10 in 12:50Yazar

Çətinliyi sevən adam

Nazim Süleymanovu hamımız yaxşı tanıyırıq. Onun haqqında əlavə nəsə deməyə, fərqli təqdimat üsulu tapmağa çətinlik çəkirəm. Azərbaycan millisinin ilk kapitanı, millimizin həm rəsmi, həm də qeyri-rəsmi oyunlarda vurduğu ilk qolun müəllifidi. Ölkəmizdən kənarda əsas heyət üzvü kimi oynayaraq, komandasının aparıcı üzvlərindən biri olaraq qızıl medal qazanan yeganə futbolçudu. Onun 50 illik yubileyi şərəfinə Şimali Osetiyanın paytaxtı Vladiqafqazda keçirilən qarşılaşmanı da canlı izləmişəm. Oyundan bir gün əvvəl, oyun zamanı və ondan sonra görmüşəm ki, Süleymanovu osetinlər necə çox sevirlər, ona necə hörmət edirlər. Nazim Süleymanovun adı təkcə dükan və mağazalarda, kafelərdə bizə olan münasibəti dəyişmirdi. Sərhəd-keçid məntəqəsindən üzü Vladiqafqaza qədər bütün postlarda qapıların üzümüzə taybatay açılmasına səbəb olur, zəhmli polis və əsgərlərin üz ifadəsini dəyişirdi. Həmin tarixi səfərdən sonra Nazim Süleymanov mənim gözümdə daha da böyüdü.
Düzdü, onun Azərbaycandan xaricdə necə sevildiyini hələ 2007-ci ildə Almatıda görmək mənə qismət olmuşdu. Millimizin seleksiyaçı-məşqçisi kimi Almatıya gəlmişdi və qazaxların bədnam qonşularımızla oyununu izləyirdi. Bakıdan mühüm tapşırıq almışdım, çox hörmətli Mahir Rüstəmli günorta saatlarında zəng vurub “Süleymanovu mütləq tapmalısan, axşam gözdə-qulaqda ol” demişdi. Tapşırığına əməl etdim və nəticəsini də gördüm. Ayaqüstü söhbətləşmiş, Nazim bəyin yerləşdiyi “Ayser” otelində yenidən görüşmək üçün vədələşmişdik. Təyin olunan vaxtda “Ayser”ə qədəm basıb, otel əməkdaşlarına yaxınlaşıb, gəlişimin məqsədini deyəndə onlardan maraqlı cavam eşitmişdim: “Siz də azərbaycanlı çempionu görməyə gəlmisiz? Dünəndən “Kayrat”ın bütün veteranları otelimizə gəlirlər, Süleymanovu görmək istəyən çoxdu”. Nazim Süleymanovu Almatıda da tanıyırdılar və sevirdilər. Həmin vaxt qürbətdə yaşayan bir azərbaycanlı üçün bunu bilmək böyük xoşbəxtlik, qürur mənbəyi idi.
Keçmişlə bağlı çox danışmayım, girişdə qeyd etdiyim kimi hamı onu yaxşı tanıyır. Artıq Nazim Süleymanov yeni işinə başlayıb, çiyinlərini ağır yükün altına verib. Bu da onun futbola, top oyununa olan sevgisinin, Azərbaycan futboluna xidmət etmək həvəsinin göstəricisidi. İşdən, zəhmətdən, çətinlikdən qorxan adam deyil. Əksinə, çətinliyin öhdəsindən gəlməyi, maneələri aşmağı sevir. Hələ 90-cı illərin əvvəllərində “Neftçi”dəki təzyiqlərdən bezib, başını götürüb Rusiyaya gedəndə də beləydi. Süleymanovun həyat yolundan bəhs edən “Bitməyən matç” kitabından oxuduğum bir abzası yaxşı xatırlayıram. Moskvaya yollanmasından, orda “Spartak”ın baş məşqçisi Oleq Romantsevlə gerçəkləşən ilk görüşündən danışarkən Nazim bəy bunları deyir: “Romantsev məndən şərtlərimi, istəyimi soruşdu. Mən də dedim ki, nə şərtim olacaq? Heç nə istəmirəm, mənə bazada qalmağa yer, bir də çarpayı verin. Kifayətdi. Yetər ki, mənə futbol oynamağa şərait yaradın. Mən bura futbol oynamağa gəlmişəm, futbol oynamaq istəyirəm”.
Əminəm ki, ona “Sumqayıt”da çalışmaq təklif olunarkən və şərtləri soruşularkən də cavabı təxminən elə o cür olub. Moskvadakı kimi. Nazim Süleymanova işləmək, məşqçilik bacarığını göstərmək və Azərbaycan futboluna xidmət etmək üçün komanda lazım idi. Taleyin qismətidi ki, həmin komandanı da “Sumqayıt”ın timsalında tapdı. Özünə doğma olan şəhərin komandasının timsalında. Futbolçu kimi orda püxtələşib. Heç kimdən xüsusi nə iləsə fərqlənməyən qarayanız “Sumqayıt uşağı” o şəhərin asfalt küçələrində, toz-torpaqlı meydanlarında, həyətlərində topun arxasınca qaça-qaça böyüyüb, hamının tanıdığı Nazim Süleymanova çevrilib. Azərbaycanı onun hüdudlarından kənarda uğurla təmsil edib, layiq olduğu milli formanı geyinib, onun kapitan sarğısını qoluna taxıb. Həmin sarğı və vurduğu o ilk qol futbol tanrısının onun əzmkarlığına, istedadına görə verdiyi hədiyyə idi. Qəbul etdi, sevə-sevə dəyərləndirdi.
Taleyin qisməti, ya da futbol tanrısının ona növbəti hədiyyəsidi ki, Sumqayıt futbolunun ağır günündə yenidən çiyinlərinə böyük məsuliyyət götürdü. Mövsümün gedişində 3-cü pilləyə qədər yüksələn, Avropa Liqasında iştirak şanslarını yaxşılaşdıran “Sumqayıt” azarkeşlərini həvəsləndirib. Onlar yeni mövsümdə daha böyük uğurlar və avrokuboklara vəsiqə arzusundadılar. Futbol fanatları elə bu cür də olur. Fanatları klubun büdcəsi, futbolçuların səviyyəsi, onu idarə edənlərin qarşıya qoyduqları hədəflər və daha nələr-nələr maraqlandırmaz. Nəticə yoxdusa, ilk yada düşən, hədəfə çevrilən də məşqçi olur.
Bu gün “Sumqayıt” batan gəmiyə bənzəyir. Aparıcı futbolçular bir-bir komandanı tərk edir, daha yaxşı maaş və şərait qarşılığında oynaya biləcəkləri komanda axtarırlar. Artıq ötənilki heyətdən yeddi futbolçunun bu mövsüm “Sumqayıt”da forma geyməyəcəyi məlumdu. Təcrübəli qapıçı Fərhad Vəliyev karyerasını bitirib, Azər Salahlı “Keşlə”ylə anlaşıb, Bəhlul Mustafazadə ona doğma olan “Qəbələ”yə dönüb, Amil Yunanov da təklifləri götür-qoy edir, daha çox qazanmaq arzusunu gizlətmir, “ikinci gəncliyini yaşayan” Tural Axundov da yoxdu. Bununla belə, nə dünyanın sonudu, nə də “Sumqayıt”ın.
“Sulya” çətinliklərdən qorxan adam deyil. O, hara getdiyinin fərqindədi və doğma şəhərin komandasına kömək etmək üçün əlindən gələni edəcək. Uğurlar, çempion!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu 22-06-2018, 13:51 “Xəzər”in prezidenti ölkədən qaçıb 22-06-2018, 13:50 Yığma İranla qarşılaşacaq 22-06-2018, 13:48 Bordin bəyənmədi, “Səbail”də qaldı 22-06-2018, 13:46 Səmədova gəldi, Poznyak getdi 22-06-2018, 13:40 Federasiya prezidentindən sərt mesaj 22-06-2018, 13:39 Şəhriyar blitsdə də ümidləri doğrultmadı 22-06-2018, 13:33 İngiltərə vətəndaşı Bakıda klub açıb 22-06-2018, 13:30 Yığma üzvü Rumıniya klubunda 22-06-2018, 13:28 “Dalğa Arena” avrokubok mövsümünə hazırdı 22-06-2018, 13:27 Amil Yunanov “Keşlə”də 22-06-2018, 13:25 Mahmud Qurbanov hədəfləri açıqladı 22-06-2018, 13:24 Bordin Moldovada necə xatırlanır? 22-06-2018, 13:23 Əcnəbi mütəxəssislərin “Neftçi” sərgüzəştləri... 22-06-2018, 13:16 Qurban Qurbanov “Qarabağ”a görə narahatdı 22-06-2018, 13:13 Rahil Məmmədov “Milli Dəstə”nin iradını haqlı sayır 22-06-2018, 13:11 “Sabah”ın məşqçilər korpusu formalaşdı 22-06-2018, 13:08 Ölkənin ilk idman brendi - “İl’Azero” yaradılıb 22-06-2018, 13:07 “Qaradağ Lökbatan”da qeyri-müəyyənlikdi 22-06-2018, 13:06 Nəbiyev “Slaviya”ya qoşuldu 22-06-2018, 13:05 “Qarabağ” Aqollini saxladı 22-06-2018, 13:03 Bordin Rusiyaya azarkeşlik edir 22-06-2018, 13:01 Say artsa da, ümid artmır... 22-06-2018, 12:59 İran yığmasında iki soydaşımız oynayır 22-06-2018, 12:54 TRANSFER DOSYESİ 15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş Bütün xəbərlər
Ən çox oxunanlar