16 may 10:15Yazar

“Neftçi”nin əsl faciəsi

“Neftçi”nin əsl faciəsi
2016-cı ilin oktyabrında “Neftçi” “Qarabağ”a 0:2 hesabı ilə məğlub olmuşdu. Nəticə təəccüblü deyildi. Hamını təəccübləndirən hadisə hakimin final fitindən sonra, mətbuat konfransında yaşanmışdı. Komandanın baş məşqçisi Elxan Abdullayev “Neftçi”yə AFFA tərəfindən göndərildiyini etiraf etmişdi, özü də çox gülünc və biabırçı formada. Abdullayevin sözləri təxminən belə idi: “Neftçi” AFFA-ya müraciət edib və mən kluba gəlmişəm. Sizin müdiriniz sizi hara yollasa, siz də ora gedirsiz. Mən də fəhlə adamam, hara deyirlər, ora da gedirəm”.
AFFA-nın “Neftçi”yə göndərdiyi “fəhlə”, yəni Elxan Abdullayev “müdirlərinin” üzünü ağ edə bilmədi. Elə özündən əvvəl çalışan Vəli Qasımov kimi. Məhz bu iki mütəxəssisin rəhbərliyi altında “Neftçi” almaniyalı çalışdırıcı Hans-Yürgen Gedenin dövrünü xatırlatmağa başladı, autsayderə çevrildi. “Xalq komandası”nın tarixinə rüsvayçı məğlubiyyətlər, faciəvi nəticələr yazıldı. Ölkənin ən qocaman klubu məsxərəyə qoyuldu, istehza obyektinə çevrildi. Gede də AFFA-nın fəhləsi idi. Onu da “Neftçi”yə eyni adamlar soxuşdurmuşdular. Təəssüflər olsun ki, ayıblarına kor olmurlar, əməllərinə ara vermirlər. Yenə öz işlərindədilər.
Elxan Abdullayevin həmin açıqlamasından 1 il 3 ay sonra AFFA-nın baş katibi Elxan Məmmədovla Türkiyənin Antalya şəhərində qarşılaşdıq, ona sual ünvanlamaq fürsətim oldu. Baş katibdən soruşdum ki, “Neftçi”də işlər qaydasında gedərkən, komanda çempionluqları sıralayıb, avrokuboklarda yaxşı nəticələr göstərəndə AFFA ora müdaxilə etdi. Həmin müdaxilədən sonra “xalq komandası” hələ də özünə gələ bilmir, ciddi problemlərlə üz-üzədi. Bu müdaxiləyə görə təəssüf hissi keçirirsizmi?” Cənab Məmmədov xəcalət hissini özünə yaxın buraxmadan, düz gözlərimin içinə növbəti dəfə yalan danışdı. Dedi ki, AFFA “Neftçi”yə heç bir müdaxilə etmir, başverənlərə görə məsuliyyət daşımırlar. Sanki Elxan Abdullayev “mən AFFA-nın fəhləsiyəm, məni bura AFFA-dakı müdirlərim göndərib” deyəndə onları yox, başqa kimisə nəzərdə tuturmuş. Danışdığı yalana inanıb-inanmamağım onun vecinə də deyildi. Öz aləmində işin içindən çıxmış, məni yola vermişdi.
Bu hadisənin üzərindən cəmi yarım ay keçdi və AFFA növbəti “fəhlə”sini “Neftçi”yə göndərdi. Özü də bu dəfə “Neftçi”yə məşqçi yox, prezident göndərmişdilər. İllərdi “Sumqayıt”da təlimatları yerinə yetirən prezident rolunu oynayan, “Neftçi”yə rəhbərlik etmək arzusuyla alışıb-yanan Kamran Quliyevi arzusuna çatdırmışdılar. Cəmi bir neçə saatın içində Orxan Hüseynzadə postundan ayrıldı və onun yerinə Quliyevi oturtdular. O vaxtdan bəri “Neftçi”nin başı üzərində oynanılan oyunlar daha mürəkkəb xarakter alıb. Fərqli manevrlər, gizli gedişlər, aldadıcı nəticələr. Özləri qurduğu planı çox məharətlə həyata keçirməkdədilər. Bir az da dolaşığa düşüblər. Bir tərəfdən “Neftçi”ni Avropa Liqasına dartırlar. Digər tərəfdən düşünürlər ki, indiki halda qazanılan uğur Tərlan Əhmədovun adına yazılacaq. Baş məşqçinin müqaviləsinin uzadılmaması üçün bəhanələri qalmayacaq. Əhmədov isə onların komandasının üzvü deyil, onunla yola davam etməyə heç həvəsləri yoxdu. Kamran Quliyevin buna hövsələsi qətiyyən çatmaz. Təsadüfi deyil ki, dildə baş məşqçinin arxasında olduğunu deyən prezident sosial şəbəkədə azarkeşlərin keçirdiyi sorğuda Tərlan bəyin getməsinə səs verməklə özünü gülüş hədəfinə çevirmişdi. Avropa Liqasında iştirak həm də ona görə Quliyevin ürəyincə deyil ki, yayda heyəti söküb-yığmağa vaxt az qalacaq, Ceyhun Sultanovun siyahısında olan futbolçuların heç də hamısını ətraflarına toplaya, yeni müqavilə bağlaya bilməyəcəklər.
Məsələnin digər tərəfi də var. Vəziyyəti qəlizləşdirən odu ki, “Neftçi”nin avrokuboklardan kənarda qalması məlum qruplaşmaya olan təzyiqləri də artıracaq. “Yuxarılar” illərdi ki, havaya sovrulan pulun hesabını istəyəcək, uğursuzluğun və çıxış yolunun tapılmamasının səbəbini soruşacaqlar. Bu isə Elxan Məmmədovun daxil olduğu qruplaşmanın ürəyincə deyil. Özü də yaxşı başa düşür ki, ətrafındakı adamların fərsizliyi onu pis vəziyyətdə qoyub, onlara bəslənən ümidi azaldıb, etimadı zəiflədib. Bəs nə etməli?
Hazırda bu sualın üzərində baş sındırırlar. Zaman isə onların nə qərar verəcəyini gözləmir. Boş gedən illər, “Neftçi”nin başı üzərində oynanılan məkrli oyunlar öz təsirini təkcə “xalq komandası”ının yox, həm də Azərbaycan futbolunun gələcəyinə vurulan zərbələrdə göstərir. Çox kiçik bir məqamı xatırladım və bununla da “Neftçi”nin faciəsinin böyüklüyünü siz də görün. İtirilən təkcə əsas komandanın nüfuzu, ad-sanı deyil. Əvvəllər “Neftçi” öz istedadlı yetirmələri, uşaq komandaları ilə öyünürdü. İndi kluba rəhbərlik edənlər öz şəxi mənfəətlərini güdürlər, aşağı yaş qruplarına, ehtiyat qüvvəyə ayırmağa zaman yoxdu. Nəticə isə göz qabağındadı: “Neftçi”nin əvəzedici komandası turnir cədvəlində axırdan ikincidi. Özü də 6-cı pillədəki “Sumqayıt”dan 9 xal geri qalır. Əlavə şərhə ehtiyac varmı?!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur 7-11-2018, 22:31 Turun statistikası 7-11-2018, 22:29 Turun məşqçisi 7-11-2018, 22:27 Turdan məqamlar 7-11-2018, 22:24 Turun oyunçusu 7-11-2018, 22:23 Turun sitatı 7-11-2018, 22:21 Ardıcıl ikinci məhsuldarlıq rekordu 7-11-2018, 22:19 Emin Mahmudov ürəyini “Sport-Ekspress”ə boşaltdı 7-11-2018, 22:14 “Sumqayıt” “Kapital Bank Arena”ya dekabrda çıxacaq 5-11-2018, 21:45 Elman Sultanov qovulacağını gözləmirmiş 5-11-2018, 21:43 Poltavada “Qarabağ”ı 300-ə yaxın soydaşımız dəstəkləyəcək 5-11-2018, 21:42 “Keşlə” Sezara nə qədər borcludu? 5-11-2018, 21:40 Rüfət yenə fərqlənə bilmədi 5-11-2018, 21:19 Nazim Süleymanov: “Bu gün nə oldu, külək hardan əsdi?” 5-11-2018, 21:16 Oktyabrın uğursuzlarının duelini çempion qazandı 5-11-2018, 21:12 “Vəziyyətdən çıxmaq üçün yeganə çıxış yolu hamılıqla eyni istiqamətdə üzməkdi” 5-11-2018, 21:10 “Neftçi” 3 xalı 1 qolla qazandı 5-11-2018, 21:08 Radivoyeviç: “bu cür oynamaqda davam etsək, nəticələr yaxşı olacaq” 5-11-2018, 21:06 "Bakcell Arena"dan qol səsi çıxmadı Bütün xəbərlər
Ən çox oxunanlar