13 may 12:49Yazar

Dünya birliyi dözür, AFFA isə yox

Mayın 8-də AFFA İntizam Komitəsinin iclası keçirilib. Həmin iclasda müxtəlif qərarlar qəbul olunub, klublara cərimə kəsilib. Bunlar öz yerində. Mənim məsələnin pul tərəfi ilə işim yoxdu. Diqqətinizi iclasla bağlı AFFA-nın rəsmi saytında yer alan məlumatın lap sonlarına çəkmək istəyirəm: “29 aprel 2018-ci il U-16 Qızlar Liqasının “Veqa” – “Əhmədli Yunayted” matçında “Veqa” komandasanın iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56). Bu hal 3-cü dəfə təkrarlandığı üçün klub yarışlardan kənarlaşdırılır”. Qərardan belə məlum olur ki, “Veqa” mövsüm ərzində artıq üçüncü dəfə təyin olunan vaxtda meydana çıxmayıb və texniki məğlubiyyətlə üzləşib. Nəticədə də “Veqa”nı U-16 Qızlar Liqasından uzaqlaşdırıblar. Mən “Veqa”nın futbolçularının dərdinə şərikəm, onlara uğurlar arzulayıram. Həyat davam edir. İnşallah, növbəti mövsüm yenidən çempionata qatılarlar.
Məsələ ondadı ki, “Veqa” AFFA-nın bayrağı altında keçirilən yarışlardan uzaqlaşdırılan ilk komanda deyil. Sizi əmin edirəm, heç sonuncu da olmayacaq. Bu əminliyim boşuna deyil. İllərdi görə-görə gəlirik. AFFA-ya da, onun keçirdiyi çempionatların səviyyəsinə də, təşkilatçılığa da bələdik. Bilirik ki, say çoxaltmaq, süni kütləviləşmə görüntüsü yaratmaq xətrinə hər mövsümün əvvəlində komandaların sayını artırırlar. Guya Azərbaycanda uşaqdan böyüyə kimi hamı AFFA-nın keçirdiyi yarışlara qatılır, yaşıl meydanda topun arxasınca qaçır. Futbolçularımızın da sayı maşallah, 100 mini çoxdan keçib, bu gün-sabah artıq 200 mini haqlayacağıq. Bu gedişlə yarım milyon futbolçuya çatmağa da bir şey qalmayıb.
Gələcəklə bağlı xoş xəyallar qurmağımızda olaq. Fürsətdən istifadə edib keçmişi də vərəqləyək, AFFA İntizam Komitəsinin son bir neçə ayda verdiyi texniki məğlubiyyətləri, çempionatlardan uzaqlaşdırılan komandaların adlarını xatırlayaq. Narahat olmayın, sizi çox da uzaq keçmişə aparmayacam. Elə İK-nın mayın 2-də keçirilən iclası da bu mənada “məhsuldar” olub. Nizam-intizamı sevənlər, Azərbaycan futbolunda onun keşiyində dayanan cənablar Region Liqasının iştirakçısı “Oğuz”a bir iclasda iki texniki məğlubiyyət veriblər. Sən demə, oğuzlular ardıcıl iki dəfə “Şəki” və “Şirvan”la oyunda meydana çıxmayıblar. Daha maraqlı məqam odu ki, heç “Şirvan” özü də “Oğuz”la oyuna gəlməyib. Belədə “Şirvan”a da texniki məğlubiyyət verilib. Bərəkallah. Çox keçməz ki, “Oğuz” mövsümün 3-cü texniki məğlubiyyətini də alar və “Veqa”ya yoldaş olar.
Həmin iclasda Region Liqasından heç kim çempionatdan uzaqlaşdırılmasa da, Yüksək Qızlar Liqasından qovmağa komanda tapılıb. Belə ki, “Fidan” komandası “Qubek”lə oyuna getmədiyi üçün texniki məğlubiyyətlə “mükafatlandırılıb”. Bu hal mövsüm ərzində 3-cü dəfə yaşandığı üçün “Fidan”a rəhm etməyiblər və bu komanda üçün mövsüm bitib. “Fidan”la yanaşı, “Zaqatala” da həmin iclasda texniki məğlubiyyət alıb. Çünki bölgə təmsilçisi Yüksək Qızlar Liqasının “Təhsil FM” ilə oyununa getməyibmiş. Bu yerdə qeyd edim ki, adında “yüksək” sözü olan futzal liqasında yarışan “Xəmsə” də İK-nin həmin iclasında 0:5 hesablı məğlubiyyət alıb.
Düşünməyin ki, AFFA-nın təşkil etdiyi Yüksək Qızlar Liqasında ancaq bölgə təmsilçiləri texniki məğlubiyyət alır. Belə olsaydı, onlara haqq qazandırmaq olardı. Yolun uzaqlığı, nəqliyyatla bağlı problemlər, bölgədə yaşamağın çətinliyi futbol oynamağa, paytaxta gəlməyə mane ola bilər. Məsələ ondadı ki, belə hal Bakını təmsil edən komandaların da başına gəlib. Aprelin 15-də “Baku City” “Sumqayıt”la oyuna yollanmayıb. “Keşlə” isə Balakənə, “Qubek”lə oyuna getməyib. Və onların “görüş yeri”nə getməməsi İntizam Komitəsi tərəfindən “layiqli qiymət”ini alıb, yəni bu komandalar texniki məğlubiyyətlə cəzalandırılıb.
Siyahını çox da uzatmayım. AFFA-nın rəsmi saytındakı arxivdə “səyahəti” davam etdirdikcə, İntizam Komitəsinin iclaslarının qərarlarına baxdıqca, saysız-hesabsız texniki məğlubiyyətlər, çempionatdan kənarlaşdırmalar görmək mümkündü. Bütün bunlar AFFA-nın keçirdiyi yarışların qeyri-ciddiliyini, say artımına qaçmağın nə qədər ziyanlı olduğunu göstərir. AFFA ad xatirinə müxtəlif çempionatlar, yarışlar təşkil edir. Bunların da hər birinə qurumun büdcəsindən yetərincə ciddi məbləğlər ayrılır. Hər mövsümün əvvəllində sınıq-salxaq komandalar yaradıb, çempionatlardakı iştirakçıların sayını artırırlar. Texniki məğlubiyyətlərin sıralandığı Region Liqasını AFFA-nın Hesabat Konfransında böyük uğur kimi səsləndirmiş, sinələrini irəli vermişdilər. Bir az dərinliyə varmaq kifayət edir ki, AFFA-nın təşkilatçılıq qabiliyyətini, həmin yarışların səviyyəsini gözlərin önündə canlandırasan.
Qəribəsi odu ki, AFFA-nın “uğurlu fəaliyyətindən”, futbolumuzun vəziyyətindən danışanda baş katib Elxan Məmmədov bu məqamları xatırlamır. Kütləvi texniki məğlubiyyətlərin, qovulmaların fonunda AFFA yenə eyni kadrlarla, bacarıqsız təşkilatçılarla yoluna davam edir, çempionatlar keçirir. Dörd il öncə “Araz Naxçıvan” premyer-liqada oynamaqdan mövsümün ortasında imtina edib. İndiyə qədər yeni gələnlərə ehtiyatla yanaşırlar. Guya ki, kimsə çempionatın ortasında yarışdan çəkilsə, dünya bizə güləcək, UEFA-dan cəza gələcək. Maraqlıdı, dünya birliyi AFFA-nın keçirdiyi çempionatlarda yaşananlara necə dözür?!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur 7-11-2018, 22:31 Turun statistikası 7-11-2018, 22:29 Turun məşqçisi 7-11-2018, 22:27 Turdan məqamlar 7-11-2018, 22:24 Turun oyunçusu 7-11-2018, 22:23 Turun sitatı 7-11-2018, 22:21 Ardıcıl ikinci məhsuldarlıq rekordu 7-11-2018, 22:19 Emin Mahmudov ürəyini “Sport-Ekspress”ə boşaltdı 7-11-2018, 22:14 “Sumqayıt” “Kapital Bank Arena”ya dekabrda çıxacaq 5-11-2018, 21:45 Elman Sultanov qovulacağını gözləmirmiş 5-11-2018, 21:43 Poltavada “Qarabağ”ı 300-ə yaxın soydaşımız dəstəkləyəcək 5-11-2018, 21:42 “Keşlə” Sezara nə qədər borcludu? 5-11-2018, 21:40 Rüfət yenə fərqlənə bilmədi 5-11-2018, 21:19 Nazim Süleymanov: “Bu gün nə oldu, külək hardan əsdi?” 5-11-2018, 21:16 Oktyabrın uğursuzlarının duelini çempion qazandı 5-11-2018, 21:12 “Vəziyyətdən çıxmaq üçün yeganə çıxış yolu hamılıqla eyni istiqamətdə üzməkdi” 5-11-2018, 21:10 “Neftçi” 3 xalı 1 qolla qazandı 5-11-2018, 21:08 Radivoyeviç: “bu cür oynamaqda davam etsək, nəticələr yaxşı olacaq” 5-11-2018, 21:06 "Bakcell Arena"dan qol səsi çıxmadı Bütün xəbərlər
Ən çox oxunanlar