29 in 13:16Yazar

Dünyanın, yoxsa FİFA-nın çempionatı?

Günlərdi bu mövzuda yazmaq istəyirdim. Daha doğrusu, Nijni Novqorod şəhərində keçirilən İngiltərə - Panama qarşılaşmasından sonra fikrimi qətiləşdirdim. Yəqin ki, siz də 6:1 hesabıyla nəticələnən həmin oyunu izlədiz. Elədisə, mənim qənaətimi siz də bölüşərsiz. Söhbət heç də hesabın böyüklüyündən getmir. Bizim futbol funksionerlərinin tez-tez müraciət etdiyi oyunda Braziliya Almaniyaya daha böyük hesabla uduzmuşdu. Di gəl ki, bu oyunu futbol dünyası nadir baş verə biləcək qəza kimi qəbul etmişdi, rəzalətin tablosu kimi yox. Bəli, Panama buraxdığı 6 qoldan sonra ingilislərin qapı torunu silkələməsini böyük bayrama çevirdi. Tribunada yer alan fanatlar sevinclərindən atılıb-düşürdülər. Şübhə etmirəm ki, Şimali Amerikanın kiçik ölkəsində həmin vaxt böyük şadyanalıq yaşanırmış. Bir tərəfdən də yaxşıdı. Digər tərəfdən isə pisdi, özü də çox pis.
Mundialı, 4 ildən bir yaşanan futbol bayramını bu cür lağlağı obyektinə çevirmək olmaz. Dünya çempionatının iştirakçısı rəqiblərindən belə aşkar şəkildə zəif olmamalı, 1:6 hesabıyla uduzduğuna görə şükr etməməlidi. Panamanın qapısına cürbəcür formada 6 qol vuran ingilislər sakitləşməsəydi, baş məşqçi Qaret Sautqeyt növbəti oyunları nəzərə alaraq, əsas heyət üzvlərini əvəzləməsəydi, hesab arasında fərq daha biabırçı şəkildə olacaqdı. Dünya çempionatının bombardiri olmaq arzusu ilə alışıb-yanan Harri Keyni kim dayandıra bilərdi? O qollarını sıralayacaqdı, azarkeşlər də baxıb güləcəkdilər, ürəyi zəif olanlar da Panamanın halına acıyacaqdı. Onsuz da bizim azarkeşlər arasında zəifin yanında olmaq, onun dərdini bölüşmək hissi xeyli güclüdü. Azərbaycanlı futbolsevərlər eyni hisslərin əsirinə çevrilərək, mundial ərzində meydanda olduğu 270 dəqiqə ərzində anti-futbol elementləri sərgiləyən İran millisinin Ronaldolu Portuqaliyanı evə göndərməsini də arzulayırdılar. Bu yazıda sözümün canı başqadı. İranla Portuqaliyanı bir tərəfdə qoyaq, qayıdaq Panamaya.
O Panamaya ki, keçirdiyi iki oyunla dünya çempionatının səviyyəsinə heç də uyğun olmadığını hamıya göstərdi. Əvvəllər də belə hallara çox şahidlik etmişik. Rusların şərəfinə mahnı bəstələdiyi Yamaykanın Argentina qarşısında aciz qalması, 0:5 hesabıyla uduzması 20 il əvvəlki dünya çempionatında yaşanmışdı. Səudiyyə Ərəbistanı da artıq neçənci mundialdı ki, məhz Olimpiya Oyunlarının devizinə uyğun, yəni sırf iştirak etmək xətrinə dördilliyin ən böyük futbol turnirinə qatılır, adını nəhənglərlə bir sıraya yazdırır. Bu cür iştirak, gülüş obyektinə çevrilmək kimə lazımdı? Dünya çempionatında iştirak futbolun inkişafına töhfə verirsə, uzun illər boyunca elə Səudiyyə Ərəbistanında futbol niyə inkişaf etmir, ərəblərin hansısa futbolçusu niyə adından söz etdirməyi bacarmır? Bu cür cavabsız suallar kifayət qədərdi. Amma səsimiz-ünümüz FİFA-ya və Səudiyyə Ərəbistanına çatmır ki, onlardan cavab istəyək.
Panamanın 1:6 hesablı məğlubiyyəti uzun illərdi aktual olan bu mövzunu yenidən gündəmə gətirdi, yaraların qaysağını qopardı. Özü də təkcə Panama yox. Diqqət yetirdizsə, meydan sahibləri dünya çempionatının ilk iki oyununda fırtına kimi əsdi, ərəbləri Rusiyaya gəlməyinə peşman etdilər. Hər kəs bir andaca Stanislav Çerçesovu və onun komandasını tərifləməyə başladı. Sanki aylardan bəri qələbəyə həsrət qalan, qol vurmağa belə çətinlik çəkən komanda başqası imiş. İki qarşılaşmada 8 qol vuran ruslar bu göstəriciyə görə öyünməyə, göyün yeddinci qatında uçmağa başlamışdılar. Amma qarşılarına çıxan ilk ciddi rəqib, yəni Uruqvay hər şeyin heç də göründüyü kimi olmadığını göstərdi. Cənubi Amerika təmsilçisi İqor Akinfeyevin qoruduğu qapının torunu 3 dəfə silkələməklə rusları şirin yuxudan ayıltdı. Suares və komanda yoldaşları isbatladılar ki, dünya çempionatı futbolun zirvəsidi, burda təsadüfi qələbələr, zəif komandaların qapısına vurulan toplar ciddi göstərici sayıla bilməz.
Mən çox arzulayıram ki, FİFA rəsmiləri heç olmasa, İngiltərə - Panama qarşılaşmasından lazımı nəticələr çıxarsınlar. Papaq geyinənlər papaqlarını, panamanı sevənlər isə (sözün hər iki mənasında) panamasını qarşısına qoysun və ciddi-ciddi fikirləşsin. Dünya çempionatının nüfuzunu qorumaq lazımdı. Bura eksperimentlər, şou, pul qazanmaq yeri deyil. 32 komanda mundial üçün çoxdu. Reallıq bunu göstərir ki, hazırda dünyada bir-birinə layiqli rəqib olmağı bacaracaq, mundialda nəhənglərin pəncəsi altında əzilməyəcək komandaların sayı heç də bu qədər deyil. Gəlirlər artsın deyə 2026-cı ildə keçiriləcək dünya çempionatının iştirakçılarının sayını 48-ə çatdırmaq isə lap gülməli qərardı. Təsəvvür belə etmək istəmirəm ki, həmin çempionatda necə maraqsız oyunlar keçiriləcək, gülməli hesablar qeydə alınacaq.
FİFA gözümüzün önündə dünya çempionatını istismar edir, onu dünyanın əlindən alıb öz şəxsi maraqlarına, pul qazanmaq ehtirasına qurban verir. Biz isə AFFA-nı qınayırıq, “boz bina”da oturanları Azərbaycan futbolunun başına oyun açmaqda, şəxsi mənafelərinə görə maxinasiyalar etməkdə günahlandırırıq. Bəzən də AFFA-dan UEFA və FİFA-ya şikayət etməyi düşünürük. İndi görürsən ki, AFFA-nın da görüb-götürdükləri var imiş. Kimdən kimə şikayət edəsən?!
Buy Best Legal Steroids
9 Best Legal Anabolic Steroids For Sale

<a href="https://buylegalsteroid.club/#">Anabolic Steroids For Sale</a>
<a href="https://buylegalsteroid.us/#">Buy Anabolic Steroids Online</a>

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:51 Yığmanın baş məşqçisi Avropa çempionatını şərh etdi Bu gün, 12:51 “Sinerji Qrup” velosiped idmanından da əlini çəkdi Bu gün, 12:49 Kintana Albaniyada oynaya bilməyəcək Bu gün, 12:39 “Məncə, Ramosla bağlı sual klub rəhbərliyinə ünvanlanmalıdı” Bu gün, 12:38 "Kukesi" mərhələləri keçmək təcrübəsi olan bir komandadı” Bu gün, 12:37 "İnter Arena"nın adı dəyişdi Bu gün, 12:35 Üç klubun iflası sosial “feysbuk”a çaxnaşma saldı Bu gün, 12:34 Kamran Quliyev arxayınlığın məğlubiyyətə səbəb olduğunu söylədi Bu gün, 12:27 Fiaskonun səbəbləri Bu gün, 12:23 “Qarabağ” kimi rəqiblə qarşılaşacağımıza hələ də inanmırıq” Bu gün, 12:19 Əcnəbi jurnalistlər komandalarımızı ələ salır Bu gün, 12:14 TRANSFER DOSYESİ Bu gün, 12:12 Türkiyə millisində çalışmış, 26 il vətəndən uzaq qalmış azərbaycanlı... Bu gün, 12:09 Araz karyerasını Avropada davam etdirəcək Bu gün, 12:08 Almeyda “Astana”da debüt etdi Bu gün, 12:06 Anar Salmanov rus hakimə 8,1 verdi Bu gün, 12:03 Zirə” Boluda ərəblərlə “sülh bağladı” Bu gün, 12:02 Hakimlərimiz qonaqları sevindirdi 21-07-2018, 13:42 Yalnız “Futbol+”də! 21-07-2018, 13:39 Voleybolçular Sloveniyaya yollandı 21-07-2018, 13:35 “İmarət”in şüarı “Maribor” azarkeşlərinin ürəyinə yağ kimi yayılıb 21-07-2018, 13:30 Heç kimə lazım olmayan qələbə... 21-07-2018, 13:24 Məcbur “azarkeşlər”, jurnalist biganəliyi, üzgün Vaqif... 21-07-2018, 13:21 Möcüzə baş vermədi 21-07-2018, 13:13 Qısa xəbərlər 21-07-2018, 12:34 “Sabah” AFFA-dan maliyyələşdiyini boynuna aldı 21-07-2018, 12:29 “Qarabağ”ın potensial 11 rəqibi 21-07-2018, 12:27 Başabəla albanlar: “Qarabağ” sindromu qırmalıdı 21-07-2018, 12:20 “Sumqayıt” “sülh”lə başladı 21-07-2018, 12:13 “Zirə”nin hazırlıq planı dəyişdi 21-07-2018, 12:11 "Səbail" "Sivasspor"la bacarmadı 21-07-2018, 12:08 “Reyncers”in futbolçusu “Traktorsazi”də 21-07-2018, 12:02 Fineo vətənə döndü 21-07-2018, 11:59 “Neftçi”ni Budapeştdə basdırdılar 21-07-2018, 11:46 “Uypeşt”in baş məşqçisi “Neftçi”yə təşəkkür etdi 20-07-2018, 13:58 Ramil Şeydayev qol vursa da... 20-07-2018, 13:51 AFFA idman jurnalistlərini çağırır 20-07-2018, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı 20-07-2018, 13:47 Futvolley turnirində böyük fırıldaq 20-07-2018, 13:44 Qolsuz, amma maraqlı gecə 20-07-2018, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! 20-07-2018, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi 20-07-2018, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı 20-07-2018, 13:03 “Zirə” də getdi 20-07-2018, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı 20-07-2018, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var 20-07-2018, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış Bütün xəbərlər
Ən çox oxunanlar