27 may 12:00Yazar

“Qarabağ” və Qurbanov nümunəsi

“Qarabağ”ın indiyə qədər qazandığı uğurların əsas memarı sözsüz ki, Qurban Qurbanovdu. İstedadlı baş məşqçi Ağdam təmsilçisini əvvəlcə Azərbaycanda ən güclülərdən birinə çevirməyi bacardı. Daha sonra isə uğurların davamını qitənin yaşıl meydanlarında, avrokuboklarda gətirdi. Heç şübhəsiz, onun fəaliyyətinin uğurlu alınmasında düzgün transfer siyasəti də əhəmiyyətli rol oynadı. İndiyə qədər “Qarabağ”a gəlmiş-getmiş futbolçuların böyük əksəriyyəti Qurban bəyin doğru seçim etməyi bacardığını göstərdilər və geydikləri formanın haqqını artıqlamasıyla verməyi bacardılar. Məlum məsələdi ki, uğurlu transferlər deyərkən bəzi istisnaların olduğunu da nəzərə almalıyıq. Bu da uzun zaman kəsiyində gerçəkləşdirilən transferlərin fonunda normaldı. Bir halda ki, “Qarabağ”ın istər yerli, istərsə də əcnəbi futbolçuları Azərbaycanda öz mövqeləri üzrə ən güclülərdən olmağı bacarıb, komandanı da zirvələrə daşıyıblar, deməli, ümumilikdə komandanın transfer seçimi uğurlu olub.
Və sözsüz ki, “Qarabağ”ın 2008-ci ildən bəri qazandığı uğurlardan danışarkən klub rəhbərliyini də unutmamalıyıq. Məhz onlar 10 ilə yaxın bir müddətdə Qurban Qurbanova verdikləri dəstəklə, peşəkar idarəçiliklə Azərbaycan futbolunda bir “Qarabağ” markası yaradıblar. Bu marka son beş mövsumdə ölkə çempionatında şəksiz lider rolunu oynamaqla kifayətlənməyib. Ardıcıl üç mövsüm Avropa Liqasının qrupunda oynayan “Qarabağ” ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməklə müasir Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdırdı. Qitənin nəhəng klublarının yarışdığı futbol bayramında bizim də imzamız oldu, “Roma”, “Çelsi” və “Atletiko”nu Bakıya gətirdik. Qrup mərhələsinə yüksəlməzdən əvvəl də “Qarabağ” avrokuboklarda Azərbaycanı uğurla təmsil etməyi bacarır, pley-off mərhələsinə qədər qarşısına çıxan rəqibləri yolundan kənarlaşdırırdı. Hələ onda hiss edirdik, inanırdıq ki, gec-tez o sədd də aşılacaq, “Qarabağ” layiq olduğu qrup mərhələsinə yüksələcək. Bizimlə birlikdə “Qarabağ”ın rəhbərliyi də inanırdı.
10 il əvvəl Rasim Kara qəfil qərarla “Qarabağ”ı “Xəzər Lənkəran”a dəyişəndə premyer-liqanın startına sayılı günlər qalırdı. Həmin vaxt türkiyəli məşqçinin bu addımını fərarilik kimi dəyərləndirir, onu tənqid edirdik. Düşünürdük ki, həmin o ani qərar “Qarabağ”ı çətin vəziyyətdə qoyacaq, təlatümlər gətirəcək. Sən demə, “hər işdə bir xeyir var” deyimi bu məqamda tam yerinə düşəcəkmiş. Karanın bu qaçışı “Qarabağ” üçün yeni bir eranın başlanğıcı olacaqmış. Özü də adi bir eranın yox, parlaq qələbələrlə zəngin, çempionluqlara, kuboklara, avrokuboklarda möhtəşəm zəfərlərə aparan yeni bir dövrün. Bu mənada həmin qərarına görə elə Rasim Karaya da təşəkkür düşür. Yaxşı ki, qaçdın, Rasim hoca. Qaçışınla bizə həm “Qarabağ” kimi bir klub, həm də Qurban Qurbanov kimi mütəxəssis qazandırdın.
İlin-günün bu baxtında “Qarabağ”ın keçdiyi yolu, qazandığı uğurları boşuna xatırlayıb, əməyi keçənlərə təşəkkür etmirəm. Sözümün canı var. Bəli, söhbət klub rəhbərlərinin davranışlarından, məşqçilərə zamanın verilməsinin vacibliyindən gedir. Biz niyə bu qədər səbrsiz olmuşuq, dostlar? Ortada “Qarabağ” və Qurban Qurbanov nümunəsi var. 2008-ci ildə komandanı qəbul edən Qurbanov “köhlən atlar”la ilk çempionluğunu 2014-də yaşadı. Düz 6 ildən sonra. Bu periodda uğursuzluqlar, yenilgilər də oldu. Bəzən tribunalarda, bəzən də elə idman mətbuatında Qurbanovun istefasıyla bağlı çağırışlar səsləndi. Klub rəhbərliyi isə Qurban bəydən dəstəyini əsirgəmədi, ona inanmağa davam etdilər. Nəticə ortadadı. Bu gün “Qarabağ” Azərbaycan səviyyəsini aşıb, Avropada tanınan komandaya çevrilib. Yaxşıdan nümunə götürmək nə üçün bu qədər çətindi? Berti Foqtsa 6 il, Robert Prosineçkiyə 3 il zaman və şansın tanındığı ölkədə eyni etimad yerli mütəxəssislərə niyə göstərilmir?
Kəsib atmaq, istefaya göndərmək, yaxud da adı qoyulduğu kimi “qarşılıqlı razılıq əsasında yolları ayırmaq” çox asandı. Bizim klubların başbilənləri bir dəqiqənin içində görülən bütün işlərin üzərindən xətt çəkməyi, 6 ay, ya da bir il çalışmış məşqçi ilə yolları ayırmağı bacarırlar. Amma ona dəstək vermək, inanmaq, klubda sabitlik yaratmaq mümkünsüz və müşkül işə çevrilir. Bir məşqçinin işindən ayrılması təkcə onun işsiz qalması demək deyil. Həm də onun rəhbərliyi altında görülən işlərın sıfırlanması, çəkilən əziyyətin və xərcin boşa getməsi, havaya sovrulması deməkdi. Göz görə-görə buna niyə gedirlər? Samir Abasov emosiyalarına qurban getdi, qarşısında ciddi hədəf olmayan “Sumqayıt”dan ayrıldığını açıqladı. Bunu anladıq. Bəs Samir Əliyev “Səbail”dən niyə göndərilir? “Neftçi” rəhbərliyi Tərlan Əhmədovla yeni müqavilənin imzalanmasını nə üçün düyünə salıb, onun komandadan könüllü getməsi üçün min hoqqadan çıxır?!
Səbəbi mənim üçün qaranlıqdı, inanın mənə. Bəzən adama elə gəlir ki, “Səbail”in, yaxud da “Neftçi”nin rəhbərliyi komandanın uğur qazanmasında maraqlı deyil, onlar üçün hansısa şəxsi maraqlar, prinsiplər önəmlidi. Başqa cür olsaydı, klubda yaradılan sabitliyi pozmaz, öz işiylə az-çox fərqlənməyi bacaran futbol adamlarıyla yollarını bu formada ayırmazdılar. Yazının girişində vurğuladığım kimi, ortada “Qarabağ” rəhbərliyinin və Qurban Qurbanovun timsalında çox ciddi uğur nümunəsi var. Kifayət etmirmi?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar