23 may 11:08Yazar

Bürünc medal, qızıl məşqçi

“Neftçi” mövsümün 3-cü pillədə bitirdi. 1966-cı ildə, 32 il əvvəl olduğu kimi. Onda “Neftçi”nin qazandığı həmin bürünc medal bütün Azərbaycan üçün qürur mənbəyinə çevrilmişdi. İndiki “bürünc” də ağ-qara rənglərə könül verən azakeşləri çox sevindirdi. Çünki ötənilki fiaskodan və cari mövsümə verilən bərbad startdan sonra “Neftçi”nin dirçələcəyi, mükafatçılar sırasında yer alacağı heç də inandırıcı görünmürdü. Debütant “Səbail”ə uduzan, “dişsiz” “Kəpəz”lə heç-heçə oynayan “Neftçi”nin medal bir tərəfə, 6-cı pillədən yuxarı qalxması belə müşkül görünürdü. İndi kiməsə təəccüblü gələ bilər. Amma unutmaq lazım deyil ki, elə həmin bu “Neftçi” ötən mövsümü sondan ikinci pillədə başa vurmuşdu.
O günlər getsin və bir də gəlməsin. Bəli, mən “Neftçi” azarkeşi olmasam da, “xalq komandası”nın güclənməsini ürəkdən arzulayıram. Əminəm ki, mənimlə həmfikirsiz. 81 yaşlı bir klubun bu günlərə düşməsi, futboldan bixəbər və naşı adamların əlində can verməsi heç də xoş mənzərə deyil. Məsələ təkcə əsas komandanın uğursuzluqlarından getmir. Ötən yazılarımın birində yazdığım kimi, “Neftçi”nin əvəzediciləri də ağır vəziyyətdədi. Turnir cədvələnin sondan ikinci pilləsini tutan bu komanda futbolumuzun bayraqdarının acınacaqlı durumunun, uzun illər ənənəsi olan uşaq məktəblərinin dağılmasının, istdedadların pərən-pərən salınmasının göstəricisidi. “Neftçi”nin uşaq məktəbləri Azərbaycanda həmişə öncüllərdən olub. Futbolla məşğul olmaq istəyən azyaşlılar “Neftçi”yə can atıb, valideynlər bu klubun bazasının qapısını döyüblər. İndiki durum “Neftçi”nin başbilənlərini ciddi düşündürməli, böhrandan çıxış yolları axtarılmalıdı. “Neftçi”nin güclənməsi, dirçəlməsi təkcə Ceyhun Sultanovla Kamran Quliyevin danışıqlar apardığı futbolçulardan asılı deyil. “Xalq komandası”nın xoşbəxtliyi elə bu xalqın cocuqlarının “Neftçi”yə cəlb olunmasından, orda düzgün inkişaf etdirilməsindən keçir. “Neftçi”nin mühiti sağlamlaşdırılmalı, fırıldaqçılara, əyri əməl sahiblərinə, ağzından çıxan sözlərin çoxu yalan olanlara orda yer tapılmamalıdı.
İnkişafa gedən yol aşağılardan başlayırsa, düzgünlük də yuxarıdan başlamalıdı. Yuxarı başda oturanlar öz sözlərində bütöv olmalı, mikrofonlar önündə bir söz deyib, arxada başqa işlər çevirməməlidilər. Yəni ki, “Neftçi”nin prezidenti Kamran Quliyev komandanın baş məşqçisi Tərlan Əhmədova qarşı davranışlarında səmimi olmalıdı. Əhmədovun “Neftçi”ni hardan hara qaldırdığını xatırladıb, təkrarçılıq etməyəcəm. Onsuz da hamı hər şeyi bilir. Tərlan Əhmədov ideal məşqçi, qüsursuz insan deyil. Şəxsən mənim də onunla xüsusi münasibətim yoxdu. Görüşəndə salamlaşırıq, bir-iki dəfə də mətbuat konfranslarında suallarıma cavab verib. Sonuncu dəfə Antalyada, millimizin Moldova ilə yoxlama görüşü zamanı qarşılaşmışıq. 20-25 saniyəlik salamlaşmağımızdan, hal-əhval tutmaqdan başqa nəsə danışmamışıq. Amma bütün bunlar olmasaydı belə, mənim vicdanım və oxucularım qarşısında bir borcum var. Mən o borcu yerinə yetirməli və həqiqəti deməliyəm. Bəli, Tərlan Əhmədov “Neftçi”dəki işinə davam etməlidi. Bunun üçün isə müqaviləsinin müddəti uzadılmalı, ona qarşı edilən haqsız və təxribat xarakterli hərəkətlərə son qoyulmalıdı. Əhmədovu yola salıb kimi gətirəcəklər və ondan nə tələb edəcəklər? Tərlan bəyin çalışdırdığı komanda turnir cədvəlində yalnız “Qarabağ”la “Qəbələ”dən geri qalıb. Bu iki komandanın gücü də, səviyyəsi də hər kəsə bəllidi. Son 4-5 ildə premyer-liqa məhz “Qarabağ”la “Qəbələ”nin diqtəsiylə keçir. Avrokuboklardakı uğurlu çıxış da onların gücünün göstəricisidi. Hər ikisi bu səviyyəyə düzgün idarəetmə siyasəti, işə peşəkar yanaşma, uğurlu seleksiya və transferlərlə gəlib çatıb. 2015-ci ilin aprelindən idarəetmə sistemi, rəhbərləri, məşqçiləri, hətta mətbuat katibləri belə tez-tez dəyişən “Neftçi”nin onlarla rəqabət aparması mümkünsüz bir işdi. Kimsə Tərlan Əhmədovu “Neftçi” niyə “Qarabağ”la “Qəbələ”ni qabaqlamadı, nə üçün gümüş yox, bürünc medal qazandıq” deyərək qınaya bilməz. O zaman məşqçinin işindən narazılığın, ona etimad göstərilməməsinin səbəbi nədi?
“Kəpəz”lə oyundan sonrakı mətbuat konfransında da Əhmədov müqavilə mövzusuna toxunub və bildirib ki, onunla rəhbərlik arasında hansısa görüş olmayıb. Məlum məsələdi. Tərlan bəy məlum qruplaşmanın üzvü deyil, yəni Kamran Quliyevin mənsub olduğu “komanda”dan deyil. Klub prezidenti ilk imkandaca “ögey baş məşqçi”dən qurtulmağa, özünə yaxın olan mütəxəssislə işləməyə can atır. Bütün bunları biz də görürük, başa düşürük. Amma bu həyatda insanın haqqını əlindən almaqdan pis şey yoxdu. Bunu edənlər gec-tez əməllərinin cəzasını alırlar. “Neftçi”dəki işinə davam etmək, komandanı avrokuboklara hazırlamaq, yeni transferlərlə heyəti gücləndirib növbəti mövsümün planlarını cızmaq da Tərlan Əhmədovun haqqıdı. Bu haqqı onun əlindən alanlar ciddi səhvə yol verəcəklər. İctimai rəy də, obyektiv mütəxəssislərin və komandaya canı yanan azarkeşlərin əksəriyyəti də bunu deyir. Rəhbərlik isə eşitmir. Yaxud da eşitmək istəmirlər, buna imkanları yoxdu.
Sentimental görünmək istəməzdim. Amma hazırkı mənzərənin qısa icmalı belədi. Onsuz da Tərlan Əhmədov “Neftçi”də “bürünc”dən daha artığını qazanıb, öz imicini qızıl dəyərində yüksəltməyi bacarıb. Bundan sonra qorxulu heç nə yoxdu. Qoy, klub rəhbərliyi və onların havadarları narahat olsun.
Привет.

Делюсь с вами информацией топливная карта ЛУКОЙЛ «ЛИКАРД» для юридических лиц (корпоративных клиентов) помогают решить актуальные для каждого предприятия вопросы по обеспечению автопарка топливом и экономии расходов на ГСМ, планировать и контролировать потребление топлива и заправляться на выгодных условиях утерян чек на бензин приобретенный по топливной карте как отразить в учете в условиях кризиса многие подыскивают вариант дополнительного дохода. Интернет стал реальной возможностью зарабатывать деньги, не выходя из дома. Размещение видеороликов на Ютубе приносит не только популярность, но и позволяет зарабатывать деньги на просмотрах.

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar