18 may 23:08Yazar

32 il əvvəl və bu gün

Düz 32 il əvvəl elə bu ayın, amma başqa günündə Bakıdan Vladivostoka qədər sovet xalqı ağ-qara, rəngli televizorlarının qarşısında əyləşmişdilər. Gözlər isə Liona dikilmişdi - Kuboklar Kubokunun finalına. Kiyev “Dinamo”su Madrid “Atletiko”su ilə qarşılaşırdı. Ustad Valeri Lobanovski isə Luis Araqoneslə.
1986 əslində sovet futbolu üçün dramatik bir il idi. “Dinamo” finala çıxmışdı, qarşıdan Meksikada keçiriləcək dünya çempionatı gəlirdi. Və çempionat ərəfəsində SSRİ yığmasında baş məşqçi dəyişikliyi baş vermişdi. Eduard Malofeyevi məhz Lobanovski əvəz etmişdi. Həmin ərəfədə sovet Azrbaycanının ən demokratik (sözə bax e, sovet və demokratiya) qəzeti olan “Azərbaycan gəncləri”ndə başqa bir ustad Şakir Yaqubovun belə bir yazısı da dərc olunmuşdu: “Çörəyi ver çörəkçiyə…”
Çörəyi doğrudan da çörəkçiyə verdilər. Və Valeri Vasilyeviç yığmanın “sükanı arxasına” keçdi. Belçikayla oyunda biabırçı hakim səhvləri olmasaydı, Allah bilir əsası kiyevlilərdən qurulan yığma haralara gedib çıxacaqdı. Bəlkə də biz Maradonayla Belanovun duelinə belə şahidlik edəcəkdik.
32 il əvvəl mayın 2-də Lionun “Stad de Jerlan” stadionunun qazonuna madridlilər bəlkə də tam əminliklə çıxmışdılar. Amma oyunun ilk və son beş dəqiqəsində Zavarov, Bloxin və Yevtuşenko fərqlənməklə ispanları ölkələrinə əliboş göndərdiər. Kubok SSRİ-yə, daha doğrusu Kiyevə gəldi.
Taleyin işinə bax, düz 32 ildən sonra “Atletiko” yenidən Liondaydı. Yenə finalda. Bu dəfə fransızlarla oynayacaqdılar - “Marsel”lə. Amma “Marsel” neyləsin axı? Nə zavarovları var, nə də belanovları. Heç Qrizmannı dayandıracaq baltaçaları, bessonovları, demyanenkoları da yoxdu. Və Lion daha bir finalda 3:0 hesabına şahidlik etdi. Amma bu dəfə “Atletiko”nun qələbəsinə.
32 il əvvəl biz - 15-16 yaşlı uşaqlar hərəmiz bir komanda tuturduq. Məsələn , mən Tiflis “Dinamo”suna azarkeşlik edirdim. Biləcəridəki məktəbimizin şagirdlərinin yarıdan çoxu isə “Dinamo”ya, təbii ki, Kiyevinkinə. “Neftçi”yə belə o qədər azarkeşlik edən yox idi. Hə, “ala qarğa” kimi bir nəfər də “Spartak”ı tuturdu. Amma hətta “Spartak”a azarkeşlik edilən yerdə belə kimsə hansısa əcnəbi kluba könül bağlamazdı. İdeologiya belə idi, nə idi, amma fakt budu ki kimsə “Liverpul”, “Bavariya”nı, “Barselona”nı dəstəkləmirdi. “Qalatasaray”lı heç deyildilər. Və niyə də olmalıydılar ki?!
32 il əvvəl “Atletiko”ya bütün qolları sovet futbolçuları vurmuşdular. Özü də ukraynalılar, ruslar da. 32 il sonra isə ispanları fransız Qrizmann çempion etdi. Bu da tarixin maraqlı ironiyasıdı, düzdü?!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 11:32 “Bu təcrübəni Foqtsun dövründəki Azərbaycan millisindən götürmüşdük” Bu gün, 11:30 Basketbol Federasiyası boykotçuları təxribatda suçladı Bu gün, 11:26 “Çelik” “Sumqayıt”la oyunda pul qazanmaq istəyirmiş Bu gün, 11:24 “CBC Sport” Antalyadan dörd yoxlama oyununu göstərəcək Bu gün, 11:22 “Qarabağ”ın hücumçusu “Neftçi”yə mesaj göndərdi Bu gün, 11:18 Bizimkilərin yoldaşlıq oyunları sərgüzəştləri Bu gün, 11:17 Nazarov üçüncü hissədə oynadı Bu gün, 11:16 "Səbail" ukraynalıları məğlub etdi Bu gün, 11:15 Beşgünlük tura təyinatlar açıqlandı Bu gün, 11:13 “Qəbələ” nigeriyalını baxışdan keçirəcək Bu gün, 11:12 İmaməliyevin əvəzinə çempion məşqçi Bu gün, 11:10 Stoylov yenidən Qazaxıstanda çalışmaq istəmir Bu gün, 11:08 AFFA millilərlə bağlı strategiyasını dəyişməyib Bu gün, 11:07 “Hövsan”ın sponsoru olsa... Bu gün, 11:05 BKFF şəhidləri andı, “Müşfiq” bir həftəyə 6 xal qazandı Bu gün, 11:04 "Liman" sahilə yan aldı, "kapitan"ı "ağ bayraq qaldırdı" Bu gün, 11:01 Qazandığını haqq edən legionerlər Bu gün, 10:59 Namiq Ələsgərov azarkeşlərin dəstəyinə ümid edir Bu gün, 10:57 “Forza Neftçi” bu gün önəmli qərar verəcək 21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ Bütün xəbərlər
Ən çox oxunanlar