23 may 12:18Yazar

Bu qədər də yox, Abasov

Bəlkə də başverənləri hələ də qəbul etmək istəmirlər. Axı, illərlə gözlənilən həsrət bitəcəkdi. Sumqayıtlı futbolsevərlər də Avroliqa həyəcanını yaşacaqdı. O azarkeşlər ki, sevimlilərini heç bir oyunda tək qoymamışdılar. O azarkeşlər ki, komanda ətrafında yumruq kimi birləşmişdilər. O azarkeşlər ki, cəmi 1326 tamaşaçıya “qucaq açan” arenanın sərhədlərinə sığmırdılar. Əslində yarım milyonluq şəhərin, özü də futbolla nəfəs alan şəhərin bu cür stadiona sıxışdırılması özü ayrıca söhbət mövzusudu. Zaman-zaman bununla bağlı xoş vədlər verilsə də, hələ ki yenilik yoxdu. Nə isə, mövzudan kənara çıxmayaq.
“Sumqayıt” azarkeşləri artıq Avroliqanın xəyalı ilə yaşayırdı. Sırf yerli oyunçularla bunun rellaşdırılması möhtəşəm və heç kimin indiyədək bacarmadığı bir uğur olacaqdı. Ancaq hər şey yolunda getdiyi bir vaxtda bütün arzular, hədəflər alt-üst oldu. Kimlərdi günahkar? Bu uğursuz mənzərənin “rəssam”ı kimdi? Günah futbolçulardadı, yoxsa baş məşqçidə? Bəlkə elə Samir Abasovun dediyi kimi səbəbkar məlum strategiyadı? Ola bilsin, bütün sadaladıqlarımız xırda-xırda yığılaraq sonda ümidlərin çilik-çilik olmasında rol oynadı. Fakt isə budu ki, ölkə futboluna öz töhfəsini verən bir şəhər Avropa arenasına bu qədər yaxın olarkən uzaq qaldı. Bir də belə fürsət ələ düşəcək? Çətin.
Abasov cəsarətli açıqlamaları ilə hər kəsin rəğbətini qazana bilib. Özü də o təkcə “dil pəhləvanı” deyil. “Sumqayıt”da gördüyü işlər göz qabağındaydı. Mövsümün əvvəlində avrokuboklara iddialılar sırasında göstərilməyən kollektiv 5 tur öncəyə kimi AL-ə ən real namizəd idi. Təbii, bu yüksəlişdə məşqçinin əməyi danılmazdı. Kubokda “Qarabağ” mübarizədən kənarlaşdırılanda da “gənclik şəhəri” təmsilçisi boyundan yuxarı tullana bilmişdi. Odu ki, “kimyaçılar”ın uğurlu çıxışında Abasovun işini heçə endirmək ədalətsizlik olar. Düzdü, sonda Avroliqa hədəfi gerçəkləşmədi. Lakin görülən işlər, 11 oyunluq məğlubiyyətsiz seriya göz qabağındadı. Bu gün komandanın AL-ə düşməməsini uğursuzluq kimi dəyərləndiririksə, həmin hədəfi bu qədər yaxına gətirən də Abasovun komandası idi. Lakin...
Samir bəy “Zirə”yə məğlubiyyətdən sonra istefa verdiyini açıqladı. Qəbul olunacaq, ya yox – bunu zaman göstərəcək. Lakin Abasovun xarakterinə bələd olan hər kəs onun qərarından dönməyəcəyini bilir. Hərçənd ölkə futbolunda, futbol ictimaiyyətində “olmaz” dediyimiz o qədər şeylər olub ki... Hər halda, hadisələri qabaqlayıb fikir yürütmək doğru deyil. Gözləyək, necə olacağını görək. Sadəcə, mətbuat konfransında dediyi sözlər Abasova heç yaraşmadı. Bir baş məşqçinin yetirmələrini bu qədər aşağılması çox pis göründü. Komandasını “reabilitasiya mərkəzinə çevrilmiş” adlandıran baş məşqçi bütün günahı yetirmələrinin üstünə atır. Futbolçuları bu qədər aşağılmaq olmaz. Desəydi ki, komandanı psixoloji cəhətdən kökləyə bilmədim, hamının Abasova hörməti birəbeş artacaqdı. Hər kəs düşünücəkdi ki, halal olsun, futbolçularının tərəfini saxladı, məsuliyyəti üzərinə götürdü. Ən pisi budu ki, təkcə bu oyunda belə açıqlama vermədi. Son turlar hər uğursuzluqdan sonra futbolçularını suçlayır, səviyyələrinin yetmədiyini söyləyirdi. Əlbəttə, taleyüklü oyuna çıxan futbolçular baş məşqçidən elə “təriflər” eşidəndə, normalda edə biləcəyini də reallaşdıra bilmir. Bu qədər də yox, Abasov.
O başqa məsələ ki, digər komandalarda heyətə düşə bilməyənlərin çoxu “Sumqayıt”a üz tutur. Bu komandada özünə gəlir, yenidən parlayır. Bütün bunlara, türklər demiş, eyvallah. Ancaq 11 oyun məğlub olmayan, “Qarabağ”ı kubokdan uzaqlaşdıran da elə bu futbolçular idi. Hansısa baş məşqçinin komandasına bu cür yanaşmasını xatırlamaq çətindi. Həmin oyunçular ardıcıl 5 oyunda qalib gələ bilmirsə, deməli, baş məşqçidə də günah var. Gücləri çatmadı? Deməli, güc düzgün bölüşdürülməyib. Təzyiq altında oynayırdılar? Deməli, komanda psixoloji cəhətdən oyunlara köklənməyib. Arxayınlaşıblar? Deməli, məsuliyyət qorunmayıb. Bunları kim etməliydi? Baş məşqçi! Ortada uğursuzluq var? Deməli, baş məşqçinin günahı var.
Yadınızdadısa, “Sumqayıt”ın enişindən öncə Samir bəyin komandada qalıb-qalmayacağı müzakirəyə çıxdı. Gah “Neftçi”ylə adı yanaşı hallandı, gah da “Qəbələ”ylə. Sonradan onun “kimyaçılar”la yeni – ikillik müqavilə bağlayacağı və daha yüksək maaş alacağı söhbəti gündəmə gəldi. Ardınca isə hər kəsi təəccübləndirən, Avroliqaya çıxmaq üçün real şans yaxalayan komanda uğursuzluq zolağına düşdü, heç cür özünə gələ bilmədi. İndi düşündürücü məqam budu: görəsən, həmin olayların bir-biri ilə əlaqəsi var? Əsas səbəb olmasa belə, sadaladıqlarımızın uğursuzluğa müəyyən təsiri oldu. Bəs bunun günakarı kimdi? Reabilitasiya mərkəzinə çevrilmiş komanda, yoxsa Samir Abasov? Siz qərar verin.
Люди кто хочет играть в современные игры на самых высоких настройках с динамичными теняими
даже на самых слабых ПК или ноутах. Без лагов и фризов (Но нужен более менее нормальный инет).
Читайте статья по настройке компа здесь.
Видео по установке и настройке смотрите тут.
Играю уже пол года на ведре 2005 г. Буду рад кому помог разорить буржуев игровой индустрии!!!

Здравствуйте!

Делюсь с вами информацией - создание, продвижение и заработок на сайте работа через интернет на дому беларусь хочешь реально зарабатывать деньги в интернете? Читай статью и получи первый доход уже через пару часов!

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar