23 may 12:08Yazar

Şikəst kimdi - Samir Abasov, yoxsa futbolçular?

Ardıcıl ikinci il “Zirə” ilə bacarmayan və bununla da ölkənin ən koloritli şəhərlərindən birini müstəqillik dönəmində növbəti dəfə Avroliqaya həsrət qoyan (halbuki Azərbaycanın avrokubok macəraları məhz bu şəhərdə başlayıb) Samir Abasovun istefa qərarını müşayiət edən açıqlamanı həm böyük sevinc, həm də dərin təəssüf hissi ilə oxudum. Sevincin altında yatan mülahizə aydındı; Avroliqaya vəsiqəyə bu qədər yaxın olan bir komanda ilə ardıcıl 5 çempionat və 2 kubok oyununda qələbə qazana bilməmək heç də kiçik “uğur” deyil. Və bu dırnaqarası uğurun altında məhz Samir bəyin imzası var. Bu məqamda mənə çox məntiqli görünən “bəs nəyə təəssüflənirsən” sualını da ünvanlaya bilərsiz ki, qoy, bəribaşdan cavab verim: baş məşqçinin dərin məyusluq yaşatdığı həmşəhərlilərindən üzr istəyəcəyini gözləyirdim. Amma adam həmişəki kimi günahı başqalarının üzərinə yıxdı, daha doğrusu, heç bir futbol-məşqçi etikasına sığmayan şəkildə yetirmələrinə “şikəst” damğasını vurdu (“reabilitasiya mərkəzinə çevrilmiş komandada nəsə etmək olmur”). İndi mən “Sumqayıt”ın uğursuzluqları ilə bağlı mülahizələrimi bölüşüm, oxuyun, qərar verin: çempionatda 11, kubokda 2 qələbə qazanan, hətta azman “Qarabağ”ı yolundan silib-süpürən, son 5 tura qədər Avroliqaya vəsiqə yolunda mütləq favorit sayılan futbolçular şikəstdi, yoxsa Samir Abasov?
1-ci mülahizə: mövsümün sonunda mübarizəyə tam hazır futbolçu çatışmazlığından əziyyət çəkəcəyini bilən baş məşqçinin nəyinə lazım idi kubokda irəliləmək? Təbii, deyəcəksiz ki, kubokdan Avroliqaya məsafə daha qısadı. Onda mən də belə deyirəm: 4-ü evdə olmaqla son beş oyundan birində (22 aprel. Sumqayıt – Qarabağ 0:1, 29 aprel. Sumqayıt – Səbail 1:2, 4 may. Kəpəz – Sumqayıt 1:1, 12 may. Sumqayıt – Qəbələ 0:2, 20 may. Sumqayıt – Zirə 1:2) qələbə qazanmaq kifayət idi ki, “gənclik şəhəri”nin gəncləri yayda bir başqa komandaya yox, məhz “Sumqayıt”a azarkeşlik etsin. Komandasının gerçək potensialından xəbərdar olmayan və iki “cəbhə” üçün gücü düzgün bölə bilməyən baş məşqçi şikəstdi, yoxsa futbolçular?
2-ci mülahizə: doğrudan da, komanda şikəstlərdən, başqalarına lazım olmayan futbolçulardan ibarətdisə, bəs cari futbol mövsümündəki 13 qələbəni kim qazanıb? Və ya Samir bəyin məntiqindən belə çıxır ki, qələbələr onun adı ilə bağlıdı, məğlubiyyətlərin məsuliyyəti isə həmin şikəstlərin boynundadı. Başqa bir sadə həqiqət də var: hər dəfə yığmanın heyəti açıqlananda Abasov ayrı-ayrı yetirmələrinin milli formaya layiq olduğunu deyir, hətta Qurban Qurbanovla Rəşad Sadıqovdan məsləhətlərini də əsirgəmirdi. Görəsən, “şikəst” futbolçuları yığmaya göndərməyin adı nədi?
3-cü mülahizə: komanda çox arzuladığı qolu artıq 13-cü dəqiqədə vurubsa və ilk yarıdakı uzatma dəqiqələrini də nəzərə almaqla 58 dəqiqə ərzində qələbə hesabını qoruyursa, Ayxan Abbasovun 46-cı dəqiqədə iki hücumameyilli oyunçunu meydana buraxmaqla təzyiqi ən yüksək həddə çatdırmasına seyrçi mövqeyi tutursuzsa, onda yetirmələrinizin bacarığından, daha doğrusu, bacarıqsızlığından şikayətlənmək haqqınız varmı? B planınız harda idi, Samir Abasov? Axı, Dedovun bərabərlik qolundan sonra “Sumqayıt”ın da oyunun axarını dəyişmək üçün tam 27 dəqiqəsi var idi. Bu vaxtın boşa getməsinin günahkarı kimdi, Samir bəy?
4-cü mülahizə: yalnız azərbaycanlılardan qurulan komandalarla uğur qazanmağın mümkünsüzlüyünü iddia etməklə niyə bu millətin futbolsevərlərində ruh düşkünlüyü yaradır, öz gücünə inamsızlıq toxumları səpirsiz? “Vəkillərinizin” çox maraqlı bir şakəri var. Sizi tez-tez Qurban Qurbanovla müqayisə, gələcəkdə onu birincilik cığırından sıxışdırıb çıxaracağınızı iddia edirlər. Belələrinin menyusuna bir fakt təqdim etmək istəyirəm. “Qarabağ” 2009-un iyulunda avrokuboklarda zəfər yürüşünə başlayanda heyətində bircə legioner vardı – müdafiəçi Admir Teli. Deməli, yerli futbolçulara hesablanan strategiyaya söykənməyin yanlış olduğunu iddia etmək ya korazehinlikdi, ya da sadəcə, öz xalqının övladlarını bəyənməmək!
5-ci, 6-cı, lap 7-ci mülahizəni də tapa bilərəm. Məsələn, Samir bəydən soruşaram ki, PFL mayın 4-də Gəncədə “Kəpəz”lə oyunu qızmar istiyə, yəni saat 16.00-a salanda niyə etiraz etməyə cəsarətiniz çatmadı? Və ya soruşaram ki, “Səbail”in ulduzu Faruk Miyanın “Neftçi”yə qarşı neçə dəqiqə oynamasının sizə nə dəxli? Və ya soruşaram ki, həlledici anlarda meydanda Fərhad Vəliyev kimi liderlərə ehtiyac olduğu halda, Mehdi Cənnətov qapıda nə gəzirdi? Lap bir az da sırtıqlaşıb iddia edərəm ki, “Sumqayıt”ın faciələrinin əsası məhz siz yerli-yersiz pul söhbəti edəndə, maaşınızın məbləği ətrafında daim çarpıcı açıqlamalar verəndə qoyuldu. Amma nə soruşmaq istəyirəm, nə da başqa mülahizəm var. Sadəcə, sonda demək istəyirəm ki, “Sumqayıt”ı və sumqayıtlıları bu il Avroliqaya məhz siz həsrət qoyduz, Samir bəy! Belə ciddi uğuru qazanmağa məşqçi potensialınız yetmədi. Odu ki, istefa doğru və yerində verilmiş qərardı. Amma dünənə qədər başınıza and içən sumqayıtlılara üzr borcunuz da var. Oturun, ciddi-ciddi düşünün, əcnəbi həmkarlarınızın karyerasına göz atın. Onda görəcəksiz ki, onlar ciddi hədəflər uğrunda mübarizə aparan yetirmələrinə nə vaxtsa şikəst deyiblər, ya yox? Nəhayət, bu suala da ayna önündə cavab verin: şikəst kimdi – siz, yoxsa futbolçular?
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar