06 in 19:18Yazar

Ümid var gələcəyə?

21 yaşadək futbolçulardan ibarət millimiz Astanada qazaxıstanlı həmyaşıdları ilə oyundan “sülh”lə ayrıldı. Biz artıq çoxdan belə oyunlarda nəticəyə önəm verməməyə öyrəncəliyik. Tək istəyimiz millinin futbolçularının “artırması”, komanda oyununda müsbət dəyişikliklərin hiss edilməsidi. Gənclərimizdə özünəinamın artması üçün belə oyunlar keçirilməli, onların beynəlxalq oyun təcrübəsi çoxalmalıdı. Yaxşı başa düşürük ki, bu gənclər Azərbaycan futbolunun gələcəyidi. Onların düzgün inkişafı, yaxşı futbolçu kimi yetişməsi bizim üçün çox vacibdi. Biz bu gəncləri qorumalı, onlara sahib çıxmalıyıq. Çıxmalıyıq ki, Azərbaycan millisinin forması bir neçə ildən sonra yadellilərin əyninə geydirilməsin, futbolumuz gəlmələrin ümidinə qalmasın.
Gənclərin oyunu bitən kimi Qazaxıstanın idman mətbuatına göz atdım, ordakı tanış həmkarlarla danışdım. Hiss etmək çətin deyil ki, öz komandalarından narazı qalıblar. Xüsusilə də ilk yarıdakı oyuna görə. Astanada və Almatıda yaşayan dostlarımız Qazaxıstanın bu görüşdə favorit sayıldığını, mütləq qələbə qazanmalı olduğunu düşünürmüşlər. Əvəzində isə tam fərqli mənzərə ilə qarşılaşıblar. Meydan sahibləri məğlubiyyətdən son dəqiqələrdə qurtulub, özü də penaltidən vurulan qolun sayəsində. Qazaxlar bunu heç gözləmirmişlər. Eyni zamanda bir məqamı vurğulayırlar ki, Azərbaycandan gələn qonaqlar onların təsəvvür etdiklərindən daha yaxşı görünüblər və özlərini heç də qonaq kimi aparmayıblar. Bu isə o deməkdi ki, gənclərimiz də artıq səfər oyunlarında rahat oynamağı öyrənirlər, rəqibi və onun azarkeşlərini təəccübləndirməyi bacarırlar. Məşhur filmdə deyildiyi kimi, sükanı belə saxlamalıyıq.
Qazaxların belə iddialı olması, bizimlə oyunda öz komandalarını favorit görmələri heç də səbəbsiz deyil. Diqqətli oxucularımızın yadında olar, ötən ilin yayında “Kayrat”ın Almatı yaxınlığındakı bazasına şəxsən baş çəkmişdim və ordan geniş reportaj hazırlamışdım. Gördüklərimdən çox heyrətlənmişdim. Çünki Almatı komandasının sahib olduğu baza tam başqa aləm idi və Avropanın ən yaxşı klub infrastrukturları ilə müqayisə oluna bilərdi. Şəxsən görməsəm də, paytaxtda da bu cür şəraitin yaradıldığını və “Astana”nın da aşağı yaş qruplarına, akademiyaya böyük diqqət ayırdığını eşitmişəm. Söhbət sözsüz ki, təkcə diqqətdən yox, həm də böyük pullardan gedir. Qazaxıstanda da futbola ciddi yatırım qoymağa başlayıblar. Amma bizdən fərqli, orda işə aşağıdan başlamaq lazım olduğunu başa düşüblər. Buna görə də akademiyalarda lazım olan şəraiti yaradır, uşaq futbolunda sözdə yox, əməldə böyük işlər görürlər.
Məhz bunun sayəsində də qazaxlar böyük arzularla yaşayır, gələcəklə bağlı ciddi planlar qurur, hədəfləri ciddiləşdirirlər. İş o yerə çatıb ki, Azərbaycanla əzmkar heç-heçə onların əhvalını korlayır, nəticədən narazılıqlarını açıq dillə ifadə edirlər. Heç də təəccüblənməyin və bunu qeyri-ciddi davranış kimi qəbul etməyin. Qazaxıstan futboldakı ciddi işlərin nəticəsini görəcək, mükafatını alacaq. Geci-tezi var. Bəs bizdə vəziyyət necədi? Biz də böyük mükafatlar qazanmaq, nəticə əldə etmək üçün ciddi işlər görürükmü? “Qəbələ”dən başqa hansısa klubumuz özünün uşaq akademiyası, infrastrukturu ilə öyünə bilərmi? Yox. Heç “Qəbələ”nin də işləri qaydasında deyil, ölkə futbolunun gələcəyi üçün həyəcan keçirənlər gecə-gündüz dua edir ki, klub rəhbərliyi sərt qərar verib futboldan çəkilməsin. Ordakı akademiya da bağlansa, vay bizim halımıza. Bəli, dostlar, vəziyyət bu dərəcədə acınacaqlıdı.
U-21-in kapitanı Bəhlul Mustafazadə “Qəbələ”nin yetirməsidi. Qismət Alıyevə də futbolun sirlərini orda öyrədiblər. Adı neçə illərdi ki, perespektivli futbolçuların siyahısında olan Hacıağa Hacıyevi də Şamaxıda “kəşf edib” Qəbələyə gətiriblər. Gətiriblər ki, yetişdirsinlər, yaxşı futbolçuya çevirsinlər. Şübhə etmirəm ki, Şamaxıda, Tovuzda, Gəncədə, Quba və Qusarda onlarla-yüzlərlə Hacıağa, Bəhlul, Qismət kimi istedadlar var. Amma onları axtaran, bir məqsəd altında toplayan, düzgün istiqamətləndirən yoxdu. Elə Bakının özündə də belələri yetərincədi. Amma bir parça çörək pulu üçün gecə-gündüz ora-bura qaçan valideynlərin uşağını yönəltmək, orta məktəbə, ordan sonra da məşqə aparmağa nə vaxtı var, nə də həvəsi. Bir anlıq təsəvvür edin ki, Qəbələdəki akademiya Azərbaycanda yeganə deyil. Beləsindən Bakıda, Gəncədə, Lənkəranda, Xaçmazda və Naxçıvanda da açıblar, uşaqların təhsilinin qayğısına qalır, vaxtında futbolla məşğul olmasına nəzarət edirlər. Onda AFFA-nın işbaz menecerlərinin Dağıstandan, Ukraynadan, Almaniyadan futbolçu gətirməsinə, saxtakarlıq edib onlara pasport verməyimizə ehtiyac qalmayacaq. Rəşad Sadıqovla Qurban Qurbanov da kimi milliyə çağırmaq üzərində baş sındırmayacaq. Yığmalarda rəqabət yaranacaq, bu da özüylə inkişaf gətirəcək. Yalnız onda biz gələcəklə bağlı böyük ümidlərdən, qələbələrdən, uğurlardan, inkişafdan danışacağıq. İndilik isə gələcəyə ümidin ölməməsi üçün duaçıyıq. Allah dualarımızı eşitsin!
Люди кто хочет играть в современные игры на самых высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный интернет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar