03 in 11:58Yazar

Elxan Məmmədovun yolu

Yollar dünyada çoxdu, sayı-hesabı yoxdu.
Aran yolu, dağ yolu, bostan yolu, bağ yolu.
Bir yol var ki, dünyada, onu getmirsən hədər…

Bəli, bizə orta məktəbdə belə öyrədirdilər. İnandırırdılar ki, dünyada hədər yerə gedilməyən tək yol məktəbin yoludu. Biz belə böyümüşük, əmin olmuşuq ki, orda öyrəndiklərimiz, daha doğrusu, müəllimlərimizin bizə verdikləri bilik gələcək həyatda gərəyimiz olacaq, həyatın enişli-çıxışlı yollarına işıq salacaq. Zərrə qədər də buna şübhəmiz olmayıb. Elə düz də etmişik. Biz həyata belə hazırlanmışıq, özümüzə bu cür yol seçmişik. Çətinliklərin öhdəsindən məktəbdə öyrəndiklərimizin sayəsində gəlməyə, müəllimlərimizin qızıldan qiymətli nəsihətlərindən güc almağa çalışmışıq. Nə mutlu bizə.
Amma başqa cür olanlar, daha doğrusu, özünə başqa yollar axtaranlar da var. Kimlərsə özünü ayrı-ayrı fərdlərə bağlamağa, onlar kimi danışmağa və davranmağa çalışırlar. Bu daha çox təlqin etməyə, yarınmağa bənzəyir. Pisdi, ya yaxşıdı, deyə bilmərəm. Çünki özüm belə etməmişəm. Düşünürəm ki, daha çox pis davranışdı. Yaxşı olsaydı, bunu açıq-aşkar deyər, gizlində etməzdilər. Atalarımızın sözü olmasın, “utanmasan, oynamağa nə var ki”. Hələlik bir az da olsa, abır-həya qalıb. Utanırlar, açıq-aşkar oynamaqdan çəkinirlər. Öz əməllərini gizlində həyata keçirib, gün işığına çıxarmırlar. Özlərindən soruşanda da min dərənin suyunu bir-birinə qarışdırıb, bəhanə istehsal etməyə çalışırlar. Yox, aşna. Inanın ki, daha keçmir. Onsuz da öz işinizdəsiz, yalan danışmağa nə gərək var?!
Mən deyəndə ki, “Neftçi”ni AFFA-nın baş katibi Elxan Məmmədov idarə edir, orda onun sözü əsasdı, inanmırdılar. “Neftçi”də Müşahidə Şurası yaradılan həmin o gündən bəri belədi. Xalq yazıçısı Çingiz Abdullayevi şuraya sədr qoydular. Şura da başladı onun rəhbərliyi altında hərəkət etməyə, “Neftçi”nin idarəçiliyi ilə məşğul olmağa. Uzun illərdən sonra “xalq komandası”nın formasından SOCAR-ın adını sildilər, başqa sponsorun adı yazıldı. Çox keçmədi ki, Müşahidə Şurasının özü səhnədən silindi. “Neftçi”yə baş məşqçi gətirdikləri Vəli Qasımovla birlikdə. Ondan sonra cənab Elxan Məmmədov mikrofonlar önünə keçdi və açıq-aşkar dedi ki, Çingiz Abdullayevin rəhbərlik etdiyi Müşahidə Şurası özünə aid olmayan işlərə müdaxilə edib, klubun idarəçiliyinə, transferlərə, pul siyasətinə qarışmağa çalışıb. Yerlərində otursunlar və müşahidə etməklə kifayətlənsinlər.
Sonrasını bilirsiz. Özünüz də xatırlayırsız ki, Elxan Məmmədovun kadrı Orxan Hüseynzadə ötən ilin yayında “Neftçi”yə president təyin olundu. Və dərhal da dedi ki, Müşahidə Şurası effekt vermədi, bundan sonra “Neftçi”nin mütləq-sahibi, yeganə cavabdehi mənəm. Nə sözünüz olsa, məndən soruşun. Özbaşına belə bir açıqlama verə bilərdimi? Əlbəttə ki, yox! Ondan nəsə soruşmağa ehtiyac da qalmadı. Hüseynzadənin Elxan Abdullayevlə birlikdə quyunun dibinə saldığı “Neftçi” debutant “Səbail”ə də uduzdu və bundan sonra baş məşqçi postuna Tərlan Əhmədov gətirildi. Nəticələr göz qabağındadı.
“Neftçi” dünən Tərlan Əhmədovu da yola saldı. Daha doğrusu, Elxan Məmmədov və onun yaxın dostu Kamran Quliyev. Buna zərrə qədər də şübhəniz olmasın. Elxan bəyin öz çevrəsindən çıxmayan məşqçiyə uzun müddət dözməyəcəyi məlum məsələ idi. Mən Tərlan Əhmədova getməsiylə bağlı çağırışı hələ məlum “like” hadisəsindən sonra etmişdim. O vaxt məlum idi ki, Kamran Quliyev baş məşqçinin gedişi üçün düyməni basıb. Qalır zamanı, yəni müqavilənin sona çatmasını gözləmək. Olsun. Dünyanın sonu deyil. “Neftçi” də, Tərlan Əhmədov da yoluna davam edəcək. Elə biz də. Tut arağı satanın məşhur lətifəsində deyildiyi kimi, indi görək bu adamlar “tut arağını satıb” (Tərlan Əhmədovu göndərib) ondan yaxşı nəyi (kimi) tapacaqlar.
Mənim diqqətimi bu yolasalma prosesində bir məqam çəkdi. Siz də bir daha diqqət yetirin: “Müşahidə Şurasının və təsisçilərin qərarı ilə Tərlan Əhmədovla qüvvədə olan müqavilə yenilənməyib”. Amma elə həmin şuranın üzvü Səməd Qurbanov deyir ki, mənim iclas keçirilməsindən, orda baş məşqçiylə bağlı qərar verilməsindən xəbərim yoxdu. Nə şurası, arkadaşlar? Şuramı var? Bəli, bu bizə tanış ssenaridi. Bunun adı “Elxan Məmmədov yolu”du. Kamran bəy də bu gün həmin yol ilə gedir. Ölkə futbolu ilə bağlı xoşagəlməz, amma taleyüklü qərar olanda baş katib İcraiyyə Komitəsini nişan verir, onları hədəfə çevirməklə məsuliyyətdən yaxasını qurtarır. Yəni ki, qərarı onlar verib, mən kiməm? “Neftçi”nin Tərlan Əhmədovu yola salması da eyni cür həyata keçirilir. Kamran Quliyev cənabları deyir ki, qərarı təsisçilər və Müşahidə Şurası verib, mən nəkarəyəm?! Ay sizi, xətakarlar!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar