08 in 00:23Yazar

Nə gözləyirdiz?

Mayın 29-da əzəmətli Olimpiya stadionunda qırğızların qapısından 3 cavabsız top keçirən yığma srağagün qazaxlara eyni hesabla məğlub oldu. Gözlənilirdi? Bəli! Belə olmalıydı? Bəli! Qazaxıstan futbolu sənin futbolundan güclüdü? Bəli!
Onda nədi bu hay-həşir? İnsanlar nəyə təəssüflənir? Qardaş, sənin ölkə futbolunun real gücü budu da. Guya milli nə vaxt meydanda “at oynadıb”, adlı-sanlı rəqibləri özü ilə ayaqlaşmağa məcbur edib? 25 ildə Türkiyə, İsveçrə, Slovakiya üzərində qələbələrin var, hə, bir də Xorvatiya, Rusiya, Portuqaliya ilə heç-heçələrin. Bunlar da sırf təsadüf nəticəsində əldə olunub. Ya rəqib sənə yuxarıdan aşağı baxmağın acısını yaşayıb, ya da oyuna motivasiyasız çıxıb. Slovakiya ilə görüş xaric, indiyə kimi ölkəmin bir nömrəli komandasının oyuna diqtə etdiyini, rəqibin ürəyini ağzına gətirdiyini xatırlamıram. Yəni azərbaycanlı futbolçu bacarığının maksimumunu ortaya qoysa da, bu, avropalı üçün minimumdu. Bu ölkədə futbolçu yoxdu, futbol məktəbi yoxdu, bacarıqlı uşaq məşqçisi yoxdu. Yoxdu da, yoxdu. Vurub öldürəsi deyilsən ki.
Siz Allah, qazax futbolçuların oyununa diqqətlə fikir verdiz? Cinah keçidləri, pressinq, topla rəftar, kombinasiyalı oyun – ürəyin istəyən hər şey var idi onlarda. Baurjan, Serikjan, Qafurjanın adına baxıb lağ etdiyimiz günlər geridə qalıb e. İndi futbol adlarla yox, savadla, istəklə oynanılır. Nə olsun, Ruslan Qurbanov “Qalenvagen” sürür, Kamran Ağayev üç fərqli ölkədə legioner həyatı yaşayıb, Maksim ev alıb kirayə verməklə məşğuldu, Mahir Mədətov yaraşıqlıdı, Dmitri Nazarov Almaniyada top dalınca qaçır, Cavid Hüseynov “yatıb, çıxıb”. Bu o demək deyil ki, Qazaxıstanı udmalısan. Millimizə qarşı oynayanların hamısı yerli çempionatda iştirak edir. “Astana”da, “Tobol”da, “Kayrat”da yetişən uşaqlardı. Sənin Arazın son mövsümü “Anortosis”də keçirib, Nazarovun 2-ci bundesliqada oynayır, Qarayla Maksimin çiyinlərində illərin avrokubok təcrübəsi var. Amma nə fayda? Məktəbi ki yoxdu.
Başına and içdiyimiz Qara Qarayev illərdi oyun vaxtı rəqibin təzyiqindən qurtulmağın yollarını axtarsa da, tapa bilmir. Rəqib bir az pressinq edən kimi yığmamın bəstəboyu özünü itirir. Halbuki Qara dağıdıcı funksiyasını daşıyır, əks komandada yer alanlar ondan çəkinməlidi. Sərt olmalıdı, sərt. Topla yerində fırlanmaqla futbol olmur... Olsun Arazın özü. Adamın sol ayağı işləkdi, sürəti də var, tutarlı zərbələri də. Amma boş-boş qaçmaqdan başqa heç bir işə yaramır. Əlverişli vəziyyətdə qapı istiqamətinə zərbə vurmaq əvəzinə topu saxlayır, başını qaldırıb baxır, əlacı olsa, hələ bir stəkan su da içərdi... Maksim Medvedev guya meydanda ən təcrübəlilərdəndi. Qırğızların qapısına başla top vurur, amma eyni vəziyyətdə Murtuzayev yanında havaya yüksəlir, mənim mərkəz müdafiəçim yerində dayanıb rəqibin ayaqlarının yerdən neçə santimetr üzüləcəyini ölçür.
Danışanda dilimiz beş metr çıxır, qazaxı, türkməni, özbəyi bəyənmirik. Amma futbol oynayırlar. Futbol adına yaxşı nə varsa, hamısını edirlər, etməyə çalışırlar. Görürsən ki, futbol savadları var, məktəb keçiblər. Başqa şeyləri demirəm, təkcə cinah keçidləri və qapı qarşısına asmalar nəyə desən, dəyərdi. Sizi inandırım, qazaxlara top fərqi vacib olsaydı, bəlkə də 4-5-ni vurardılar. Hələ sağ olsunlar ki, yoruldular, tempi aşağı saldılar.
Bütün bunları nəzərə alıb Qurban Qurbanovun “topa tutulmasının” tərəfdarı deyiləm. Bu gün millinin bəlası ölkədə düz-əməlli 3-5 futbolçunun olmamasıdı. Rəşad Sadıqovun gedişindən sonra müdafiə xətti iflic olub. Bədavinin yoxluğunda lap biabırçı vəziyyətə düşüb. Riçard Almeyda yoxdu, orta xətdə lider funksiyasını daşıyan tapılmır. Hücumda yer alanlar qol vurmaqdan başqa hər işə yarayır. Bunların günahkarı Qurban Qurbanov deyil axı. Bəli, haqlı olaraq “guya milliyə gələndə necə olacağını bilmirdi, gəlməzdi də” deyə bilərsiz. Elədisə, bir sual da mən verim. Berti Foqtsla Robert Prosineçkinin dönəmində “Qurbanov” deyib, fəryad edən biz deyildik? “Onlara verilən milyonların yarısını özümüzkünə versinlər, sabah nəticə olmayanda da adamı yandırmasın” tipli fikirlər qulaqlarımızı kar etmişdi. Dediz, istədiz, tələb etdiz, o da gəldi.
Vaxtilə “Qarabağ”a baş məşqçi təyin olunanda da eyni cür düşünənlər vardı. Ki, baş məşqçi kimi “Neftçi”də heç nə edə bilməmişdisə, “Qarabağ”da da bacarmayacaq. Amma bacardı. Zamana ehtiyac duydu, bir az da əziyyət çəkdi. İndi də vaxta ehtiyacı var. Hələ ki müşahidə edir, baxır, nəticə çıxarır. Razıyam, Millətlər Liqasına az vaxt qalıb, amma yığmanın optimal heyəti bilinmir. Bu gedişlə xoş gələcəyə ümid yoxdu. Amma bu futbolçularla, bu oyunla nəinki liqanın qalibi olmaq, qrupdan çıxmağın özü böyük sual altındadı. Qazaxlar 3-nü vurursa, gör futbolçularının demək olar, hamısı legioner həyatı yaşayan Kosovonun gücü nədi.
Çətin olacaq, bəlkə də mümkünsüzdü. Amma çıxış yolu Qurbanovu tənqid etmək deyil. Tənqid olunası ən sonuncu adam odu. Sıfır vəziyyətində olan yığmanı götürüb, 8-9 aya nəticə vermək möcüzədi. Tənqid olunmalı adamlar yüzminlər qazanan, amma top dalınca qaçmağı bacarmayan futbolçulardı. İllərdi ölkə futboluna cavabdehlik daşıyıb, ortaya heç nə çıxara bilməyən AFFA-da oturanlardı. Klublarda işləyən məşqçilərdi, fərli-başlı akademiyası olmayan klubların rəhbərləridi. Onlardan yapışaq...
Народ кто хочет играть в современные игры на высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:25 2020-də Bakıda CEO konfransı keçirilə bilər Dünən, 14:13 “Neftçi” daha üç futbolçu ilə yolları ayırır Dünən, 14:09 Mirbağır İsayev “Neftçi”də çalışacaq Dünən, 14:06 "Neftçi" azarkeşləri üçün cəlbedici təklif Dünən, 14:02 “Xəzər”in ölkədən qaçdığı deyilən sahibi tutuldu Dünən, 13:59 Futzalçılarımız Qazaxıstanda 3 min dollar qazandı Dünən, 13:36 Rəqiblər üzərində üstünlüyümüz var Dünən, 13:33 Şehiç “Ərzurumspor”a verdiyi sözü tutmadı Dünən, 13:31 Zeynal Zeynalov iddialı danışdı, ancaq… Dünən, 13:27 Avropa Liqası bu gün start götürür Dünən, 13:22 “Sumqayıt” Bakıya köçür Dünən, 13:07 Şərhçilər niyə özünü “feysbuk”da reklam edir? Dünən, 13:04 “Qarabağ” Fiorilloya görə “Peskara”ya 600 min avro təklif edir Dünən, 13:00 “Keşlə” Sezarın yolunu gözləyir Dünən, 12:57 “Qəbələ”nin oyununun yeri dəyişdirildi Dünən, 12:52 Azərbaycan futbolu daha bir veteranını itirdi Dünən, 12:50 Fransızlar futbolumuzdan xəbərsizdi Dünən, 11:31 AFFA “Cəsur ürəklər”i sevindirdi 22-06-2018, 15:04 “Keşlə” Maksimovsuz başladı 22-06-2018, 15:02 Kintana daha iki il "Qarabağ"da 22-06-2018, 15:01 “Sabah” da fasiləyə son qoydu 22-06-2018, 14:55 “Neftçi” Dabonu “Qəbələ”dən cəlbedici təkliflə qoparıb 22-06-2018, 14:50 Nail Kərimov araşdırmanı başa çatdırıb 22-06-2018, 14:49 “Bu yay işimiz daha çətin olacaq” 22-06-2018, 14:47 "Neftçili Yay Futbol Düşərgəsi” davam edir 22-06-2018, 14:45 Rəşad Abdullayev Mahmud Qurbanovun köməkçisi oldu 22-06-2018, 14:33 Eminlə Ruslan yeni transferlərdən razıdı 22-06-2018, 14:28 “Neftçi” sabah Bakını Türkiyəyə dəyişəcək 22-06-2018, 14:06 “Olimpiya”nın baş məşqçisini itkilər və vaxt azlığı narahat edir 22-06-2018, 14:05 Rəqiblərimiz müəyyənləşdi 22-06-2018, 13:54 “Xan Lənkəran” ictimaiyyətə təqdim olundu 22-06-2018, 13:51 “Xəzər”in prezidenti ölkədən qaçıb 22-06-2018, 13:50 Yığma İranla qarşılaşacaq 22-06-2018, 13:48 Bordin bəyənmədi, “Səbail”də qaldı 22-06-2018, 13:46 Səmədova gəldi, Poznyak getdi 22-06-2018, 13:40 Federasiya prezidentindən sərt mesaj 22-06-2018, 13:39 Şəhriyar blitsdə də ümidləri doğrultmadı 22-06-2018, 13:33 İngiltərə vətəndaşı Bakıda klub açıb 22-06-2018, 13:30 Yığma üzvü Rumıniya klubunda 22-06-2018, 13:28 “Dalğa Arena” avrokubok mövsümünə hazırdı 22-06-2018, 13:27 Amil Yunanov “Keşlə”də 22-06-2018, 13:25 Mahmud Qurbanov hədəfləri açıqladı 22-06-2018, 13:24 Bordin Moldovada necə xatırlanır? 22-06-2018, 13:23 Əcnəbi mütəxəssislərin “Neftçi” sərgüzəştləri... 22-06-2018, 13:16 Qurban Qurbanov “Qarabağ”a görə narahatdı 22-06-2018, 13:13 Rahil Məmmədov “Milli Dəstə”nin iradını haqlı sayır 22-06-2018, 13:11 “Sabah”ın məşqçilər korpusu formalaşdı 22-06-2018, 13:08 Ölkənin ilk idman brendi - “İl’Azero” yaradılıb 22-06-2018, 13:07 “Qaradağ Lökbatan”da qeyri-müəyyənlikdi 22-06-2018, 13:06 Nəbiyev “Slaviya”ya qoşuldu 22-06-2018, 13:05 “Qarabağ” Aqollini saxladı 22-06-2018, 13:03 Bordin Rusiyaya azarkeşlik edir 22-06-2018, 13:01 Say artsa da, ümid artmır... 22-06-2018, 12:59 İran yığmasında iki soydaşımız oynayır 22-06-2018, 12:54 TRANSFER DOSYESİ 15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş Bütün xəbərlər
Ən çox oxunanlar