19 fev 12:05Yazar

Tuyqun Nadirovun yeri məlum

“Xəzər Lənkəran”ın yerinin Azərbaycan çempionatında boş qalması haqda dəfələrlə deyilib. Bunu deyən təkcə lənkəranlı azarkeşlər deyil. Elə bu yaxınlarda “xalq komandası”na könül verən ən fəal azarkeşlərinin toplaşdığı “Forza Neftçi”nin üzvləri də eyni cür etirafı dilə gətirmişdilər. Bu boşluq mətbuat üçün də, rəqib klublar üçün də, elə AFFA və PFL-in özü üçün də ciddi mənada hiss edilir. Həftəsonu keçiriləcək “Qəbələ” – “Qarabağ” qarşılaşması ərəfəsində yaranmağa başlayan ajiotaj da bizi müəyyən mənada keçmişə qaytardı, “böyük oyun”ların xiffətini çəkmiş kimi olduq. Amma etiraf etmək lazımdı ki, Avropada özünə ad-san qazanmış “Qarabağ”la “Qəbələ”nin rəqabəti o ləzzəti vermir. “Neftçi” ilə “Xəzər Lənkəran”ın çəkişməsi, azarkeşlərin tribunalarda yaratdığı ab-hava, Mirça Rednikin nənəsini xatırlaması, Böyükağa Hacıyevin onun nənəsinə qarşı öz babasını yad etməsi ayrı aləm idi, dostlar. Bəlkə də, illər dəyişib, ümumi Azərbaycan futbolu artıq yeni tənəzzülə qədəm qoyub, premyer-liqada rəqabət azalıb deyə bu belədi. Amma səbəbi nə olur-olsun, nəticə dəyişmir. Özü də “Neftçi”nin dirçəlməyə başladığı indiyi günlərdə “Xəzər Lənkəran”ın yoxluğu daha çox yada düşür. Ümid edək, yaxşısını arzulayaq. Kim bilir, bəlkə də gedişi kimi, gəlişi də gözlənilməz olacaq, gələn mövsümün püşkatma mərasimində “Xəzər Lənkəran” rəsmilərinin də iştirakını görəcəyik. Özü də əvvəlki kimi iddialı və təkəbbürlü. Onda Azərbaycan premyer-liqası bir ayrı aləm olar. Bir tərəfdə “Qarabağ”la “Qəbələ”nin ənənəyə çevrilməyə başlayan çəkişməsi, digər yandan da “Neftçi”ylə “Xəzər Lənkəran”ın tarixi rəqabəti. Daha nə istəyirik?
Keçmişə boylanmağım, sizi də nostalgiyaya salmağım səbəbsiz deyil. Hər toplantısını böyük səbrsizliklə gözlədiyim, dünya futbolunda analoqu olmayan quruma çevrilmiş Klublar Komitəsinin növbəti iclasından sonra mən “Xəzər Lənkəran”ın, daha doğrusu, onun vitse-prezidenti Tuyqun Nadirovun xiffətini çəkdim. Sizin də yadınızda olar, birvaxtlar klub rəhbərliyi “Xəzər Lənkəran”ın ev oyunlarının “İdman Azərbaycan” telekanalı vasitəsiylə göstərilməsinə qəti şəkildə qadağa qoymuşdu. Tuyqun Nadirov bildirirdi ki, “Xəzər Lənkəran”ın keçirdiyi oyunların görüntüsü onların klubuna məxsus məhsuldu və onlar da həmin məhsulu pulsuz vermək fikrində deyillər. Peşəkar baxımdan yanaşanda kifayət qədər məntiqli və doğru mövqe idi. Və buna həm “İdman Azərbaycan” tərəfi, həm də AFFA və PFL normal yanaşdı, kimsə klubla mübahisəni dərinləşdirmədi.
Ötən çempionatın əvvəlində “CBC Sport” yaradıldı və bu telekanalın ayaqda qalması üçün SOCAR-ın büdcəsindən əhəmiyyətli miqdarda pul ayırdılar. Deyilirdi ki, yeni idman kanalı Azərbaycan teleməkanına təzə dəb gətirərək premyer-liqanın yayın hüququnu 700 min manata alıb və həmin məbləğdən klubların hərəsinə 70 min manat veriləcək. Sonradan da bu məbləği cərimələrə, rüsumlara tutdular. Klublar heç qara qəpiyin də üzünü görmədi. AFFA-nın baş katibi Elxan Məmmədov 2015-ci ilin avqustunda, Qəbələdəki stadionda jurnalistlərə bu məsələ ilə bağlı danışarkən belə demişdi: “Premyer-liqanın 12 kamera ilə çəkilişi və 3 oyunun efirə verilməsi sevindirici haldı. Ancaq əvvəllər bu yox idi. Gələcəkdə divizionun, əvəzedicilərin, U-19-un və digər çempionatların da oyunları yayınlanacaq. “CBC Sport” istəyirsə, AFFA və PFL gələcək mövsümdə də yayın hüququnu onlara versin, özlərini sübut etməlidirlər”. İndiki real durum necədi? “CBC Sport” qarşılaşmaları 12 kamera ilə çəkmir, bir çox mübahisəli epizodları kanalın təqdim etdiyi görüntülərdən tam qiymətləndirmək isə, ümumiyyətlə, mümkün deyil. Ya rakurs doğru olmur, ya da görüntünün keyfiyyəti aşağıdı. Aşağı divizionun oyunları nadir hallarda ekranlara gətirilir. Əvəzedicilərdən və AFFA-nın bayrağı altında keçirilən digər çempionatlardan isə heç danışmağa dəyməz. Deməli, Elxan bəyin arzuları doğrulmadı, telekanal rəhbərliyi ona verdiyi sözü tutmadı. Kanal rəhbəri də kimdi? Düz tapdız, cənab Məmmədovun Türkiyədən dəvət etdiyi Volkan Üst. Belədə Volkan bəyin də AFFA-nın baş katibindən ayrı, özbaşına qərar vermədiyi də məlum məsələdi. Bütün bunlar bir tərəfə, Klublar Komitəsinin sonuncu iclasından sonra nəhayət ki, aylardan bəri vurğuladığımız bir məqam təsdiqini tapdı. Yeni mövsümdən premyer-liqanın yayın hüququ “CBC Sport”a pulsuz-parasız verilib. Bu həm də o deməkdi ki, klubların yayından pul qazanacağı ilə bağlı söylənilən nağıllar da unudulub. Acı həqiqəti mən və məni oxuyub inanan dəyərli oxucular çoxdan bilirdi. Sadəcə, rəsmi etiraf KK-nın sədrinin dilindən də eşidildi. Elxan Məmmədovun yaxın dostu olduğu üçün futbol təsərrüfatında sürətli irəliləmiş Kamran Quliyev özü dediyi kimi, “hələ bu məsələnin axırına çıxmayıb”. Allah sizi bəd nəzərdən qorusun, Kamran bəy, mövsümün sonuna ayyarım qalıb. Daha hamı hər şeyi bilir, siz nəyin axrına çıxacaqsız? Siz hansısa qərarı müstəqil qəbul edə bilərsizmi ki, məsələnin də axırına çıxasız?
Bax, bu yerdə mən Tuyqun Nadirovu xatırladım, “onun yeri məlum” dedim. Görəsən, cənab Nadirov 70 min manatı almasa, “CBC Sport”u “Fırtınalar meydanı”na buraxardı? Gün o gün olsun, “Xəzər Lənkəran” elitaya qayıtsın, biz də bu sualımıza cavab tapaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
28-04-2017, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? 28-04-2017, 21:16 Klublar bonus nəzərdə tutmayıb 28-04-2017, 21:15 AFFA-nın UEFA-dan qonaqları var 28-04-2017, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib 28-04-2017, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib 28-04-2017, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub 28-04-2017, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü 28-04-2017, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? 28-04-2017, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq 28-04-2017, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib 28-04-2017, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi 28-04-2017, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu 28-04-2017, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı 28-04-2017, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi 28-04-2017, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub 28-04-2017, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq 28-04-2017, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq 28-04-2017, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib 28-04-2017, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir 28-04-2017, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb 28-04-2017, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi 28-04-2017, 19:54 AMADA-nın binası istifadəyə verildi 28-04-2017, 19:53 İslamiada xəbərləri 28-04-2017, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib 28-04-2017, 19:46 Şəmkirlilər evdə qələbə qazandı 28-04-2017, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq 28-04-2017, 19:44 Millimiz Sloveniyaya yollandı 28-04-2017, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri 27-04-2017, 17:51 Şəhriyar liderliyini davam etdirir 27-04-2017, 17:49 Yaşar Vahabzadə yekun qərarını 29-dan sonraya saxladı 27-04-2017, 17:48 Misir Əbilovun komandası Mingəçevirdə qoçuluq edib 27-04-2017, 17:47 Şimali İrlandiya ilə “Tofiq Bəhramov”da qarşılaşacağıq 27-04-2017, 17:38 PFL “İnter”ə “Qarabağ” və “Qəbələ”dən az medal verdi 27-04-2017, 17:35 Premyer-liqanın bombardiri kim olacaq? 27-04-2017, 15:59 İlk oyunda məğlubiyyət 27-04-2017, 15:58 Mövsümün ən az qol vurulan turu 27-04-2017, 15:49 İlk altı çempionatla bağlı əcaib mənzərə 27-04-2017, 15:47 “Qəbələ” Tiflisdə 6-cı oldu 27-04-2017, 15:45 FİFA referiləri İslamiadada! 27-04-2017, 15:39 “Gümüş”lə “bürünc”ün taleyi qərbdə həll olunur 27-04-2017, 15:38 İntizam Komitəsi “Neftçi”nin məğlubiyyətini rəsmiləşdirdi 27-04-2017, 15:36 TURUN MƏŞQÇİSİ 27-04-2017, 15:35 TURUN SİTATI 27-04-2017, 15:33 TURUN OYUNÇUSU 27-04-2017, 15:32 HAKİMLƏRİN MÜHAKİMƏSİ 27-04-2017, 15:31 Xaqani Məmmədovun köməkçisi qovuldu 27-04-2017, 15:29 Maşallah Əhmədovla bağlı DGK-ya sorğu göndərilib 27-04-2017, 15:28 “İnter”lilər mayın 10-na qədər gözləyəcək 27-04-2017, 15:27 “Neftçi”yə yeni rəis gəlir 27-04-2017, 15:25 “Neftçi” rəhbərliyi məşqçilər korpusunu cərimələdi 27-04-2017, 15:23 “Forza Neftçi” qərarını verdi 27-04-2017, 15:20 Teymur Rəcəbov Olimpiadadakı uğursuzluqdan danışdı 27-04-2017, 15:18 Şəhriyar Məmmədyarov Rusiya klubuna keçib 27-04-2017, 15:16 Yunanıstana geniş heyətlə 27-04-2017, 15:12 Pevtsov iki pillə irəlilədi 27-04-2017, 15:11 Ən güclü boksçular müəyyənləşdi Bütün xəbərlər
Ən çox oxunanlar