08 in 00:31Yazar

Milli bataqlıq və məşqçi taleyi...

Qurban Qurbanovun yığmanın baş məşqçi postuna təyinatının əleyhinə olanlardan biriyəm. “Qarabağ”la ölkə futbolunda inqilab edən mütəxəssisin illərlə, gərgin zəhmətin qarşılığı kimi qazandığı imici xərcləməsini istəməmişəm. Təkrarlamaqdan yorulmadığım mövqeyimdə qalıram: Azərbaycanın əsas komandası bataqlıqdı. Bununla yanaşı, o fikrə də hörmətlə yanaşıram ki, bəli, yığma zirvədi və hər bir mütəxəssisin can atdığı, arzuladığı nöqtədi. Qurbanov da bu düşüncə, uğursuzluqlardan bezən ictimaiyyətin də haqlı tələbi ilə bu işə qol qoydu. Uğurlu olacaq, ya yox? Hər halda, bu sualın ən dəqiq cavabını zaman verəcək. Adam işə yeni başlayıb, beynində müxtəlif planları saf-çürük edir, ortaya normal məhsul çıxarmağa çalışır. Bu üzdən tənqidin dozasını artırmağa tələsməyək, gözləyək. Qurbanovlu yığmanın fəaliyyətinin aynası Millətlər Liqası olacaq. Nəticə qazansa, çox yaxşı. Qazanmasa, buyurub tənqid edə bilərsiz.
Qazaxıstanla oyun yoxlama xarakteri daşısa da, millinin miskin duruma düşməsinə biganə qalmaq olmur. Yaxşı, buna görə Qurban Qurbanov günahkardımı? Ölkədə ayağı top tutmayan futbolçuların olmamasına görə məsuliyyət daşıyırmı? Yox, günahkar deyil. Yox, məsuliyyət daşımır. Qurbanov günahkardı yalnız ona görə ki, bu komandanın baş məşqçisidi, nəticəyə birbaşa cavabdeh şəxsdi. Qurbanov həm də ona görə günahkardı ki, hara gəldiyini bilə-bilə bu işə qol qoyub. Şəxsən mən bu yığmanın yüksək hədəflərin öhdəsindən gələcək potensialda olduğuna inanmıram. Çeynənmiş mövzu olsa da, təkrarlayım. Bir ölkənin yığmasının güclü olması iki vacib məqamdan asılıdı: ya daxili çempionatın səviyyəli, rəqabətədavamlı olmalıdı, ya da ölkə xaricində normal legioner həyatı yaşayan futbolçuların olmalıdı. Təəssüf ki, bizdə bunların heç biri yoxdu. Elə bunun nəticəsi kimi də “Mourinyo da gəlsə, xeyri yoxdu” fikri hakim kəsilib düşüncələrə. Bir sözlə, bədbinliyimi şərtləndirən real səbəblər çoxdu, həm də həddən artıq. Amma təki yanılım, yanılmağı çox istəyirəm. Futbolumuzun parlaq nöqtəsi olan Qurban Qurbanovun məni və mənim kimi düşünənləri yanıltması gözəl ssenari olardı. Hərçənd ki, bunu onun ad olaraq daha gurultulu səslənən sələflərindən heç biri bacarmadı...
Samir Abasov da çox tənqid olundu. Hətta yerdən-yerə vuruldu deyə bilərəm. Söhbət legionerlərin xidmətinə ehtiyac duymayan, başqa klublara lazım olmayan yerli futbolçularla ən baxımlı oyun sərgiləyən (əksəriyyətin fikri belədi), çempionata rəng qatan komandanın çalışdırıcısından gedir. Əlbəttə, tənqidlərin haqlı hissəsi də var idi, haqsızı da. Haqlı saydığım Avroliqa uğrunda mübarizənin pik həddinə çatdığı bir vaxtda yetirmələrini aşağılaması idi. Demək olar, hər uğursuz oyundan sonra sərəncamında olanları “tükənmiş, bacarıqsız, fərsiz” təyini ilə mükafatlandırırdı. Özü də dayanmadan, nəfəs dərmədən edirdi bunu. Halbuki belə məqamlarda futbolçulara sahib çıxmaq, onları növbəti döyüşə (oyuna) hazırlamaq tələb olunurdu Samir bəydən. Amma bunu etmədi, təcrübəsi çatmadı, soyuqqanlılığını qoruya bilmədi və sonluq da bəllidi.
Haqsız saydığım məqam yalnız Samir Abasovun “qurbanlıq” seçilməsidi. Çünki “Sumqayıt”ın və sumqayıtlıların arzusunu həyata keçirmək yalnız onun boynunun borcu deyildi. Adətən, belə məqamlarda klub bir camiə olaraq yumruq kimi birləşməli, hamı eyni hədəfə vurmalıdı. Yaxşı, “Sumqayıt”da bunu gördüzmü? Yox. Əksinə, dünya futbolunda rast gəlinməyəcək rüsvayçılıq baş verdi. Klubun prezidenti Kamran Quliyev bir gecənin içində AFFA-nın xeyir-duası ilə əsas rəqibin başqanı postuna transfer edildi. Və tezbazar yaxın silahdaşını, bacarıqlı yönətici kimi ad çıxaran Ceyhun Sultanovu da yanına apardı. Halbuki bu şəxslərin əsas vəzifəsi, borcu həlledici məqamda Samir Abasovun arxasında dayanmaq, komandanı, camiəni uğura kökləmək olmalı idi. Üzərlərinə düşəni etmədilər, yuxarıdan gələn bir barmaq işarəsi ilə yarıyolda buraxdılar “Sumqayıt”ı... Bunun adına ən yaxşı halda xəyanət deyirlər, bəylər. Həlledici döyüşlər ərəfəsində ordunu başsız buraxmaq... Bir tərəfdən də bu vəziyyəti anlayışla qarşılamaq məcburiyyətində qalıram. Futbolumuzun acı reallığı, gerçək üzü belədi...
Təəssüf ki, Azərbaycan futbolu belə əcaib nöqtəyə gəlib çatıb. Təəssüf ki, Azərbaycan futbolunda peşəkarlığı özündə ehtiva edən qanunlar yox, bi qrup insanın arzusu, istəyi, diqtəsi həlledici çəkiyə malikdi. Bu üzdəndi ki, ev oyununu doğma azarkeşləri önündə keçirməli olan klub bu hüququndan istifadə edə bilmir. Bu üzdəndi ki, bütün mükafatçılar illərdi bir stadiona doldurulub təltif edilir. Bu üzdəndi ki, sonuncu dəfə hansı divizion çempionunun premyer-liqaya yüksəldiyini xatırlayan çox az adam tapılar. Çoxdu, lap çoxdu Azərbaycan futbolunda belə biabırçılıqlar...
İndi siz deyin, Qurban Qurbanov peşəkarlığın “p” hərfi belə olmayan yerdə uğur qazana bilərmi? Və ya ondan qısa müddətdə nəticə tələb etməkdə nə dərəcədə haqlıyıq?
P.S. AFFA-nın saytı bir neçə gün öncə xəbər yaydı ki, 2017/18 mövsümündə 1445 klub və 2132 komanda qeydiyyatdan keçib. Futbolçu sayı isə 37521-di. Cənab Elxan Məmmədov, yığmanın baş məşqçisi burdan ayağı top tutan neçə futbolçu seçə bilər?
Люди кто желает играть в современные игры на самых высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный инет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar