22 in 14:07Yazar

Bəxti gözəl “Qarabağ”

Yenə iki cəbhəyə bölünmüşük. Bir çox başqa məsələlərdə beləyik, “Qarabağ”ın Çempionlar Liqasının təsnifat mərhələsində ilk rəqibi məlim olan kimi eynisi oldu. Nikbin olanların buna yetərincə əsasları var. Qarşı tərəf də “səngər”də yalın əllə dayanmayıb, özlərinə xeyli ciddi dəlil toplayıb, “silahlanıblar”. Əslində elə belə olması yaxşıdı. Demokratik cəmiyyət qurmağa, azad fikrə hörmət etməyə çalışırıqsa, bu cür müzakirələ də normal yanaşmalıyıq. Əsas odu ki, bu cür müzakirələr həqiqətin axtarıb tapılmasına, indiki halda “Qarabağ”ın rəqibinə qarşı düzgün köklənməsinə fayda versin.
Sözsüz ki, mənim də bu müzakirələrdə söylənəsi fikirlərim var. Ən azı illərimiz Azərbaycan futbolunun içində keçib. Prosesləri diqqətlə izləmişik, klublarımızın potensialına da yaxşı bələdik. Son 10 ildə öz real təsdiqini tapan xeyli proqnozun müəllifiyəm. Bunu da nəzərə alaraq özümdə təxminlərimi yazı halına salmaq, “Qarabağ”dan nə gözlədiyimi siz oxucularla payşalmaq zərurəti hiss etdim. İcazənizlə həmin fikirlərimi sizinlə bölüşüm.
Yaxşı yadımdadı, təxminən 6-7 il əvvəl “Qarabağ”ın avrokuboklardakı çıxışı, püşkün Ağdam təmsilçisinə rəqib etdiyi komandalarla bağlı bir yazım vardı. Həmin yazımın başlığı isə beləydi: “Qarabağ”ın bəxtinin rəngi”. O dövrlərdə digər klubların rəsmiləri və azarkeşləri çox qəribə məntiqlə çıxış edirdilər. İddia edirdilər ki, “Qarabağ”ın püşkdə bəxti gətirir. Onların komandalarının qarşısına çətin rəqiblər çıxır, “köhlən atlar”a isə asan rəqiblər qismət olur. Məhz bu fikir sahiblərinə görə bəxtin rəngindən yazmışdım. Bəxtin də rəngi olurmu? Bəli, “kor püşk” deyimi var. Həmin püşk qarşına nisbətən zəif rəqib də çıxara bilər, güclü də. Amma unutmaq lazım deyil ki, hansısa yarışa qatılarkən bütün rəqiblərlə qarşılaşmaq ehtimalını gözə almalısan, onlarla savaşdan qalib çıxmağa hazır olmalısan. Sloveniyanın paytaxtı Lyublyananı təmsil edən “Olimpiya” da indiki halda qarşılaşa biləcəyimiz rəqiblərdən biri idi və qismətimizə məhz onlar çıxdı.
Qorxmalıyıqmı? Əsla! Niyə qorxacağıq? Qorxan vaxtlarımızı çoxdan geridə qoymamışıqmı? Ləqəbi “əjdahalar” olan “Olimpiya” bizi yalnız öz ləqəbi ilə qorxuda bilər. Üstümüzə daha böyük əjdahalar gəlib, bizi qorxutmayıblar. Ehtiyat etmək, çəkinmək, rəqibə hörmətlə yanaşmaq futbolda vacibdi. Amma həmin ehtiyat da, çəkingənlik də, hörmət də müəyyən çərçivədə olmalıdı. Biz “Rudar”a, “Şerif”ə də hörmətlə yanaşmışıq. Onlarla qarşılaşarkən ilk oyunu qolsuz bərabərliklə bitirəndə də ümidimizi üzməmişik, “Qarabağ”ın mərhələni keçəcəyinə, avrokuboklardakı yürüşə davam edəcəyinə inanmışıq. Həmin inam da yolumuzu açıb. Bir dəfə yol Avropa Liqasının qrupuna, digərində isə qitənin ən nüfuzlu klub turniri sayılan Çempionlar Liqasının qrup mərhələsinin iştirakçıları sırasına qədər uzanıb. Bu dəfə də ilk oyunda bütün ehtimallara, bizim üçün xoş olmayan nəticələrə də hazır olmalıyıq. İyulun 10-dakı qarşılaşma ikihissəli tamaşanın yalnız ilk pərdəsidi. Mübarizə Bakıda bitəcək və sonluğun bizim üçün yaxşı olacağına da şübhəm yoxdu.
Cəmi bir neçə ay əvvəl elə həmin bu “Qarabağ” Çempionlar Liqasının qrupunda “Atletiko”, “Çelsi” və “Roma” kimi əjdahalara qarşı oynamırdımı? Romanın məşhur Olimpiya stadionunda Azərbaycan çempionu adlı-sanlı rəqibi qarşısında ayaqları əsmədən, qorxmadan, çəkinmədən mübarizə aparmışdı. Əsl döyüşçülər, qladiatorlar sayağı. Ötən müddət ərzində qlobal miqyasda nə dəyişib? Bəli, Dinonun getməsindən, Almeydanın “Qarabağ”dan ayrılmasından, Şehiçin “Qarabağ”ı “Ərzurumspor”a dəyişməsindən mən də xəbərdaram. Bu itkilər hər biri ciddi sayılmalı, bizi təəssüfləndirməlidi. Amma faciəvi heç nə baş verməyib. Mən şübhə etmirəm ki, bu futbolçular olmasa belə, “Qarabağ” “Olimpiya” səviyyəsində bir rəqibin öhdəsindən gələcək gücdədi.
Bəli, mən Ansi Aqollinin bir fikri ilə razyam ki, ölkəsinin çempionu olan və Çempionlar Liqasına qatılan hər bir rəqib təhlükəlidi, zəif sayıla bilməz. “Olimpiya” “Maribor”la eyni xal toplayıb və mayın 19-da əsas rəqibi səfərdə məğlub etməklə çempionluq yolunda böyük addım atıb. Bu vacib məqam Lyublyana təmsilçisinin əzmkarlığından, vacib oyunlara köklənə bilməsindən xəbər verir. Düzdü, “Olimpiya” vurduğu qolların sayına görə Sloveniyada birinci deyil. “Qarabağ”ın rəqibi “Maribor”dan savayı “Domjale”dən də az top vurub. 36 oyuna 61 qol vuran “Olimpiya”nın qol ortalaması 1,7-di. Müqayisə üçün bu göstəricinin “Qarabağ”da 1,3 olduğunu qeyd edim. Sloveniya çempionu intizamlı müdafiəsiylə də öyünə bilər. Mövsüm ərzində rəqibləri “Olimpiya”nın qapı torunu cəmi 17 dəfə silkələyə bilib. Lyublyana təmsilçisi çox nadir hallarda qapısından birdən artıq top buraxır. Sözsüz ki, bu göstəricinin qeydə alınmasında Sloveniya çempionatının da səviyyəsi rol oynayıb və Çempionlar Liqasında da eyni seriyanın davam edəcəyini demək mümkünsüzdü. İndiyə qədər avrokuboklarda cəmi 18 oyun keçirən və bu qarşılaşmaların yalnız üçdəbirində qələbə qazanan rəqibin təcrübəsi “Qarabağ”la müqayisə oluna bilməz. “Olimpiya”nın qapısının qıfılını qırmaq, “əjdahalar”ı yolumuzdan kənarlaşdırmaq heç də mümkünsüz vəzifə deyil.
“Qarabağ” dişiylə, dırnağıyla, min bir əziyyətlə özünə Avropada yetərincə imic toplayıb, layiq olduğu zirvələrə yüksəlib. Bu tarixi unutmayaq və özümüzü bədbin fikirlərin ağuşuna atmayaq. Toparlanmaq, formaya düşmək üçün vaxt az olsa da, aparıcı üzvlərin bəziləri komandanı tərk etsə də, “Qarabağ” yenə “Olimpiya”dan güclüdü. Narahat olmağa, bəxtdən şikayətlənməyə dəyməz. Hər şey yaxşı olacaq!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar