01 in 00:20Yazar

Bitən Roman

Onu heç belə görməmişdim. Həmişə qürurlu, döyüşə-dalaşmağa hazır olan bir görüntüsü olurdı. Uduzduqları oyunlardan sonra belə Roma Qriqorçuku əzilmiş, təslim olmuş formada görmək mümkün deyildi. Bəzən işin içinə cığallıq da qatar, bəhanələrin qulpundan da yapışardı. Amma əsla məğlub psixologiyasını özünə yaxın buraxmazdı. Dilinə görə dilçəyi də vardı. Onun gəlişindən sonra “Qəbələ” eniş-yoxuşlu qrafikə son qoymağı bacarmışdı. Getdikcə özünü futbol ictimaiyyətinə də, mətbuata da sevdirə bildi. Roman İosifoviçi daha yaxından tanımağa, daha çox hörmət etməyə başladıq. Buna layiq idi.
Azərbaycana gələndə bizim üçün “sirli qutu” sayılırdı. Yazılarımı izləyənlər yaxşı bilir ki, əcnəbi məşqçilərə münasibətdə xüsusilə tələbkaram, onlara daha çox tənqidi nöqteyi-nəzərdən yanaşıram. Çalışıram ki, tərifə çox da yol verməyim. Amma haqqı olanın da haqqını əlindən almayım, layiq olanın qiymətini də verim. Dorinel Muntyanunun gəlişi və gedişi “Qəbələ”nin irəli-geri ləngər vurduğu günlərə təsadüf edirdi. Həmin ərəfələrdə “qırmızı-qaralar” içi mən qarışıq, hamı tərəfindən çox tənqid olunurdu. Sistemli iş görməyə çalışan, geniş maliyyə imkanlarından bəhrələnib uşaq akademiyasını genişləndirən bölgə klubunun əsas komandayla bağlı işləri heç cür yolunda getmirdi. Əcnəbi, yoxsa yerli məşqçiylə işləməyə qərar verə bilməyən, əsas komandanın baş məşqçilərini tez-tez dəyişən “Qəbələ”də vəziyyət həqiqətən də arzuolunmaz idi. Rusiyalı Yuri Syomin komandanı avrokuboklara çıxarsa da, işini davam etdirmək istəmədi və bir gecənin içində Azərbaycanı tərk etdi. Muntyanu isə heç cür özünə hörmət, “Qəbələ”yə sabitlik və ardıcıl qələbələr qazandırmağı bacarmadı. Zəhmli rumın qısa müddət sonra şələ-şüləsini yığıb “Qəbələ”dən ayrıldı. Mənim də başverənlərə münasibətim haqlı olaraq mənfi idi, klubu davamlı tənqid edirdim. Rumıniyalının gedişindən sonra ukraynalının gəlişiylə “Qəbələ”dəki böhranın bitməyəcəyini, həmin mövsümün də boşa veriləcəyini proqnozlaşdırırdım. Amma bu dəfə yanıldım.
Bizi Roman İosifoviç yanıltdı. Bununla da “Qəbələ”nin yeni və möhtəşəm romanı yazılmağa başladı. Qriqorçukun müəllifi olduğu bu romanı ardıcıl iki mövsüm həzz ala-ala, sevinə-sevinə oxuduq. “Dinamo” ilə Tiflisdəki oyundan sonra mərhələni keçməyəcəyimizdən belə narahat idik. Amma fələyin nə sayması onu maraqlandırmırdı. Roman İosifoviç bir möcüzəni gerçəkləşdirdi. “Qəbələ” Avropa Liqasının ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulub, qruplarda oynamağa haqq qazanan yeganə klub oldu. Bu təsadüf idimi? Yox! Növbəti mövsümdə həmin uğurun təkrarlanması onu sübut etdi ki, Romanın və “Qəbələ”nin bu uğuru heç də təsadüf deyilmiş. Onlar bu uğura layiq idilər. Gecə-gündüz çəkilən zəhmət və xərclərin qarşılığı məhz bu cür mükafatlandılmalıydı. Futbol tanrısı Azərbaycanın ən yaxşı futbol meydanlarına, infrastrukturuna, uşaq məktəblərinə sahib olan klubu məhz bu cür mükafatlandırırdı.
Üç tam, bir yarımçıq mövsümə sığan təkcə bu deyil. Hərgah ardıcıl iki mövsüm Avropa Liqasının qrupuna komanda çıxarmaq, özü də bunu ilkin təsnifat mərhələsindən başlayaraq etmək az iş deyil. “Qəbələ” həmin zaman kəsiyində Qriqorçukun rəhbərliyi altında 4 medal qazanıb. Bu medallardan ikisi bürünc, ikisi isə gümüşdü. Bu müddət ərzində “Qəbələ” iki dəfə ölkə kubokunun finalında oynamaq, qəniməti muzeyinə aparmaq imkanı da əldə etmişdi. Amma hər ikisində son nöqtəni qoymaq, həlledici oyunun qalibinə çevrilmək üçün nəsə çatmadı. Sonuncu finaldakı uğursuzluq, “Qəbələ”nin doğma meydanda “Keşlə”yə uduzub, kuboksuz qalması hər şeyi alt-üst etdi. Çox güman, ukraynalı çalışdırıcı kuboku qazana bilsəydi belə, “Qəbələ”ni tərk edəcəkdi. Lakin gedişi özünə və komandasına yaraşan şəkildə olardı, onu haqq etdiyi alqışlarla yola salardılar.
Bəli, mən onu heç vaxt belə görməmişdim. Futbol hər nə qədər sevimli, həyəcanlı oyun olsa da, həm də çox qəddardı. Azarkeşlər hər nə qədər bu oyunun bəzəyi sayılsalar da, bir az vəfasız, bir az da etibarsızdılar. Qoy, qəbələli futbolsevərlər məndən inciməsinlər. Bəlkə də onlar mənim, mən onların yerində olmadığımız üçün bir-birimizi yaxşı başa düşə bilmirik. Şəxsi qənaətimdi ki, “Qəbələ” üçün tarixi uğurlar qazanmış Qriqorçuk bu cür getməyə, meydandan söyüşlərin və ona atılan butulkaların müşayiəti ilə yola salınmağa layiq deyildi.
Təəssüflər olsun ki, bitməz dediyimiz, bitməsini arzulamadığımız roman bu cür bitdi. Bitən təkcə Roman İosifoviçin “Qəbələ” ilə birlikdə yazmağa başladığı roman deyildi. Özü də bitmişdi. Stadionun tunelində jurnalistlərə istefasını açıqlayarkən çox çətin durumda, köməksiz və yorğun görünürdü. Bu roman da, o Roman da belə acınacaqlı şəkildə bitirdi. Azərbaycan futbolunun bildiyimiz və bilmədiyimiz reallıqları buna gətirib çıxardı.
Yolun açıq olsun, Roman İosifoviç! Bildiyimə görə, sizi paytaxtda gözləyirlər. Azərbaycanın yox, Qazaxıstanın paytaxtında. Ordan gələcək xoş soraqlarınızı eşitmək ümidi ilə...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Dünən, 13:56 “Dauqavpils” Tural Bayramlıya görə AFFA-dan üzr istədi Dünən, 13:50 “Uğur”un rəhbərindən gözlənilməz açıqlama Dünən, 13:44 “1/8 finalda Şəhriyarla Teymur qarşılaşanda ürəyim parçalandı” Dünən, 13:39 Qadze “Zirə”ni tərk etdiyinə görə peşman olub Dünən, 13:27 Bəhruz Zeynalovun “Mübarizlər”i starta hazırdı Dünən, 13:25 Püşkatma mərasimi keçirildi 12-10-2019, 13:48 “Nə qədər ki azərbaycanlı futbolçular legioner həyatı yaşamayacaq, yığmadan ancaq sensasiya gözləməyə məcburuq” 12-10-2019, 13:43 U-21-in üzvü 72 saat hava limanının təcridxanasında qaldı 12-10-2019, 12:26 Zaur Həşimov Sənan Qurbanovu özünə köməkçi görmür 12-10-2019, 12:21 Zaur Həşimov “Qəbələ”ni çətinə salıb 12-10-2019, 12:18 Şaban Donat istefaya göndərildi 12-10-2019, 12:02 “Baş məşqçinin qış fasiləsində gətiriləcəyi ehtimal olunur” 12-10-2019, 11:59 Macarlarla oyunların acı statistikası 12-10-2019, 11:56 Mütəxəssislər Budapeştdə xal qazanacağımıza inanırlar 12-10-2019, 11:53 Macarlarla oyunu “Neftçi”nin qələbəsini qeydə alan hakim idarə edəcək 12-10-2019, 11:32 Qurban Qurbanovun oğlu 5 oyuna 6 qol vurub 12-10-2019, 11:30 Qadzenin keçidi rəsmiləşdi 12-10-2019, 11:28 Basketbolu diriltmək istəyənlərdən “Sektor 11”ə əcaib təklif 12-10-2019, 11:26 Fransızlar U-21-i 5 qolla yola saldı 12-10-2019, 11:22 “Benfika” da çempionumuzu darmadağın etdi 11-10-2019, 13:09 Macarların “iştah”ı qaydasındadı 11-10-2019, 13:06 “Lüksemburqda bununla bağlı araşdırmalar davam edir” 11-10-2019, 13:02 Samir Abasovun istefası futbolçular üçün gözlənilməz olub 11-10-2019, 13:01 Veteranlar Oqtay Abdullayevə görə yığışdı 11-10-2019, 12:59 “Zirə” Zaur Həşimova tapşırıldı 11-10-2019, 12:57 “Araz”ın iranlı legionerlərinə viza verilmədi 11-10-2019, 12:55 Boş tribunalar önündə əzmkar qələbə 11-10-2019, 12:52 Hakimlərin mühakiməsi 11-10-2019, 12:49 3120 manatlıq iclas 11-10-2019, 12:45 “CBC Sport”un baş redaktoru suallardan yayındı 11-10-2019, 12:44 “Bu yolda əməyimizi, köməyimizi göstərməyə hər zaman hazırıq” 11-10-2019, 12:43 APOEL-in hücumçusu ikinci yerə layiq olduqlarını düşünür 11-10-2019, 12:39 “Araz” meydan sahibləri ilə bacarmadı 9-10-2019, 12:00 Dron qalmaqalının təşkilatçısı Mxitaryanla telefonla danışıb 9-10-2019, 11:57 “Zirə” Buma görə 100 min dollar tələb edib 9-10-2019, 11:55 Jezniçak Bakıya gəldi 9-10-2019, 11:54 Aftandil Hacıyev ilk dövrəni qənaətbəxş sayır 9-10-2019, 11:50 “Neftçi” böhrandan çıxır, “Səbail”də böhran başlayıb 9-10-2019, 11:45 "Qarabağ" “Sabah”la oyunda da büdrəmədi 9-10-2019, 11:38 Zirədən qonaqlar razı getdi 9-10-2019, 11:30 “Araz” ÇL-də mübarizəyə başlayır 9-10-2019, 11:27 “Kapital Bank Arena”da səssiz gecə 9-10-2019, 11:25 Rüfət “Proyssen”i məğlubiyyətdən xilas etdi 9-10-2019, 11:23 Dron qaldırdı, indi də təhdid yağdırır! 9-10-2019, 11:16 Hardasan, Azərbaycan dövləti? 9-10-2019, 11:14 Dövrə yekunu: "Qarabağ" ən yaxın izləyicisindən 10 xal öndə! 4-10-2019, 12:46 “UltrAslan Azərbaycan”ın 7 min manat xərci çıxıb 4-10-2019, 12:44 Verniduba vasitəçilik edən Səbuhi Səfiyarlı deyil 4-10-2019, 12:42 Yurçeviç Eddini yığmaya qaytardı 4-10-2019, 12:39 Alesio ÇL üçün 12 futzalçı sifariş etdi 4-10-2019, 12:34 Musa Qurbanlı sabiq komandasını cəzalandırdı 4-10-2019, 12:33 Emil yenə ən yaxşılar arasında 4-10-2019, 12:31 Özat “Sabah”la danışıq apardığını təsdiqlədi 4-10-2019, 12:29 Sumqayıtda danışılmış oyunlarla bağlı seminar 4-10-2019, 12:13 Riad Rəfiyev: “Bizim günahımız nədi ki, Nazim Süleymanov məndən, klubdan narazılıq edir?” 4-10-2019, 12:06 “Qəbələ” Nikosiyadan yaxşı nəticə ilə qayıdır 4-10-2019, 12:04 "Qarabağ"ın baş meneceri yenidən seçildi Bütün xəbərlər
Ən çox oxunanlar