27 may 11:09Yazar

Qiymətləri od tutub yanan Kiyev, əlacsız prezident, qaytarılan biletlər…

Kiyevdə aləm bir-birinə qarışıb. Otellərdə qiymətlər alışıb-yanır, şəxsi evlərdə günlük ödəniş kəllə-çarxa qalxıb. Heç Avropa çempionatına evsahibliyi edəndə belə dəhşət yaşanmırdı Kiyevdə. Mayın 26-da keçiriləcək Çempionlar Liqasının finalı ərəfəsində Ukrayna paytaxtında otel və hostellərin qiyməti az qala 10 dəfə bahalaşıb. Otellərin, demək olar ki, hamısı, hostellərin isə əksəriyyəti artıq bron edilib.
Restoranlarda qiymətlər də fantastik dərəcədə yüksəkdi. Bir sözlə, Kiyevin əlinə fürsət düşüb. Bir günün içində varlanmaq. Çox maraqlıdı ki, Ukrayna prezidenti Pyotr Poroşenko da başverənlərə təsir etmək gücündə deyil. Necə etsin, otel sahiblərini çağırıb, “qiymətləri aşağı salın” desin?
Qiymətlər o qədər fantastikdi ki, finalçıların - “Liverpul”la “Real”ın yüzlərlə azarkeşi aldıqları biletləri geri qaytarırıblar. Odur ki, mayın 26-da Kiyevin “Olimpiyski” stadionunda boş yerlər görsəz, təəccüblənməyin.
Bundan başqa, sən demə, qadınlar arasında Çempionlar Liqasının finalı da Kiyevdədi. Lobanovski adına “Dinamo” stadionunda keçiriləcək bu oyun. “Əsas” finaldan iki gün əvvəl Almaniya “Volfsburq”unun qadın komandası Fransanın “Lion”unu qəbul edəcək. Təsəvvür edin, bu oyunun biletləri belə 80 avrodan başlayır.
Hə, bir sözlə, bugünlərdə Kiyevə azı 60 min azarkeşin gələcəyi gözlənilir.
Bu arada hər iki final oyunu arasında, yəni mayın 25-də Kiyevin düz göbəyində, Kreşatikdə Ultimate Champions Tournament (Çempionlar turniri) adlı oyun da keçiriləcək. Bunun üçün şəhərin mərkəzində xüsusi örtüklü meydança da salınıb. Şuker, Miyatoviç, Makmanaman, Zeedorf, Şevçenko, Deku kimi ulduzların qatılacağı bu şou-tamaşanın biletləri də olduqca bahadı.
Bir sözlə, bahalıq Kiyevdə əl yandırır. Tanınmış bloqqer Olqa Şariy Britaniya KİV-inə açıqlamasında bildirib ki, “Liverpul”un 2000-dən artıq azarkeşi finalı izləmək üçün Kiyevə getməkdən imtina edib.
Bu arada İspaniyanın “Marka” qəzeti “Çempionlar Liqasının Kiyev finalı dəhşətə çevrilib” sörlövhəli yazıyla çıxış edib. Yazıda deyilir ki, nəinki fanatlar, “Real”ın ulduz oyunçularının əlində bilet olan qohumları, dostları belə biletləri qaytarırlar. Sən demə, Ukrayna Hava Yollarının marağını nəzərə alan rəsmi Kiyev çarter reyslərinin “Borispol” hava limanınına enməsinə icazə verməyib.
Təyyarə biletlərinə də yaxın durmaq olmur. Ən ucuz biletin qiyməti 800 avrodan artıqdı. Hətta 3000 avroya qədər qiyməti qalxan biletlər təklif edilir.
Bu hələ harasıdı?! Ukraynalılar final ərəfəsində UEFA qarşısında bir şərt də qoyublar. Çempionlar Liqasının əsas sponsorlarından olan Rusiyanın “Qazprom” şirkətinin reklamı “Olimpiyski”də görünməməlidi! Necə deyərlər, qalmaqal qalmaqal dalınca.
Bütün bunlara baxmayaraq, sabah nəinki Avropanın, bütün dünyanın gözü Kiyevdə olacaq. Neçə milyard insan televiziya ekranlarından həyəcanla ingilis - ispan duelini izləyəcək. Böyük bayramdı, bəzən bayramda da xırda qan-qaraçılıq olur...
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:33 Liderlər üçün asan gəzinti Dünən, 19:32 “Kəpəz”in yubileyinə aid film təqdim olundu Dünən, 19:30 Mitreski “Neftçi”dəki ən yaddaqalan oyununu xatırladı Dünən, 19:28 Zaqreb sınağı: bir ay əvvəlin düşüncələri Dünən, 19:27 Ramil Şeydayev Yurçeviçi tanımır Dünən, 19:25 “El Klasiko” “İdman Azərbaycan”da Dünən, 19:17 Riad Rəfiyev yeni transferləri yararsız saymır Dünən, 19:15 “Sumqayıt” rəhbərliyi məşqçilərlə görüş keçirəcək Dünən, 19:12 Elvin Məmmədov “qara zolaq”dan çıxmaq üçün bir qələbənin kifayət edəcəyini düşünür Dünən, 19:09 Sərxan Hacıyev Budapeştdədi Dünən, 19:07 “İspan mətbəxinə öyrəşmək asan olmadı və 4-5 futbolçumuz xəstələndi” Dünən, 19:06 Ölkə futbolunda rüsvayçılıq davam edir Dünən, 19:05 “Neftçi” qeyri-adi cəzanı əsaslı sayır Dünən, 19:03 Təmkin Xəlilzadə duyğulan(dır)dı Dünən, 19:02 Lider dəyişəcəkmi? Dünən, 18:59 Zal dəyişdi, canlı yayın olmayacaq Dünən, 18:52 İlk dueli türklər qazandı Dünən, 18:50 Emil oynadı, “Tobol” qələbə qazandı Dünən, 18:47 “Elə cavab verərəm, siz də qəzetə yazarsız, sonra ...” Dünən, 18:44 Delarj durumundan məmnundu Dünən, 18:43 Dördüncü “Media turniri” başlayır Dünən, 18:41 Qurban Qurbanov İnzaqi ilə Donadonidən öndə 20-02-2019, 17:45 “FC Baku” və “Şahdağ” rəqiblərinə “5” verdi 20-02-2019, 17:43 U-19-un üzvləri “qırmızı”nı qabartdı 20-02-2019, 17:41 Nikola Yurçeviç Xorvatiyaya qayıdıb 20-02-2019, 17:40 İntizam Komitəsi “Səbail”i cərimələməlidi 20-02-2019, 17:37 Yığmamız Litvanı sınağa çəkəcək 20-02-2019, 16:40 “Sumqayıt”: 70 illiyə 7-ci yerdə?! 20-02-2019, 16:39 Tural rəsmən “Dauqavpils”də 20-02-2019, 16:36 Bu ruh nə ruhdu belə... 20-02-2019, 16:24 Turun statistikası 20-02-2019, 16:21 Turun məşqçisi 20-02-2019, 16:06 Hakimlərin mühakiməsi 20-02-2019, 16:03 Turun oyunçusu 20-02-2019, 16:02 Turun sitatı 20-02-2019, 15:56 Məhsuldarlıq rekordu 20-02-2019, 15:49 Kubokun son qalibindən açılışda səssizlik, ertəsi darmadağın 20-02-2019, 15:45 Əliyar Ağayev VAR-da sınanacaq 20-02-2019, 15:43 Turdan məqamlar 20-02-2019, 15:40 Ozancanla Renat “yatdı”, Pavel sonradan “ayıldı” 19-02-2019, 14:24 Həftənin idman proqramı 19-02-2019, 14:15 “Real”ın kapitanını dəstəkləyən də oldu, pisləyən də 19-02-2019, 14:13 BOS-un media tribunasında əsaslı yeniliklər olacaq 19-02-2019, 14:12 Yığma şotlandlardan "2 aldı" 19-02-2019, 14:11 Möhtəşəm oyuna 99 gün qaldı! 19-02-2019, 13:47 "Qarabağ" fərqi minimuma endirdi 19-02-2019, 13:46 “Səbail” Akpovetanın keçidini elan etdi 19-02-2019, 13:44 Çempion fərqi: 22 oyun, 22 qələbə! 19-02-2019, 13:43 “Gilavar”ın 1 yaşı tamam oldu 19-02-2019, 13:40 Murad Moldovada baxışdadı 19-02-2019, 13:38 “CBC Sport” niyə diviziondan uzaq gəzir? 19-02-2019, 13:37 “Qarabağ”a 45 dəqiqə bəs etdi 19-02-2019, 13:11 “Tələbələr” Bayıldakı imtahandan “kəsildi” 19-02-2019, 13:06 Eddidən başqa 90 dəqiqə oynayan yoxdu! 19-02-2019, 13:05 Uğursuzların duelində “Keşlə” sevindi 19-02-2019, 12:55 “Sumqayıt” “Zenit”in yetirməsi ilə anlaşdı 19-02-2019, 12:54 U-19 minimal hesabla yenildi Bütün xəbərlər
Ən çox oxunanlar