14 in 00:16Yazar

Bizdən niyə qaçırlar?

“Qarabağ”ın ölkə çempionatında və avrokuboklarda qazandığı uğurlar, yazılan tarix heç bir halda inkar edilə bilməz. Hələ bir az da iddialı olub, yaxın illər ərzində bu uğurların heç bir komanda tərəfindən təkrarlanmayacağını da demək mümkündü. Ardıcıl beş il çempion olmaq, Avropa Liqasının qrup mərhələsinin daimi iştirakçılarından birinə çevrilmək, daha sonra isə dünyanın ən nüfuzlu klub turnirinin – Çempionlar Liqasının qrupuna yüksəlmək asan iş deyil. Bu uğurlara “Qarabağ” bir ay, yaxud da bir mövsüm ərində imza atmadı. Zirvəyə gedən yol xeyli enişli-yoxuşlu alındı. Qurban Qurbanov da “Qarabağ”la birlikdə bərkə-boşa düşdü, möhkəmləndi, öyrəndi və öyrətdi. Sonda da ortaya belə bir möhtəşəm əsər çıxardı. Elə bir əsər ki, təkcə futbol meydanlarında yox, ondan kənarda da sevildi. Azərbaycan həqiqətlərinin carçısına, işğal altında inləyən vətən torpaqlarının harayçısına çevrildi.
Futbolumuzu qarğımıram, nə də digər klublarda aparılan işlərə kölgə salmaq niyyətim yoxdu. Amma faktı da danmaq olmaz. Bu gün Azərbaycan futbolunun, klublarımızın maddi durumu da, idarəçilikdəki problemlər də bizi pessimistliyə doğru istiqamətləndirir. Rəqabətdən yoxsun çempionatımızın problemləri başdan aşır. Həmin problemlərdən çıxış yolları isə təəssüf ki, axtarılmır, vəziyyəti müsbətə dəyişmək üçün heç bir ciddi addım atılmır. Nəticədə isə “Qarabağ”ın özünün səviyyəsini qoruması belə müşkül məsələyə, çətin tapşırığa çevrilib. Yəni hazırkı vəziyyət tərs məntiqdən xəbər verir. Rəqibləri “Qarabağ”ın səviyyəsinə yüksələ bilmirlər, nəticədə Azərbaycan çempionatı bir aktyorun teatrına çevrilir, mübarizənin gərginliyi, dadı-duzu qalmır. Belədə “Qarabağ” zəifləməyə, rəqiblərinin səviyyəsinə enməyə başlayır. Bugünkü görünrü ondan xəbər verir. Gedənlərin əvəzinə gələnlərin olacağı, “Qarabağ”ın yararsız futbolçulardan “təmizləndiyi” deyilsə də, həqiqəti bilməyən yoxdu. Həqiqət isə odu ki, “Qarabağ”ı əvvəlki səviyyədə saxlamaq artıq çox çətindi. Səviyyəli əcnəbi futbolçular təkcə pul qazanmaq və avrokuboklarda çıxış etmək xatirinə Azərbaycan çempionatında gün keçirməyə, ayaqlarını sürüməyə razılıq vermirlər.
Son illərdə “Qarabağ” təkcə qazandığı uğurlarına görə azarkeşlərin sevimlisinə çevrilməyib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivi azarkeşlərə sevdirən əsas cəhətlərdən biri də legioner seçimi olub. “Qarabağ”a gələn əcnəbilərin əksəriyyəti kluba sədaqəti ilə fərqlənib. Onlar uzun müddət Ağdam təmsilçisinin formasını geyib, komandanın uğurları üçün ürəklərini meydanda qoyublar. Biz adət etmişdik ki, “Qarabağ”dan gedənlər Qurban Qurbanovun gözündən düşənlər, yaxud da komandanın oyun sxeminə uyğun gəlməyənlər olsun. Ona görə də qışda Dino Ndlovu Azərbaycanı tərk edəndə xeyli təəccüblənmişdik. Baxmayaraq ki, afrikalı hücumçu Çinə gedişiylə “Qarabağ”a pul da qazandırmışdı. Özü də “köhlən atlar”ın Çempionlar Liqasının qrupuna yüksəlməsində həlledici olan qolun müəllifi idi. Amma bir andaca ona münasibət dəyişdi, qınaqlar səsləndi. Sonradan başa düşdük ki, günah təkcə Ndlovuda deyilmiş. Bu səviyyədə olan legionerlər üçün Azərbaycanda oynamaq artıq cəlbedici deyil, onlar burdan qaçmağa çalışırlar. Doğma klubdan, Qurban Qurbanov kimi mütəxəssislə işbirlilyindən imtina etmək nə qədər çətin olsa da, buna razılaşırlar.
Ndlovunun gedişini bir kənara qoyaq. Bir halda ki, Şehiçlə Almeyda da “Qarabağ”dan getməyə qərar verdilər, deməli, problem düşündüyümüzdən də ciddidi. Riçard 2012-ci ildən “Qarabağ”da idi, Şehiç isə ondan bir il sonra “köhlən atlar”ın sırasına qoşulmuşdu. Biri 6, digəri 5 il Azərbaycanda oynadı. “Qarabağ” azarkeşlərinə yetərincə sevincli anlar yaşatdılar. Düzdü, onlardan Totti kimi sədaqətli olmaq, karyeralarının sonuna qədər “Qarabağ”da çıxış etməyi tələb etmək olmazdı. Heç bura gələndə də ömürlük müqaviləyə imza atmaq həvəsiylə gəlməmişdilər. Bununla belə, qəlbimizin dərinliklərində bin inciklik hissi də olmamış deyil. Çünki biz Şehiçlə Almeydanın “Qarabağ”ı daha yaxşı kluba getmək müqabilində tərk edə biləcəklərini düşünürdük. Son mövsümdə bu iki futbolçunun “Qarabağ”la birlikdə Çempionlar Liqasının qrupda oynaması onlara qarşı tələbkarlığımızı daha da artırmışdı. Hesablarımıza görə onlara Avropanın adlı-sanlı klubları “elçi düşməliydi”. Amma bizim saydığımızla fələyin saydığı bu dəfə də üst-üstə düşmədi.
Öz aləmimizdə İtaliyanın A seriyasına, uzun fasilədən sonra elitaya dönən “Parma”ya yola saldığımız Şehiç bu gün İstanbula gəlməli və yeni klubu ilə əl sıxışmalıdı. Onun yeni klubu bu şəhərin nəhənglərindən heç biri deyil, Superliqaya bu il yüksələn “Ərzurumspor”du. Rəhmətlik Ruslan Abdullayevin çalışdırdığı, Vidadi Rzayevlə Nadir Şükürovun da formasını geydiyi Ərzurum təmsilçisi elitada yerini qorumaq üçün çox əziyyət çəkməli olacaq. Şehiç də bu işdə onlara yardımçı olmağa çalışacaq. Olsun, nə deyirik ki. Bizə qalan İbrahimə uğur arzulamaqdı.
Amma bir arzumuz da var. O da Almeyda ilə bağlıdı. Hazırda vətəni Braziliyada istirahət edən Riçardın daha səviyyəli, adlı-sanlı kluba keçməsini arzulayırıq. Bizi pərt etmə, Riçi. Sizi “Qarabağ”dan bu arzularla yola salmamışıq axı. Yığmamızın üzvü kimi sənin karyerana görə daha çox həyəcan keçiririk. Ümid edirik ki, bir gün Bakıda qarşılacağıq və “legionerlər bizdən niyə qaçır” sualına səndən də cavab istəyəcəyik.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar