27 may 10:52Yazar

Mənim bəlalı çempionatım

Azərbaycan kinosunu çox sevirəm. Qarşıma məqsəd qoymuşam ki, Allah ömür versə, baxmadığım bütün bədii filmlərimizi izləyəcəm. Əminəm ki, efir üzü görməyən elə gözəl kinolarımız var ki. Adi həyatda filmlərdən zərbi-məsələ çevrilən ifadələrdən istifadə etməyi də sevirəm. Söhbətə kinomuzdan başlamağım səbəbsiz deyil. Bu köşə yazımın başlığı 1980-ci ildə çəkilmiş “Onun bəlalı sevgisi” filminin adına uyğundu. Bəlkə də ilk baxışdan filmin ssenarisi ilə çempionatımız arasında uyğunluq tapmayacaqsız. Amma dərin fikirləşəndə oxşarlıq üzə çıxır. Deməli, filmin ana sujet xəttini qadın direktorla köməkçisi (katibi) arasındakı sevgi macərası təşkil edir. Adətən, direktor kişi, katibə isə qadın olur. Bu filmdə əksi baş verir. Yəni bir sözlə, müəyyən mənada anormallıq var. Elə çempionatımızda da anormallıq var. Amma N qədər.
Bəli, divizionun qalibi olub, elitaya qalxa bilməyən çempionlarına görə Azərbaycan dünya futboluna inamla başçılıq edir. Ginnesin rekordlar kitabını yazanlar hara baxır? Niyə bu anormal rekordu qeydə almırlar? Budəfəki qurban “Xəzər” oldu. Az qala bütün futbol ictimaiyyəti daş atıb, başını tutdu ki, bəs titul sahibinin haqqını verin. Adamlar klubu Qubaya köçürür, amma siz bölgə futbolunu qətl edirsiz. AFFA isə Nuh dedi, peyğəmbər demədi. “Lisenziya vermərəm” deyib durdu. Heç 1 həftə keçməmiş məlum oldu ki, “Xəzər” acıq edib dağılır. Bu “xarakiri”nin səbəbini başqa cür izah edə bilmirəm. Zorla ali qurumu haqlı çıxardılar. Axı, peşəkar klub 1 il elitaya buraxılmadığı üçün dağılmamalıdı. Əksinə, üzərində çalışıb, AFFA-nın irad tutduğu nöqsanları tədricən aradan qaldırıb, Qubaya köçüb, orda infrastruktur yaradıb, növbəti ilə iddialı gəlməliydi. Onda çətin ki, qurum onlara “veto” qoyardı.
Əlbəttə, heç AFFA da yumurta kimi ağappaq, saf mələk deyil. Qurumun alnında yekə, “Səbail” boyda ləkə var. “Biz bölgələrdə futbolun olmasını istəyirik” cümləsini başa vurmamış ağzının üstündən vurarlar ki, elə isə bu klub hardan çıxdı? Sıfırdan klub yaradana kimi, həmin maliyyəni “Turan Tovuz”, “Zaqatala” və ya “Energetik”ə ayıra bilməzdiz? Çörəyi ver çörəkçiyə, birini də üstəlik. Azarkeşi və futbol ənənələri olan bölgəyə yatırılan pul boşa getməz.
Düzdü, AFFA “Kəpəz”i canlı saxlamaq üçün çox çalışdı. Amma əvvəldən iş düzgün qurulmadı. Gərək Gəncə klubu elitaya qayıdandan infrastrukturun, stadionun və akademiyanın qurulmasına başlanaydı. İndiyə hər şey hazır olar, klub da başqa səviyyəyə çatardı. Daha yatıb-yatıb indi işə başlamazdılar. İndi də “Kəpəz” sanki AFFA-ya “dağılacam, ha” deyir. Özünəqəsdin qarşısının alınması üçün “sarı-göylər”in elitada qalması tələb olunur. Çempionat deyil e, cizgi filmidi. Burda cəngəllik qanunları keçərlidi.
Belə şəraitdə Qurban Qurbanovdan nəticə tələb edirik. “Qarabağ”ın yenidən Çempionlar Liqasının, ən azı bir klubumuzun isə Avroliqanın qrupuna yüksəlməsini gözləyirik. Necə deyərlər, nə ilə Alış?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar