04 in 13:21Yazar

Qriqorçuk üçün yeni roman

Qısa müddətdə ikinci dəfə Roman Qriqorçuk mövzusuna müraciət etməyim, ukraynalı mütəxəssis barədə yenidən yazmağım səbəbsiz deyil. Amma bu səbəblər arasında şəxsi münasibətlərin yer almadığına əmin ola bilərsiz. Bəli, çoxları kimi mən də Roman İosifoviçə hörmət bəsləyirdim, onun bacarıqlı mütəxəssis olduğunu düşünürdüm. Bunu ötən yazıda da vurğulamışdım. Həmin yazımın sonuncu cümləsi də yadınızda olar. Birlikdə xatırlayaq və davam edək: “Bildiyimə görə, sizi paytaxtda gözləyirlər. Azərbaycanın yox, Qazaxıstanın paytaxtında. Ordan gələcək xoş soraqlarınızı eşitmək ümidi ilə”.
Ehtimallarımız doğruldu, aldığımız məlumatlar dəqiq çıxdı. Bakıdan ayrılan Qriqorçuk vətəni Ukraynanın yox, Qazaxıstanın yolunu tutdu. Dünən günorta saatlarında “Qəbələ”nin sabiq baş məşqçisi “Astana” ilə əl sıxışdı. Fövqəladə nəsə baş verməsə, yaxın iki il ərzində Qazaxıstanın başkəndini təmsil edən komandanı Roman Qriqorçuk çalışdıracaq. “Qəbələ” ilə qazana bilmədiyi qızıl medalları orda qazanmaq üçün əmək sərf edəcək. Burdakından fərqli, orda Avropa Liqasının yox, Çempionlar Liqasının qrupuna yüksəlməyə çalışacaq. Alınıb-alınmayacağını sözsüz ki, zaman göstərəcək. Amma bir halda ki, bizə tanış olan mütəxəssis mənə heç də yad olmayan ölkəyə yollanıb, mənim də deməyə sözüm, yazmağa proqnozum olmamış deyil. Diqqətli oxucularımız Qazaxıstanla yaxınlığımdan, oranın futbolu ilə yaxşı tanış olmağımdan xəbərdardılar. Elə bu səbəbdən də qısa müddətdə ikinci dəfə Qriqorçukla bağlı yazmağa, sizinlə fikirlərimi bölüşməyə ehtiyac duydum.
Başlayım ondan ki, Qriqorçuk üçün Qazaxıstanda burdakından heç də asan olmayacaq. Orası ilə razıyam ki, “Astana”da daha yaxşı şərtlər altında çalışacaq. İxtiyarında geniş imkanlar, səviyyəli futbolçulardan qurulmuş heyət olacaq. Təxmini hesablamaları görə “Astana”nın büdcəsi 10-12 milyon avro civarındadı. Qazaxıstan futbolunda da bizimkilər kimi rəqəmləri açıqlamağı ayıb bilirlər. Heç kim nə klubun büdcəsini, nə də futbolçularla bağlanan müqavilələrin həqiqi qiymətini rəsmi şəkildə açıqlayır. Ona görə hardasa mən də rəqəmlərlə bağlı yanlışlığa yol verə bilərəm. Amma bir məqam dəqiqdi ki, “Astana” “Qəbələ”dən zəngin, təxminən “Qarabağ” səviyyəsində klubdu. Bu mövsüm “Astana”nın heyətində 8 qol vurmağa macal tapan xorvatiyalı Marin Tomasovun transfer qiymətinin 2 milyon avro civarında olduğu sirr deyil. Adam Almaniyadan tutmuş Ərəbistana qədər fərqli ölkələrin çempionatlarında oynayıb. Qazaxıstana da karyerasının qürub çağında yox, 30 yaşında gəlib. Patrik Tvumasi də ucuz futbolçu deyil. Qanalı hücumçunun cəmi 24 yaşı var və transfer qiyməti milyon avrodan yuxarıdı. Macarıstan millisinin üzvü Laslo Klyanhaysler də “Astana”da forma geyir, bu mövsüm 15 oyunun 14-də 90 dəqiqə meydanda olub. Ciddi göstərici olması məlum məsələdi. İvan Maevski, Marko Stonayeviç kimi futbolçuların da adları çəkiləndə yada böyük pullar düşür. Deməli, “Astana” rəhbərliyi indiyə qədər transferlərdə simiclik etməyib.
Qriqorçukun yaxşı futbolçulardan qurulmuş komandaya rəhbərlik etməsi onun üçün hər nə qədər yaxşıdısa, ondan daha çox şeyin tələb olunacağı da məlum məsələdi. Qazaxlar pullarını göyə sovurmağı sevmirlər. Bizə yaxşı tanış olan Kaxaber Tsxadadzenin aqibətini unutmamışıq. Kaxanın gəlişindən sonra “Kayrat” əla nəticələr göstərirdi, çoxlu qollar vururdu. Şəxsi görüşlərdə də “Astana”nı çətinlik çəkmədən məğlub edirdi. Ötən ilin yayında “Kayrat”ın bazasındakı söhbətimiz zamanı Tsxadadze açıq dillə mənə bildirmişdi ki, onun komandasını “sıxırlar” və müxtəlif yollarla çempionluqlarını əngəlləyirlər. Gürcü mütəxəssis ötən mövsüm qızıl medal qazanacaqlarına da çox əmin idi. Amma birvaxtlar “Neftçi”ni də göydən yerə endirən albanlar buna imkan vermədilər. Avropa Liqasında “Şkenderbü”yə uduzduqları oyun Kaxa üçün Almatı klubunda sonuncu oldu. Yəni qazaxlar böyük pullar xərcələsələr də, tələbkarlığı unutmurlar və uğursuzluqları bağışlamağı sevmirlər. Bu baxımdan əminliklə demək olar ki, Qriqorçuk Qazaxıstan paytaxtında bizdəki qədər rahat işləyə bilməyəcək və daim öz üzərində təzyiq hiss edəcək.
Daha bir vacib məqam var. Roman İosifoviç Bakıda məskunlaşmışdı və “Qəbələ” də oyunlarının çoxunu elə paytaxtda keçirirdi. Hərdən bir doğma rayona avtomobillə 3 saat şütümək lazım gəlirdi. Bir də il ərzində bir və ya iki dəfə Gəncəyə. Qazaxıstanda belə olmayacaq. Bu yaxınlarda “Akjayık” “Astana”ya 3:0 hesabı ilə qalib gəldi. Klub prezidenti səmimi şəkildə etiraf etdi ki, onları Uralsk şəhərinə uzaq səfər taqətdən salıb və bu məqama əvvəlcədən ciddi yanaşmayıblar. “Astana” çempion olmaq üçün fərqli şəhərləri təmsil edən 11 komanda ilə mübarizə aparacaq. Kustanaya, Aktobeyə, Almatı və Atırauya yollanmaq lazım gələcək. Bunun üzərinə avrokubokların ağır qrafikini, Qazaxıstanın onsuz da “köhnə qitə”dən uzaqda yerləşməsini əlavə etmək lazımdı. Üstəlik, ölkə çempionatı fərqli sistemlə keçirildiyindən Qriqorçukun yeni komandası yayda dincəlmədən fərqli “cəbhə”lərdə mübarizə aparmalı olacaq. Hələ mən Astananın şaxtalı-küləkli qışını, bürkülü yayını demirəm.
Stanimir Stoilov bütün bu çətinliklərin öhdəsindən gəlməyi və “Astana”nı böyük kluba çevirməyi bacarmışdı. Necə deyərlər, çempion olmaq çətin, çempionluğu qorumaq ondan da çətindi. Ümid edək ki, Qriqorçuk bu çətinlikləri dəf edə biləcək və öz yeni romanını uğurla yazacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar