15 in 13:53Yazar

Bizim küçəmizdəki bayram

Həmkarımız Elnur Əşrəfoğlunun əməlli-başlı arxivi var imiş. Sağ olsun, bizi də o “qızıl arxiv”inin sayəsində ötən günlərə qaytarır, keçmişi xatırladır. Baxırıq ki, neçə-neçə tarixi olaya, unudulmaz qarşılaşmalara şahidlik etmişik. Bu tarixlərin hər birində də meydandan kənarda başıma hansısa hadisə gəlib və həminki günə daha bir çalar əlavə edib. Elnur bəyin arxivindəki həmin videoları izlədikcə bir şeyə də təəssüflənirəm. Ona təəssüflənirəm ki, belə bir istedad sahibi sonradan mikrofon və kameranı buraxdı. Siz də bilirsiz ki, Elnur bəy 5-6 il əvvəl televiziyonçuluğun daşını atıb, məmur olmağa üstünlük verdi. Bir müddət “Neftçi”də çalışdı. Daha sonra isə Cüdo Federasiyasında əmək fəaliyyətini davam etdirməyə başladı. Hələ də ordadı. Ara-sıra maraqlı açıqlamarı və bizi keçmişə qaytaran videoları ilə özünü göstərir.
Bir neçə dəfə özüm də xatirələrimə toxunmuşam. Elnurun paylaşdığı videolara baxdıqca isə həmin qarşılaşmalar bir kino lenti kimi gözlərimin önündən keçir. Necə böyük ümidlə, tükənmək bilməyən həvəslə stadiona gedirdik. Dönər yeməyə, şirin su içməyə pul tapmasaq da, stadiona getməyə və ordan bilet almağa, yaxud da polislərə “hörmət etməyə” mütləq pulumuz olardı. Bunun adına boğazdan kəsmək deyilərdi. Biz futbolumuz və milli komandamız üçün boğazımızdan kəsməyə hazır idik. Təki vətəndaşlıq və azarkeşlik borcumuzu yerinə yetirək, Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunun taxtalı-betonlu tribunalarında bizi gözləyən yerimizi tutaq. Milli komandamızı təmənnasız sevirdik. Bizim üçün dünyanın ən güclü qapıçıları Aleksandr Jidkovla Dmitrki Kramarenko idi. Sonralar Elxan Həsənovu da onların sırasına əlavə etmişdik. Yunis Hüseynovdan, Emin Ağayevdən, Rasim Abuşovdan, Tərlan Əhmədovdan etibarlı müdafiəçi ola bilərdimi? Heç vaxt! Bizə elə gəlirdi ki, onların olduğu müdafiə xəttini rəqib adi vəziyyətdə yara bilməz, Jidkovun dayandığı qapıya elə-belə qol vura bilməzdi. Ya hakim hansısa xırda qayda pozuntusuna göz yummalıydı, ya da bəxt bizdən üz döndərməli, vacib məqamda bizimkilərdən hansınınsa ayağı büdrəməli idi. Hə, bir də ən bəlalı yerimizi deyim. Bizimkilər 90 dəqiqə eyni səviyyədə oynaya bilmirdi. İlk 45 dəqiqəni yaxşı keçirirdik, 60-cı dəqiqəyə qədər birtəhər dözərdik. Ondan sonra isə millimizin üzvlərinin nəfəsi çatmazdı, sürətləri azalar, ayaqları ağırlaşardı. Hətta elə olurdu ki, bizimkilər nəinki rəqibin futbolçusuna, heç öz komanda yoldaşının ötürdüyü topa da çata bilmirdi...
Bəli, biz o cür düşünürdük. Vidadi Rzayevdən, Vəli Qasımovdan, Nazim Süleymanovdan, Vyaçeslav Lıçkindən, Samir Ələkbərovdan yaxşısının olduğunu, ola biləcəyini qəbul etmirdik. İndiyə kimi yadımdadı, millimiz 1998-ci ilin oktyabrında Bakıda Macarıstanla qarşılaşırdı. Yeri gəlmişkən, Əşrəfoğlu bu yaxınlarda həmin oyunun da qısa icmalını sosial şəbəkələrdə paylaşmışdı. Həmin oyunda Vaqif Sadıqov Vəli Qasımovu ehtiyatda saxlamışdı. Bu isə hamımızın narazılığına səbəb olmuşdu. Onu qınayırdılar. Deyirdilər ki, Qasımov o boyda İspaniyada, Portuqaliyada oynayır, qolla vurur. Burda isə Vəlini oynatmırlar. İkinci hissənin ortalarında macarlar qapımıza qolları sıralayırdı. Millimizin futbolçuları aciz uşaqlar kimi görünürdülər. Hamı bir ağızdan “Vəli, Vəli” qışqırmağa başladı. Vaqif Sadıqov da Vəlini yanına çağırdı. Bütün məşqçilərin etdiyi kimi onun qulağına “sehirli sözlər” pıçıldadı, əlini də kürəyinə vurub, Qasımovu döyüşə atdı. Elşən Qəmbərovun əvəzinə meydana girən Vəlinin təkbaşına macarların başını döndərəcəyini, onları arxasınca sürüyəcəyini, buraxdığımız qolların əvəzini çıxacağını düşünürdük. Vəli isə meydandakı 22 nəfərin arasında itib-batdı. Cəmi bir dəfə macarların məşhur qapıçısı Qabor Kiralini məyus etməyə yaxın oldu. Onda da Vəlinin zərbəsindən sonra top qapının üstündən “uçdu”. Dərhal da Vaqif Sadıqov üzünü tribunalara çevirdi və əllərini bir-birinə vurdu. Yəni ki, bu da sizin adını qışqırdığınız Vəli.
Təxminən 20 il keçib. Bizim isə nəinki yeni Vəlimiz yoxdu, heç onun yarı səviyyəsinə yaxın futbolçu da yetişdirə bilməmişik. Millimiz də uduzmağa davam edir. 20 il əvvəl biz inanırdıq ki, çox tezliklə milli komandamız problemləri geridə qoyacaq və böyük turnirlərdən birinin final mərhələsində üçrəngli bayrağımız dalğalanacaq, himnimiz səslənəcək. Biz də yenə də dönər yeməyib, şirin su içməyəcəyik, amma yığmamızın oyununa baxmağa mütləq pul tapacağıq.
Arzumuz hələ də çin olmayıb. Dünya çempionatı isə artıq sərhədlərimizə kimi gəlib. Maşınla 5-6 saat yol getməyimiz belə kifayətdi ki, mundial həyəcanını stadionda yaşayaq. Millimiz kimi bizə də bu qismət olmadı. Amma ümidimizi üzməmişik. Şahin Diniyev demişkən, bir gün bizim də küçəmizdə bayram olacaq. Hələlik isə qapımızın ağzına qədər gəlmiş dünya çempionatının həzzini yaşayaq. Televizordan olsa da. Böyük futbol bayramımız mübarək olsun!
How To Buy Legal Steroids
8 Best Legal Anabolic Steroids For Sale

https://buysteroidsca.com/#

Shop For The Best Legal Steroids Online
How To Buy Legal Steroids

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? 17-03-2019, 14:28 “Xəzər Lənkəran” uduzdu: 9 min manatımızı verin! 17-03-2019, 14:26 Samir Əliyev ərəblərlə oyunlar üçün heyəti açıqladı 17-03-2019, 14:24 Qurbanovlar bir-birini sevindirdi 17-03-2019, 14:03 “Qarabağ” penalti qolu ilə sevindi 17-03-2019, 14:01 Qaxda da mükafatçılar müəyyənləşdi 17-03-2019, 13:56 "Zirə" şərikini udub, başqasına şərik oldu 17-03-2019, 13:54 Zirvədə ikihakimiyyətlik yarandı 17-03-2019, 13:53 Uğursuzlar qalibi müəyyənləşdirə bilmədilər 17-03-2019, 13:51 Şeydayev gündə beş dəfə namaz qılır 17-03-2019, 13:48 İcraiyyə Komitəsinin üzvləri yığmaya uğur arzuladı 17-03-2019, 13:43 “Traktorsazi” zirvəyə yüksəldi 17-03-2019, 13:41 Böyükağa Hacıyev bir ildən sonra sükutu pozdu 17-03-2019, 13:35 Turnir cədvəlində yerdəyişmə olmadı 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:33 Gürcülərə uduzdular 17-03-2019, 13:31 Balayevli “Tobol”dan ardıcıl ikinci qələbə 14-03-2019, 23:12 "Ağsu" paytaxtda sürpriz gerçəkləşdirdi 14-03-2019, 23:10 Klublar Komitəsi PFL-ə məktub göndərəcək 14-03-2019, 23:08 Yurçeviç sürprizlərlə zəngin siyahı açıqladı 14-03-2019, 23:07 “CBC Sport”un iclasında günahkarlara irad bildirilib 14-03-2019, 23:06 “Bürünc “Neftçi”nin daha bir üzvü yubileyini qeyd etdi 14-03-2019, 23:04 Stuxlik özü müəyyənləşdirdiyi tələbləri pozdu 14-03-2019, 23:01 Elxan Məmmədov və PFL rəsmiləri KK-nın iclasına qatıldı 14-03-2019, 22:56 İntizam Komitəsi “Sumqayıt”ı baş məşqçisiz və qapıçısız qoydu 14-03-2019, 22:55 Koçuk Fransa və Türkiyə ilə oyunlara dəvət aldı 14-03-2019, 22:53 “Bakcell Arena”da yalnız qələbə üçün döyüşəcəklər 14-03-2019, 22:50 Elnurla Nazim “Dauqavpils”ə lazım olmadı 14-03-2019, 22:49 Litva 23 futbolçu ilə gəlir 14-03-2019, 22:47 EFA azərbaycanlı uşaqları Avropa üçün hazırlayır 14-03-2019, 22:41 “Sumqayıt” Zakir Mahmudovu işlə təmin etdi 14-03-2019, 22:40 “Qəbələ” ölkəmizi Çempionlar Liqasında təmsil edəcək 14-03-2019, 22:38 Tur sabah başlayıb 10 gün sonra bitəcək 14-03-2019, 22:37 U-19 ADBTİA ilə bacarmadı 14-03-2019, 22:36 Ağatahir Əzimov hamıdan narazıdı 14-03-2019, 22:34 Mustivar Kuba ilə oyuna çağırıldı 14-03-2019, 22:32 Aqolli vida müsahibəsini verib, bəndənizdən şübhələndi 13-03-2019, 12:58 Turun statistikası 13-03-2019, 12:55 Turun məşqçisi 13-03-2019, 12:55 Turdan məqamlar 13-03-2019, 12:52 Yığmanın heyəti açıqlandı 13-03-2019, 12:50 İlham Əliyev Avroliqanın finalı ilə bağlı sərəncam imzaladı 13-03-2019, 12:48 Nikola Yurçevçin siyahısında kimlər yer alacaq? 13-03-2019, 12:46 “Zirə” – “Keşlə” matçını PFL yayınlayacaq 13-03-2019, 12:45 “Atromitos” Əliyarın idarəçiliyindən narazı qaldı 13-03-2019, 12:41 Rövşən Əhmədov oğlunun idarə etdiyi oyunu izləməyib 13-03-2019, 12:40 “Qəbələ”nin məşqçisinə “Tərəqqi” medalı verildi 13-03-2019, 12:39 İlk “3-lük”də dəyişiklik 13-03-2019, 12:37 AÇ üçün 14 nəfərlik heyət 13-03-2019, 12:36 Medvedev Hüseynov qardaşlarını qabaqladı 13-03-2019, 12:34 Turnirdə ikinci məğlubiyyət 13-03-2019, 12:32 “Sabah”lıların hərəsi uğursuzluğa bir səbəb göstərdi Bütün xəbərlər
Ən çox oxunanlar