30 may 13:04Yazar

Nədən narahatsız?

Mövsüm bitər-bitməz “Qarabağ”ın 9 futbolçu ilə vidalaşması haqda yayılan xəbər şok effekti verdi. Son günlər sosial şəbəkələrdə əsas söhbət mövzusu budu. Nə kubokun finalını yada salan var, nə yığmanın qarşıdakı yoldaşlıq görüşləri haqda danışan, nə də “Sumqayıt”ın parça-parça olması haqda fikir bildirənlər. Normaldı.
“Qarabağ” hazırda Azərbaycan futbolunun güzgüsü, vizit vərəqidi. Artıq hər kəsi komandanın gələcəyi, avrokuboklardakı nəticələri maraqlandırır. Ardıcıl 3 il Avroliqanın, son mövsümdə isə Çempionlar Liqasının qrupunda çıxış etməklə təkcə ölkəyə yox, dünyaya səs salan “köhlən atlar”dakı “yarpaq tökümü” haqlı narahatlığa səbəb olub. Buna ehtiyac varmı?
Karyerasını “Qarabağ”da davam etdirməyəcək futbolçular kimlərdi? İbrahim Şehiç, Riçard Almeyda, Pedro Enrike, Ramil Şeydayev, Əfran İsmayılov, Rahid Əmirquliyev, Arif Daşdəmirov, Ağabala Ramazanov, Elvin Yunuszadə... İlk ikisini çıxsaq, digərlərini ağdamlılar üçün ciddi itki saymağa dəyərmi? Qətiyyən. Mövsümboyu – nə daxili birincilikdə, nə də Çempionlar Liqasında yerdə qalanlardan heç biri əvəzolunmaz olduğunu sübut edə bilmədi. Deyək ki, Enrikenin braziliyalı olması az-çox özünü göstərirdi. Amma yerlilərlə bağlı məsələdə narahatlıq olmamalıdı axı. Qurban Qurbanov ehtiyat oyunçular skamyasının bəzəyinə çevrilən və bundan sonra qeyri-adi nəsə edə biləcəyinə inanmadığı futbolçuların yola salınmasına razılıq verdi. O başqa məsələ ki, vaxtilə digər premyer-liqa klublarında “at oynadanlar” özlərini “Qarabağ”da göstərə bilmir, yüksək hədəflər uğrunda mübarizədə yığma üzvlərinə və əcnəbilərə uduzurlar.
Gec-tez getməliydilər. Həmin Əfran da, Arif də, Elvin də, Ağabala da... “Qarabağ” onlar üçün istirahət mərkəzinə çevrilmişdi. Bundan sonrakı hədəf isə son mövsümdə özlərini yaxşı tərəfdən göstərənlərə “Qarabağ” formasını geydirmək olacaq. Məgər “Sumqayıt”da, “Keşlə”də, lap elə “Zirə”də belələri azdı? Doymuşlardansa, aclara güvənmək daha sərfəli olar. Qısası, yerlilərin itkisinə zərrə qədər də təəssüflənməyə dəyməz.
Hə, məsələnin əsas tərəfi, hər kəsi maraqlandıran sual: Riçardla Şehiç niyə getdi və ya niyə getməliydi? Qardaşlar, yüksək hədəflərdən danışırdıq, Çempionlar Liqasının qrupunu tələb edirdik ha, bax, bu gedişlər həmin uğurun acı və ...xoş nəticəsidi. Dino Ndlovu, Riçard Almeyda və İbrahim Şehiç Çempionlar Liqasındakı “Qarabağ” adlı vitrinin ən “dadlı məhsullarıydı”. “Ateltiko” ilə iki oyunda uduzmayan komandanın ən bacarıqlıları skautların, əcnəbi mütəxəssislərin diqqətini çəkməliydi. Yəni onların gedişinin bir nömrəli səbəbi ÇL-dəki oyunlar idi. Adamlara burda qazandığından azı iki dəfə artıq maaş təklif olunursa, hər tur 30-40 min azarkeşin önündə oynayacaqlarını bilirlərsə, Qurban Qurbanov, ya da Rəşad Sadıqov onlara hansı ümidi verib burda qalmalarına nail olsun? Elə bir məqam yoxdu axı. Enrike isə düşüncəmə görə, ciddi itki deyil. Adam “Qarabağ” ÇL-in qrupuna vəsiqə qazananda gəldi və faktiki uğura gedən yolda ciddi rol oynamadı. “Roma”nın qapısından keçirdiyi top isə ÇL-in qrupundakı ilk qolumuz kimi tarixə düşməkdən başqa heç nəyə yaramadı. Son çempionatda 19 oyunda meydana çıxıb 3 qol vurması faktını da göz önünə gətirəndə, ciddi fiqur olmadığı ortaya çıxır.
Təbii, Riçardla Şehiçin boşluğunu doldurmaq çətin olacaq. Amma mümkünsüz deyil. Çünki uğurların əsas memarı Qurban Qurbanov və illərdi baş məşqçinin arxasında dayanıb səxavətini əsirgəməyən rəhbərlik bu gün də “Qarabağ”dadı. “Köhlən atlar” vaxtilə “Borussiya” və “Tvente” ilə pley-off oyunlarına çıxanda nə Reynaldo vardı, nə də Riçard Almeyda. “Qarabağ” ilk dəfə Avroliqanın qrupuna vəsiqə qazananda nə Dino Ndlovu vardı, nə də Pedro Enrike. Çünki son 5 ilin çempionu konkret kim(lər)dənsə asılı olmayıb. Bundan sonra da olacağı inandırıcı deyil.
Çumbinyo, Leroy Corc, Reynaldo gedəndə də narahatlıq vardı. Sonu nə oldu? Daha yaxşısı, deyilmi? Ümid edək ki, budəfəki nəsildəyişmə prosesi də sürətlə inkişaf edəcək və Azərbaycan futbolunun dünyadakı layiqli təmsilçisi üzləri güldürməkdə davam edəcək.
Gedənlərə görə yas saxlayanların tərəfində deyiləm. Məni narahat edən məqam tam başqadı. Niyə “Qarabağ” vitrini”ndə azərbaycanlılara göz qoyan yoxdu? Məgər Bədavi Hüseynov, Maksim Medvedev, lap elə Mahir Mədətov Belçikanın, Hollandiyanın, Rusiya və Türkiyənin elitasında oynaya biləcək potensiala sahib deyil? Oynayalar, həm də necə. Sadəcə, pasportlarında “milliyyəti” bölməsinin qarşısında o “azərbaycanlı” sözü var ha...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:58 Ramil Şeydayev qol vursa da... Bu gün, 13:51 AFFA idman jurnalistlərini çağırır Bu gün, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı Bu gün, 13:47 Futvolley turnirində böyük fırıldaq Bu gün, 13:44 Qolsuz, amma maraqlı gecə Bu gün, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! Bu gün, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi Bu gün, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı Bu gün, 13:03 “Zirə” də getdi Bu gün, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı Bu gün, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var Bu gün, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış 18-07-2018, 18:22 Vüqar Məmməd yetirmələrini təbrik etdi 18-07-2018, 18:21 SOCAR-dan maliyyələşən klublar fəaliyyətini dayandıracaq 18-07-2018, 18:20 “Sumqayıt” Arif Daşdəmirovla ortaq məxrəcə gəlib 18-07-2018, 18:19 "Baltsan" "Hilton"da qalacaq 18-07-2018, 18:16 Yığma beynəlxalq turnirdə iştirak edəcək 18-07-2018, 18:15 Milli Mətbuat Günü ilə bağlı tədbir 18-07-2018, 18:14 “Sıradan bir komanda olmadığımızı lüksemburqlulara göstərəcəyik” 17-07-2018, 17:25 Ardıcıl ağır məğlubiyyətlər 17-07-2018, 17:24 Cüdoçularımız Almaniyada parladı 17-07-2018, 17:22 “Milli dəstə”nin üzvü Kamran Ağayevə etirazını bildirib 17-07-2018, 17:21 Macarıstana yollanmaq istəyənlər problemlə üzləşib 17-07-2018, 17:19 “Qəbələ” Differdanjda “Hilton” otelində qalacaq 17-07-2018, 17:18 “Sevilya”nın baş məşqçisi cavab görüşünü gözləyir 17-07-2018, 17:15 Skarlatake “Baltsan”ı keçəcəklərinə əmindi 17-07-2018, 17:13 Ayxan Abbasov afrikalıları geri göndərdi 17-07-2018, 17:12 U-19 “Keşlə”nin əvəzedicilərini darmadağın etdi 17-07-2018, 17:10 “Keşlə”nin oyunçuları “oxu atıb, yayı gizlətdi” 17-07-2018, 17:08 “Neftçi” səfərə çarterlə yollanacaq 17-07-2018, 17:07 Kapitan “Uypeşt” rəhbərliyini tənqid atəşinə tutdu 17-07-2018, 17:05 “Neftçi” Namiqi uzun müddətə itirdi 17-07-2018, 17:03 “Dalğa Beach”də Braziliya rüzgarı əsdi 17-07-2018, 17:01 Azər Bağırov çempionluğa iddialı komanda formalaşdırır 17-07-2018, 17:00 Şeydayev “Trabzonspor”un heyətində meydana çıxdı 17-07-2018, 16:58 Rövlan Muradov “Slaviya”dan ayrıldı 17-07-2018, 16:56 Jurnalistlər tennis oynadı 17-07-2018, 16:55 “Sabah” “Zirə”yə də uduzdu 17-07-2018, 16:53 “Səbail” ərəblərlə oyunda üstünlüyü əldən verdi 17-07-2018, 16:51 Rizvan Fərzəliyev “Araz”dan Alesionun istəyi ilə kənarlaşdırılıb 17-07-2018, 16:48 “Xan Lənkəran” 2019/20 mövsümündə elitada oynamaq istəyir 15-07-2018, 15:47 Qədir hamını qabaqladı 15-07-2018, 15:44 AFFA İcraiyyə Komitəsi iyulun sonu və ya avqustun əvvəlində yığışacaq 15-07-2018, 15:42 Zaur Axundov qayıtdı, “Keşlə” Maltada yubandı 15-07-2018, 15:41 Karapetyan oyunu “İdman Azərbaycan”dan izləyib 15-07-2018, 15:39 “Qəbələ” rəhbərliyi ümidini itirməyib 15-07-2018, 15:38 Paratskiylə Braliç 1:0, Ozobiç 2:1 dedi Bütün xəbərlər
Ən çox oxunanlar