərəkəti düşdü. Futbolçu kimi çox bəyəndiyim, hətta Peleylə müqayisədə üstün tutduğum argentinalının Nigeriya ilə oyunda Roxonun qolunu ədəbsiz şəkildə qeyd etməsi, afrikalılara orta bayrağını göstərməsi onu özünə idol seçən milyonlarla yeniyetmə futbolçunun ürəyinə xal saldı. Mənim də gözündən düşdü, başqalarının da. Bir daha anladım ki, yaxşı idmançı olmaq hələ yaxşı insan olmaq deyil. Təbii, mükəmməl olmağa borclu deyilsən. Amma saysız-hesabsız insanların sevgisini qazanmısansa, hərəkətlərinə çəki-düzən verməlisən. Axı səni örnək götürənlərə pis nümunə olursan.
Sonda dünya çempionatının gündəmini zəbt edən VAR sisteminə münasibətimi bildirim. Mühafizəkarlardan fərqli bu yeniliyin tərəfdarıyam. Bu sistem sayəsində neçə-neçə hakim səhvi, ədalətsizlik aradan qalxdı. Hə, oyunun tempinə zərbə vurur, vaxt itkisi yaranır. Məncə, bunun da qarşısını almaq olar. Onsuz da kabinetdə oturan hakimlər də peşəkardı və onların qərarına etibar etmək lazımdı. Baş hakim qulaqcığına deyilən “qoldu” və ya “qol deyil” qərarını icra etsin, vəssalam. Belədə matçın tempinə də xələl gəlməz.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:51 Yığmanın baş məşqçisi Avropa çempionatını şərh etdi Bu gün, 12:51 “Sinerji Qrup” velosiped idmanından da əlini çəkdi Bu gün, 12:49 Kintana Albaniyada oynaya bilməyəcək Bu gün, 12:39 “Məncə, Ramosla bağlı sual klub rəhbərliyinə ünvanlanmalıdı” Bu gün, 12:38 "Kukesi" mərhələləri keçmək təcrübəsi olan bir komandadı” Bu gün, 12:37 "İnter Arena"nın adı dəyişdi Bu gün, 12:35 Üç klubun iflası sosial “feysbuk”a çaxnaşma saldı Bu gün, 12:34 Kamran Quliyev arxayınlığın məğlubiyyətə səbəb olduğunu söylədi Bu gün, 12:27 Fiaskonun səbəbləri Bu gün, 12:23 “Qarabağ” kimi rəqiblə qarşılaşacağımıza hələ də inanmırıq” Bu gün, 12:19 Əcnəbi jurnalistlər komandalarımızı ələ salır Bu gün, 12:14 TRANSFER DOSYESİ Bu gün, 12:12 Türkiyə millisində çalışmış, 26 il vətəndən uzaq qalmış azərbaycanlı... Bu gün, 12:09 Araz karyerasını Avropada davam etdirəcək Bu gün, 12:08 Almeyda “Astana”da debüt etdi Bu gün, 12:06 Anar Salmanov rus hakimə 8,1 verdi Bu gün, 12:03 Zirə” Boluda ərəblərlə “sülh bağladı” Bu gün, 12:02 Hakimlərimiz qonaqları sevindirdi 21-07-2018, 13:42 Yalnız “Futbol+”də! 21-07-2018, 13:39 Voleybolçular Sloveniyaya yollandı 21-07-2018, 13:35 “İmarət”in şüarı “Maribor” azarkeşlərinin ürəyinə yağ kimi yayılıb 21-07-2018, 13:30 Heç kimə lazım olmayan qələbə... 21-07-2018, 13:24 Məcbur “azarkeşlər”, jurnalist biganəliyi, üzgün Vaqif... 21-07-2018, 13:21 Möcüzə baş vermədi 21-07-2018, 13:13 Qısa xəbərlər 21-07-2018, 12:34 “Sabah” AFFA-dan maliyyələşdiyini boynuna aldı 21-07-2018, 12:29 “Qarabağ”ın potensial 11 rəqibi 21-07-2018, 12:27 Başabəla albanlar: “Qarabağ” sindromu qırmalıdı 21-07-2018, 12:20 “Sumqayıt” “sülh”lə başladı 21-07-2018, 12:13 “Zirə”nin hazırlıq planı dəyişdi 21-07-2018, 12:11 "Səbail" "Sivasspor"la bacarmadı 21-07-2018, 12:08 “Reyncers”in futbolçusu “Traktorsazi”də 21-07-2018, 12:02 Fineo vətənə döndü 21-07-2018, 11:59 “Neftçi”ni Budapeştdə basdırdılar 21-07-2018, 11:46 “Uypeşt”in baş məşqçisi “Neftçi”yə təşəkkür etdi 20-07-2018, 13:58 Ramil Şeydayev qol vursa da... 20-07-2018, 13:51 AFFA idman jurnalistlərini çağırır 20-07-2018, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı 20-07-2018, 13:47 Futvolley turnirində böyük fırıldaq 20-07-2018, 13:44 Qolsuz, amma maraqlı gecə 20-07-2018, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! 20-07-2018, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi 20-07-2018, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı 20-07-2018, 13:03 “Zirə” də getdi 20-07-2018, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı 20-07-2018, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var 20-07-2018, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış Bütün xəbərlər
Ən çox oxunanlar